Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 1,22 Mb.
səhifə47/72
tarix14.12.2022
ölçüsü1,22 Mb.
#121061
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   72
I ABBASOV R SADIQOV Menecment

GETS təhlili də adından göründüyü kimi 4 sözün baş həriflərinin birləşməsindən ibarətdir. Government (döv­lət), economy (iqtisadiyyat), technology (texno­lo­gi­ya), society (cəmiyyət). Bu təhlil metodunda araş­dırılan amillər xarici amillərin məcmusundan iba­rətdir.
Burada dövlət dedikdə, dövlət inhisarçılığının sə­viy­yə­si, ölkədə qanunların sosial-iqtisadi məzmunun sə­viy­­­yəsi və dövlət təşkilatlarının ölkənin iqtisadi həyatında rolu başa düşülür.
İqtisadiyyat dedikdə, iqtisadi amillərin təsiri başa düşülür. Məsələn ölkədə iqtisadi inkişafın, inflyasiyanın, bazarda qiymətlərin səviyyəsi, milli valyutanın məzən­nəsi və s.
Texnologiya dedikdə, elm və texnikanın inkişafı, el­mi–texniki tərəqqinin nailiyyətlərinin istehsalata tətbiqi, ye­­ni texnologiyalardan istifadə olunması, innovasiyaların tət­biqi və s. başa düşülür. Çünki sada­lanan bu amillərin tət­­­biqi müəssisəyə uğur gətirər. Lakin bu sahədə rəqiblər bi­­­zi qabaqlayarsa, o zaman nəticə ürəkaçan olmaz.
Cəmiyyət dedikdə, insan resursları, cəmiyyətin tələ­batı, maraqları, onların sosial səviyyəsi, sosial tərkibi, alı­cı­lıq qabiliyyəti və s. başa düşülür.


6.4. Risklər və onların idarə edilməsi

Risk dedikdə, fəaliyyətin itki və ya zərərlə nəticə­lən­­­­­məsi qorxusu (təhlükəsi) başa düşülür. Risk iqtisadi təh­­­lilin və proqnozlaşdırmanın obyektidir. İdarəetmə təc­rü­bəsi göstərir ki, riski idarə etmək və tənzimləmək müm­kün­dür. Buna görə də, öncə risklərin öyrənilməsi və təhlil olun­­ması vacibdir.


Riskləri öyrənmək üçün onu qruplaşdırmaq və təs­nif­­ləş­dirmək lazımdır. Riskləri aşağıdakı kimi təsnif­ləş­dir­mək olar.

  1. Təbii risklər. Bunlara zəlzələ, tufan, daşqın, su­na­mi, meşə yanğınları, epidemiya və s. aiddir.

  2. Siyasi risklər. Bunlara hərbi münaqişələr, mü­ha­ri­bələr, inqilablar, müsadirələr, milliləşmə və s. aid­dir.

  3. Nəqliyyat riski. Bura reyslərin təxirə salınması, nəq­­liy­yatda qəzaların baş verməsi, gediş haqlarının qal­dı­rıl­­­ması və s. aiddir.

  4. İqtisadi risklər. Bura əmlak, istehsal, ticarət və ma­­liy­yə riskləri aiddir.

Əmlak riskinə əmlak hüququnun itirilməsi, əmlak­la bağlı təxribatçılıq və qəza hallarının baş verməsi aid­dir.
İstehsal riskinə texniki avadanlıqların xarab olması və sıradan çıxması, texnikanın mənəvi və fiziki aşın­maya məruz qalması və s. aiddir.
Ticarət riskləri göndərilmiş malların gəlib çatma­ma­sı, yola salınmış malın dəyərinin alıcı tərəfindən ödənil­­mə­sindən imtina olunması, malların xarab olması, mal­la­rın saxlama müddətinin ötməsi, malların qiymətinin də­yiş­məsi, istehlakçıların alıcılıq qabiliyyətinin aşağı düş­mə­si, əmtəəyə olan tələbatın aşağı düşməsi və s. aiddir.
Maliyyə riski dedikdə isə, pul vəsaitlərinin itkiləri ilə əlaqədar risklərdir. Maliyyə riskləri ölkə səviyyəsində və müəssisə səviyyəsində (mikro və makro səviyyədə) baş verir. Ölkə səviyyəsində (makro səviyyədə) maliyyə risk­ləri pulun inflyasiyası, deflyasiyası, valyuta məzənnəsinin də­yiş­­məsi ilə əlaqədar risklərdir.
Mikrosəviyyədə maliyyə risklərinə müəssisələr ara­sın­da maliyyə hesabatlarının başa çatmaması, debi­torun if­lasa uğraması, büdcə və qeyri-büdcə təşkilatlarına ödə­nil­məli olan vəsaitlərə gecikmə faizlərinin hesablanması, kreditlərin geri qaytarılması halları ilə əlaqədar risklərdir.
Riskin baş verib-verməməsi sahibkarın iradəsindən asılı ola və olmaya bilər. Risklər baş vermə ehtimalına gö­rə qarşısı alınan və qarşısı alınmaz risklərə bölünür.
Qarşısı alınan risklərin baş verməməsi müəssisə rəh­bə­rlərinin iradəsindən asılı ola bilər. Məsələn əmlak risk­lərində qəza, təxribatçılıq risklərinin, istehsal risk­lərində istismar şərtlərinə əməl etməməyə görə tex­ni­ka­nın sıradan çıxması riskinin, ticarət risklərin­də malların xarab olması, saxlanma müddətinin ötməsi ilə əlaqədar risklərin baş verməsinin qarşısının alınması müəssisə rəh­bə­ri tərəfindən mümkündür. Lakin təbii, ekoloji, siyasi, nəq­liyyat risklərinin və bir sıra iqtisadi risklərin müəssisə tərə­findən qarşısının alınması təşkila­tın rəhbərliyi tərə­fin­dən müm­kün deyildir. Qarşısı alınması mümkün olmayan iqtisadi risk­lərə isə alıcıların istehlak və alıcılıq qa­bi­liy­yə­ti­nin aşa­ğı düşməsi, bazarda qiymətlərin dəyiş­mə­si, in­fl­ya­­siya və valyuta məzən­nələrinin dəyişməsi ilə əla­qədar risklər aiddir.
Qarşısı alınması mümkün olmayan riskli halların qa­baq­cadan proqnozlaşdırılması və onların müəssisənin fəa­liy­yətinə təsirinin azaldılması və ya “sıfra” endirilməsi ida­rəetmənin əsas vəzifələrindən biridir. Riskli hal baş ver­diyi təqdirdə müəssisə rəhbəri problemin aradan qal­dı­rıl­ması üçün operativ tədbirlərin həyata keçirilməsini tə­min etməlidir. Bu cür tədbirlər operativ planlarda öz ək­si­ni tapmalıdır. Risklərin idarə olunması strateji, taktiki, cari və operativ planlaşdırma ilə həyata keçirilir.
Fəaliyyət istiqamətlərinin və strateji məqsədlərin düz­gün seçilməsi, təsərrüfat əlaqələri üçün təsərrüfat sub­yekt­lərinin düzgün müəyyənləşdirilməsi, strateji dövrlərdə baş verə biləcək riskli halların düzgün proq­noz­laş­dı­rıl­ma­sı, bu cür halların aradan qaldırılması və qarşısının alın­ma­sı üçün tədbirlərin müəy­yən­ləşd­iril­məsi strateji plan­laş­­dırma ilə bağlıdır. Operativ planlar fəaliyyət dövründə baş vermiş risk­lə­rin və onun yaratdığı problemlərin dərhal ara­dan qal­dı­rıl­masına xidmət edir.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin