a məh. b məh. a məh. b məh.
Birdən həmin məntəqədə “a” məhsul çeşidinin topdansatışı ilə məşğul olan obyekt fəaliyyətə başlayır. Bu halda aşağıdakı şəkildə göründüyü kimi müştərilər a məhsulunu topdansatış ticarət obyektindən (T.T.O.) almağa üstünlük verirlər.
a a
b b
Göründüyü kimi hər iki pərakəndə ticarət obyekti “a” məhsul çeşidi üzrə satış həcmindən məhrum oldular.
Vəziyyətdən çıxış yolu axtaran I pərakəndə ticarət obyekti “a” məhsulunun qiymətini topdansatış qiymətinə endirir. Bu zaman hər iki müştəri qiymət fərqi olmadığı təqdirdə hər iki mal çeşidini bir obyektdən almağa üstünlük verir və sxem aşağıdakı şəkli alır.
a b a b
Nəticədə nə baş verir.
1) 2-ci pərakəndə ticarət obyekti öz alıcısını itirir.
2) Topdansatış ticarət obyekti fəaliyyətini davam etdirir.
3) 1-ci pərakəndə ticarət obyekti “a” məhsulunun qiymətini topdansatış qiymətlərinə endirməklə, yalnız “b” məhsulundan mənfəət əldə etməklə hər iki müştərini özünə cəlb edir və riskin təsirini azaldır. Misaldan göründüyü kimi 1-ci pərakəndə ticarət obyekti riskli vəziyyətdən çıxış yolunu qiymət siyasətində görür.
Baş vermiş risklərin aradan qaldırılması ilk öncə operativ tədbirlərin həyata keçirilməsini, sonra isə strateji taktiki və cari planlarda düzəlişlərin aparılmasını tələb edir.
Riskin təsirinin azaldılması və ya qarşısının alınması qiymət, keyfiyyət, yeni məhsullar, istehsalın təkmilləşdirilməsi, yeni texnologiya, maliyyə amillərinə kompleks yanaşılmasını tələb edir.
Vençur biznesi riskli biznes kimi şərh olunur. Vençur biznesi həddindən artıq riskli sahələrdə biznes fəaliyyəti ilə məşğul olunması ilə əlaqədar fəaliyyətdir. Bu cür biznes fəaliyyəti ilə məşğul olan müəssisələr isə vençur firmaları adlanır. Vençur firmaları innovasiyaların həyata keçirilməsinə çox meylli olurlar. Vençur firmaları, həmçinin təşəbbüskar firmalar timsalında çıxış edirlər.
Dostları ilə paylaş: |