Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin


FƏSİL VII. ƏMƏK RESURSLARI



Yüklə 1,22 Mb.
səhifə50/72
tarix14.12.2022
ölçüsü1,22 Mb.
#121061
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   72
I ABBASOV R SADIQOV Menecment

FƏSİL VII. ƏMƏK RESURSLARI


7.1. İşçi qüvvəsi

İşçi qüvvəsi əmək fəaliyyətində insanın işinin fiziki və mənəvi qabiliy­yətinin məcmusu kimi başa düşülür. İşçi qüv­vəsi bə­zən ədəbiyyatlarda işçi heyəti, personal, əmək eh­tiyatları, insan resurs­ları ifadəsi ilə şərh olunur. İşçi he­yəti həm əsas, həm də köməkçi fəaliyyətlə məşğul olan, is­tehsal fəaliyyətini birbaşa və dolayısı ilə yerinə yetirən işçilərdir.


Müəssisə və təşkilatlarda çalışan işçi qüvvəsi muzd­lu işçilər hesab edilirlər. Muzdlu işçilər fəaliyyətin şərt­lərinə dair iş verənlə bağlanmış əmək müqaviləsi əsasında iş­lə­yən və bunun müqabilində əmək haq­qı alan şəxslərdir. Muzdlu işçilər aşağıdakı kate­qo­ri­ya­la­ra bölünürlər:

  1. Qulluqçular

  2. Fəhlələr

Qulluqçular qrupuna rəhbərlər, mühəndislər və digər mü­təxəssislər aiddirlər. Rəhbərlər müəssisənin və onun struk­­­tur bölmələrinin rəhbərləri vəzifələrini tutanlardır. Mü­­­həndis heyətinə müəssisənin əsas fəaliyyət sferasına aid olan işin texnologiyasını bilən qulluqçular daxildir. Di­­­gər mütəxəssislərə iqtisadi, hüquqi, texniki və s. sahədə ça­­lışan aqronomlar, mühasiblər, iqtisadçılar, hüquq­şünas­lar, energetiklər, həmçinin təsərrüfat müdirləri, komen­dantlar, arxiv müdirləri, kassirlər, statistiklər, çertyojçular, katibələr və s. daxildir.
Fəhlələr fiziki əməklə məşğul olan və birbaşa maddi sər­vət­lərin yaradılması prosesində maşın, mexanizm və is­tehsalat tikililərini iş vəziyyətinə gətirən şəxslərdirlər. İşçilərin saxlanmasına çəkilən xərclərə aşa­ğı­dakılar aiddir:

  1. Muzdlu işlərin yerinə yetirilməsi ilə bağlı birbaşa əmək haqqı.

  2. Mükafat və xeyriyyə ödənişləri.

  3. Qeyri-iş günlərinə görə ödəmələr.

  4. İşdən çıxmağa görə ödəmələr.

  5. Məzuniyyət haqları və s.

Həmçinin muzdlu işçilərlə bağlı xərclərə sosial müa­vi­nətləri, səhiyyə-tibbi xərcləri, nəqliyyat xərclərini, iş­çi­lərin təhsilinə çəkilən xərcləri də aid etmək olar.
İşçilərin hərəkəti onların işə qəbulu və işdən azad edil­­məsi nəticəsində siyahı sayının dəyişməsidir. Hesabat döv­­ründə işçilərin hərəkəti balans şəklində tərtib edilir. Be­lə ki, faktiki dövrün əvvəlinə işçilərin siyahı sayına fak­tiki dövrdə işə qəbul edilənlərin sayı əlavə edilir və iş­dən azad edilənlərin sayı çıxılır. İşçilərin siyahı sayına əmək mü­qaviləsinə əsasən daimi, müvəqqəti və mövsümi işə gö­türülmüş işçilərin sayı daxildir. İşçilərin siyahı sayı, həm­çinin məzuniyyətdə olan, xəstəliyə görə işə çıx­ma­yan, ha­miləliyə və analığa görə məzuniyyətə çıxanları, xid­məti eza­miyyətdə olan işçilərin sayı da daxil edilir. Bu si­ya­hı­ya əvə­ze­dicilər, mülki müqavilə bağlamaqla və ya mü­qa­vilə bağ­lamadan əmək haqqı alan şəxslər daxil edil­mir­lər.



Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin