Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin


Risklərin idarə edilməsinin



Yüklə 1,22 Mb.
səhifə48/72
tarix14.12.2022
ölçüsü1,22 Mb.
#121061
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   72
I ABBASOV R SADIQOV Menecment

Risklərin idarə edilməsinin funksiyalarına aşağı­da­kı­­ları aid etmək olar: 1) risklərin proq­noz­laş­dı­rıl­ma­sı; 2) risk­lərin azaldılması və qarşısının alınması; 3) baş vermiş riskin nəticələrinin aradan qaldırılması.
Riskin proqnozlaşdırılması riskli vəziyyətin qa­baq­cadan müəyyən olunması, riskin baş verməsinə təsir edə­cək bütün amillərin öyrənilməsi, risklə bağlı qa­baq­ca­dan alternativ təkliflərin irəli sürülməsini nəzərdə tutur. Risk­lərin proqnozlaşdırılması zamanı bu işdə səriştəsi olan partnyorların cəlb edilməsi məqsədəuyğundur. Yəni risk­lə­rin proqnozlaşdırılması, həmçinin cəlb edilmiş mü­tə­xə­sislər tərəfindən aparıla bilər.
Riskin azaldılması. Elə risklər vardır ki, onlar müəs­­­si­­sə üçün qaçılmazdır. Bu zaman müəssisə həmin risk­­­lərin baş verəcəyi ilə qabaqcadan barışır. Lakin həmin risk­­lərin müəs­sisənin maliyyə-təsərrüfat fəaliy­yətinə nə də­­rə­cədə təsir gös­tərə­cəyi idarəetmənin səviy­yəsindən ası­lı­dır. Mü­tə­­xəssislər bu zaman idarəetmənin məh­sul­dar­lı­ğı­nı riskin tə­sirinin mini­muma endirilməsi ilə əlaqə­lən­di­rir­lər. Müəs­si­sə rəhbərləri gələ­cəkdə risklərin təsirini mi­ni­mu­ma en­dir­mək üçün əla­və maliyyə ehtiyat­larına, ma­te­rial ehti­yatl­a­rına, alternativ təd­birlər planla­rı­na malik ol­ma­ğa üstünlük ve­­rirlər. Məsələn pərakəndə ərzaq ticarəti obyektinin yaxın­lığında yeni topdansatış ərzaq ticarəti obyektinin fəaliy­yə­ti nəzərdə tutulur. Bu hal pərakəndə ticarət obyektinin rəh­bərlərini narahat edir. Çünki topdan­satış obyekti alı­cı­ya malı ucuz qiymətə təklif edəcək və alıcını özünə cəlb edəcəkdir. Bu isə pərakəndə ticarət ob­yek­­tinin fəaliyyəti üçün təhlükə yaradacaqdır. Bu məq­səd­lə pərakəndə ticarət obyektinin rəhbəri onun fəaliyyəti üçün yaranmış riskin təsirini minimuma endirmək üçün yol­lar axtarır. Bu cür vəziyyətdən çıxışın yolları müxtəlif ola bilər.
Pərakəndə ticarət obyektinin (malın kəmiyyəti, key­fiy­yəti, çeşidi, qiyməti, kommersiya xidmətləri sahə­sində) yeni atacağı taktiki addımları onu bu təhlü­kə­dən xilas edə bilər. Bu zaman pərakəndə ticarət müəssisəsi topdansatış obyektinin satacağı məhsulu topdansatış qiymətinə sat­maq­la öz müştərilərini itirməz. Bu onun üçün satış qiy­mət­lərində bir o qədər də, ciddi güzəşt addımı kimi qiy­mət­ləndirilmir. Çünki topdansatış obyektinin mal çeşidi pərakəndə satış obyektindən xeyli az olur. Əgər ərzaq topdansatış obyekti 50-100 adda mal satırsa, pərakəndə ticarət obyekti (PTO) 1000-lərlə çeşiddə mal satır. Fik­ri­mi­zi bir misal ilə izah edək.
Yaşayış məntəqəsində “a” və “b” məhsul çeşid­lə­ri­nin pərakəndə satışı ilə məşğul olan 2 ticarət obyekti fəa­liy­yət göstərir. Həmin obyektlərin öz müştəriləri vardır. Həmin müştərilər PTO-lərində satılan “a” və “b” məhsul çeşidlərinin alıcılarıdırlar.
1 2



Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin