Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 1,22 Mb.
səhifə44/72
tarix14.12.2022
ölçüsü1,22 Mb.
#121061
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   72
I ABBASOV R SADIQOV Menecment

Sərəncam sənədlərinin tərtib edilməsi, yalnız, döv­lət orqan­larının hüquqlarına aiddir. Bu sənədlərin qüv­və­dəolma müddətləri məhdud olur.
Sərəncamlar Prezident, Nazirlər Kabineti, yerli icra ha­ki­miy­yətləri və bir sıra icra strukturları tərəfindən ve­ri­lir.
Bəzən müəssisə və təşkilatların direktor müavinləri, baş mühəndisləri, bölmə rəhbərləri tərəfindən də sərən­cam­lar verilə bilir. Bu halda sərəncamlar tapşırıq və tələb xarakteri daşıyır.
Qaydalar təşkilati xarakter daşıyan işin və davra­nı­şın gedişini tənzimləyən və həyata keçirilməsini tələb edən xidməti sənəddir. Qaydalar təlimati xarakter daşıyır. Qay­dalar hüquqi sənəd hesab edilir və aidiyyatı sub­yekt­lər tərəfindən icrası məcburidir.


FƏSİL VI. STRATEGİYA, AMİLLƏR VƏ TƏHLİLLƏR


6.1. Strateji menecment

Strategiya qarşıya qoyulan məqsədə nail olmaq üçün həyata keçiriləcək uzunmüddətli hərəkətlərin ümumi­ləş­di­rilmiş modelidir. Strategiya uzun müddətli məq­sədlərə mər­­hələlər üzrə nail olmağın yollarını özündə birləşdirir. Stra­tegiya şirkətin hansı biznes fəaliyyəti ilə məş­ğul ola­ca­­ğını və bu istiqamətdə həyata keçirəcəyi vəzi­fələri özün­də əks etdirir. Bundan sonra biznes vahi­dinin daxi­lin­də da­ha dəqiq planlaşdırma həyata keçirilir, strateji məq­səd­lər marketinq, maliyyə, informasiya, nəza­rət sahə­lər üzrə birgə işlənir.


Strategiya təşkilatın mövcudluğuna dair əsas suallara ca­vab verir. Strategiya təşkilatın zəif və güclü tərəflərini araş­dırır, imkanları və gözlənilən təhlükələri müəy­yən­ləş­di­rir. Strategiya xarici mühitdə dəyişkənliyə reak­siya ver­mə­sinin vasitəsidir. Strategiya strateji və uzun müddətli məq­­sədlərdən doğur. Strateji məqsədlərə aşağıdakılar aid­dir:

  1. Fəaliyyət istiqamətlərinin seçilməsi.

  2. İstehsal olunacaq məhsul növünün seçilməsi.

  3. Kapital qoyuluşunun həyata keçirilməsi.

  4. Mövcud istehsalın təkmilləşdirilməsi.

  5. Perspektivlərin müəyyən olunması.

  6. Təşkilatın rəqabət qabiliyyətinin möh­kəm­ləndiril­mə­si.

Strategiya uzun müddətli layihələr əsasında müəy­yən olunur. Həmin layihələrin işlənməsi zamanı düzgün ətraflı məlumatlar toplusundan istifadə etmək lazım gəlir. Lakin strategiya gələcək dövrü əhatə etdiyi üçün təşki­latın rəh­bəri məlumatların dəqiqliyinə əmin olma­lıdır. Bu nöq­te­yi nəzərdən strategiyanın qəbul olun­ma­sı­nın aşağı­da­kı mər­hələləri mövcuddur.
1. Təşkilatın missiyası (təşkilatın missiyası-ali, baş məq­səddir. Yəni nə istehsal etmək, hansı fəaliyyətlə məş­ğul olmaq və bu fəaliyyətlə hansı sosial məqsəd güdmək sualına cavab verir.

  1. Ali məqsəddən doğan alt məqsədlərin müəyyən oluması (ali məqsədə nail olmaq üçün hansı işləri görmək lazım olduğunu müəyyən edir).

  2. Ətraf mühitin təhlili (xarici təsir amillərini müəy­yən etmək, rəqibləri öyrənmək, riskləri hesab­la­maq, inflyasiyanı nəzərə almaq, təbii fəlakət­lərdən qorunmaq və s.).

  3. Alternativlərin təhlili (məqsədə nail olmaq üçün alter­nativ yolları, variantları axtarır, müəyyən edir və araş­dırır).

  4. Strategiyanın qiymətləndirilməsi (alternativ yolla­rın səmərəlilik göstəricilərinin müəyyən olunması və qiy­mət­ləndirilməsi).

  5. Strategiyanın seçilməsi (qiymətləndirdikdən sonra ən səmərəli variantın seçilməsi).

Marketinq strategiyasının əsas məqsədlərindən biri müəs­sisənin rəqabət qabiliyyətinin artırılması, istehsal olu­­nan məhsulların bazarda rəqabətə davam gətirməsini tə­min etməkdir. Bu nöqteyi nəzərdən müəssisənin strateji fəaliy­yətində rəqabət strategiyası mü­hüm rol oynayır. Rə­qa­bət strategiyası bazarlarda fəaliy­yət gös­tərən rəqibləri hədəf seçir, öyrənir, məqsəd­lərini müəy­­yənləşdirir, onları üstələmək üçün yeni yollar axta­rır­lar. Rəqabət strategiyası bazarda rəqiblərlə mübarizəsini iki cür taktika ilə həyata keçirməyi üstün tutur.

  1. Hücum taktikası.

  2. Müdafiə taktikası.

Hücum taktikası bazarda mövqelərin ələ alın­masına, müştəriləri özünkiləşdirməyə, onların diqqətini cəlb et­mə­yə xidmət edir. Bunun üçün yeni texnika və texno­lo­giya­nın mənimsənilməsi, tələbata uyğun məhsul­la­rın, xüsusilə, yeni təkmil məhsulların istehsal olunması və bazara çıxa­rıl­­ması, məhsulun ucuz qiymətə satılması, satışın inten­sivləşdirilməsi, diqqəti cəlb edən reklamların nümayiş et­di­rilməsi va­cib­dir. Bu cür taktiki gedişlərlə bazarı ələ al­mış sahibkar onu əldə saxlamaq üçün sonrakı mərhələdə mü­­dafiə tak­ti­ka­sını seçir. Müdafiə taktikası rəqibi daim iz­ləməyi, bazarda qiy­mə­ti tənzimləməyi, bütün kəmiyyət və keyfiyyət para­metr­lə­ri üzrə rəqibi üstələməyə nail ol­ma­lıdır.
Strategiyanın ilkin mərhələsi missiyaların müəyyən olunmasıdır. Missiya müəssisənin əsas məqsədidir. Təşki­la­tın missiyası onun ali məqsədini, hansı məqsəd­lərə nail ol­maq istədiyini bildirir, cəmiyyətin mənafeyini nəzərə almaq üçün sosial məqsəd güdür. Şirkət missiyanın yerinə ye­tiril­mə­si üçün məqsədlər toplusuna malik olur. Bəzi firmalar öz missiyasını açıq-aşkar formada ifadə edə bilmir. Məsələn “biz mənzil inşaatı ilə məşğul oluruq” və ya “biz ge­yim istehsal edirik”. Amma bəzi təşkilatlar öz missiyasını bazar görünüşlü və müştəri istəyi nəzərə alın­maq­la ifadə etməyə üstünlük verirlər. Məsələn “biz təkcə broker fir­ma­sı deyilik, həm də müş­tərilərimizin maliyyə xəyal­la­rı­nın mühafizə­çisiyik.” Bu zaman firma broker təşkilatı ol­maq­la fəaliyyəti dövründə müştərilərin maliyyə xə­yal­la­rı­nın gerçək­ləşdirilməsini özünün əsas məramı kimi hesab edir. Digər bir misal “Bizim missiyamız təkcə hərracları ke­­çir­mək deyil. Biz istəyirik ki, insanlar burada həm din­cəl­­­sinlər, həm əylənsinlər, həm də bir-birlərini tanı­sın­lar.”
Missiyalar hərəkətverici olmalıdırlar. Onlar gəlir­li­li­yi, mənfəətliliyi ifadə etməlidirlər. Gəlir və mənfəət cə­miy­yətə göstərdikləri xidmətin əvəzində insanlara verilən mü­kafat və paydır. Deməli, təşkilatlar öz fəaliy­yətlərində ins­an­la­rın həyatına göstərdikləri təsirlərin səviyyəsinə inan­­ma­lı­dır­lar: Məsələn “Walt Disney”-in qeyd etdiyinə gö­rə onların məqsədi insanları xoş­bəxt etməkdir.
Strateji planlar təşkilatın strateji məqsədlərini və on­la­ra nail olma yollarını özündə əks etdirir. Strateji plan­lar is­tər böyük, istərsə də kiçik təşkilatlar üçün xarak­te­rikdir. La­­kin bir çox kiçik təşkilatlar fəaliyyətə marketinq plan­la­rı ilə, qısa müddətli biznes planları ilə başlayırlar. Lakin on­ların fəaliyyətləri genişləndikcə strateji planlara ehtiyac du­­yulur.
Bəzi müəssisələrin rəhbərləri vaxtlarını planl­aş­dır­madan çox, baş vermiş problemlərin həllinə sərf edirlər. Söz­süz ki, planlaşdırma olmayan yerdə problemlərə daha çox rast gəlmək olar. Bəs görəsən, rəqibə bazar payını uduzduqdan, alıcı məmnunluğu aşağı düşdükdən, firma borca düşdükdən sonra həmin rəhbərlər nə edirlər?



Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin