Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 1,22 Mb.
səhifə55/72
tarix14.12.2022
ölçüsü1,22 Mb.
#121061
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   72
I ABBASOV R SADIQOV Menecment

Danışıqlar ünsiyyətin elə formasıdır ki, onun nəticə­sin­də vahid bir fikrə gəlmək olur. Danışıqlar maraq­lar­dakı zid­diyyətləri aradan qaldırmaq məqsədini daşıyır. Da­nı­şıq­lar həmişə ortaq məxrəcə gəlməyə xidmət edir. Məsələn alıcı və satıcı danışıqlar aparmaqla razılığa gəlir və alqı-satqı baş verir. Müəssisə və ya onun sub­­yekt­ləri tərəfindən aparılan və müəssisənin iqtisadi məqsəd­lərinə istiqa­mət­lə­nən və iqtisadi sahədə aparılan danışıqlar iqti­sa­di danı­şıq­lar hesab edilir. İqtisadi danışıqlar aşağı­da­kı kimi təsnif­ləşdirilir.
1. Müəssisələrarası (yəni birgə fəaliyyət göstərmək, tərəfdaşlıq et­mək, yardım istəmək, kommersiya məqsəd­lə­ri ilə əlaqədar danışıqlar).
2. Müəssisə daxili danışıqlar (yəni rəhbərlərlə iş­çi­lər arasında müzakirələr, iclaslar, müşavirələr, yığın­caq­lar və s). Bu cür danışıqlar rəhbərlərin və işçilərin öz ara­la­rında apa­rılır.
Danışıqlar bütün hallarda işin təşkilinə, həyata ke­çi­ril­­­məsinə, problemin həllinə yönəlir və məsələlərə ay­dın­lıq gətirir.
Danışıqlar bir proses olaraq iki və daha çox sub­yekt ara­sında aparılır və aşağıdakı mərhələlərdən ibarətdir.
1. Məqsədin müəyyən olunması. Yəni danışıqların aparılması müəssisəyə nə üçün lazımdır.
2. Tərəflər arasında danışıqların aparılmasının vax­tı­nın və yerinin müəyyən olunması. Yəni danışıq­ların nə vaxt və harada aparılması haqqında tərəflər razılığa gəl­mə­­lidirlər.
3. Faktiki olaraq danışıqlara başlamaq.
4. Qarşı tərəflər öz mövqelərini, şərtlərini bir-birlərinə bəyan edirlər. Bu mərhələdə sözsüz ki, hər bir tərəf öz möv­qe­yin­dən çıxış edir.

  1. Mövqelər toqquşursa, ziddiyətlərin aradan qaldı­rıl­­­ma­sı yolları axtarılır, tərəflər öz təkliflər paketini təq­dim edir­lər. Təkliflərin hazırlanması üçün tərəflər bir-bi­ri­nə müddət də verə bilərlər. Təkliflər paketini tərəflərdən biri hazırlaya bilər.

6. Təkliflər paketi tərəflər arasında müzakirə edilir, ən optimal təklif qəbul olunur.
7. Bəzən təkliflər qəbul edilmir. Bu halda tə­rəf­lərdən biri digərinə güzəştə getməyi bacarmalıdır.
8. Danışıqlar nəticəsində razılaşma əldə olunur. De­məli, göründüyü kimi danışıqlar prosesi mövqelərin toq­quşması, ziddiyyətlərin aydınlaşması etaplarından ke­çir və nəticədə razılaşmanın əldə olunması ilə yekun­laşır.
Danışıqlar nəticəsiz qalırsa, qarşı tərəflər arasında ya mü­nasibətlər baş tutmur, ya mövcud münasibətlər pozu­lur, ya da tərəflər arasında münaqişələr yaranır.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin