Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şurasının


Sinifdə dilin inkişafı üçün şəraitin yaradılması



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə58/84
tarix30.03.2023
ölçüsü1,56 Mb.
#124581
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   84
Loqopediya (Mühazirələr)

Sinifdə dilin inkişafı üçün şəraitin yaradılması 
Dildən istifadə etməyi və digər Ģəxslərlə ünsiyyətə girməyi 
öyrənmə bir çox uĢaqlar tərəfindən səy nəticəsində əldə edildiyini 
bildiyimizə görə, ünsiyyət prosesini inkiĢaf etdirmək üçün iki Ģərtin 
lazım olduğunu qeyd edə bilərik: qarĢılıqlı münasibət və məlumat. Dilin 
öyrədilməsi prosesi uĢaq müəllimi ilə, digər yaĢlı Ģəxslərlə, yaxud 
yaĢıdları ilə qarĢılıqlı münasibətdə olarkən meydana çıxır. bu prosesdə 
fəad Ģəkildə iĢtirak etməklə, uĢaqda ünsiyyətə girmək qabiliyyəti inkiĢaf 
edir. ünsiyyət zamanı mübadilə edilən məlumat uĢağın dil mənimsəmə 
səviyyəsinə uyğunlaĢdırılmalıdır. Sinifdə kommunikasiya prosesinin 
məqsədli Ģəkildə aparılmasının müəllimə uĢaqlarda konkret məsələ ilə 
bağlı hansı problemlərin mövcud olmasını öyrənmək imkanını verir.
 
Sinifdə dilə həssaslıq mühitinin yaradılması
 
UĢaq təmayüllü siniflər üçün ilkin məqsəd uĢaqların özünün 
ünsiyyətə qoĢulması təĢəbbüsündə bulunmalarıdır. Dil vərdiĢləri 
funksional Ģəkildə və uĢaqların maraqlarına müvafiq olaraq inkiĢaf 
etdiyi üçün bu vərdiĢlərin sonrakı təkamülü yaradılan mühitdən asılı 
olacaqdır. Müəllimlər sinifdə uĢaqların yerləĢməsini elə seçməli və 
onlara danıĢmaq və ünsiyyətə girmək üçün kifayət qələr vaxt 
ayrılmalıdırlar ki, onlar ən müxtəlif yollarla biri digərilə, yaxud yaĢlı 
Ģəxslərlə ünsiyyətə girmək meylində olsunlar.
Sinifdə azyaĢlı uĢaqlar üçün aparılan təcrübələr çoxtərəfli, təbii dil 
imkanlarına əsaslanmalıdır (Qudman, 1986). Əsas dil funksiyalarından 
hər biri – kommunikasiya, ifadə və əsaslandırma qarĢılıqlı münasibət 
prosesində spontan Ģəkildə inkiĢaf edir. ünsiyyət vərdiĢləri üçün Ģəraitin 
yaradılması tərkibinə idrakı, sosial və linqvistik vərdiĢlərin daxil olduğu 
bir prosesdir (Ounes, 1988).
«Sənin ayaqqabın hansı rəngdədir?» tipli suallar qarĢılıqlı 
münasibətə girməyin ən səmərəsiz üsullarından biridir. Belə ki, uĢağın 
ayaqqabısının hansı rəngdə olmasını hamı görür. Eyni zamanda, bu 
Ģəraitdə hansısa cavabın verilməsi müəyyən dərəcədə lazımdır. 
Müəllimlər uĢaqların adətən istifadə etdikləri dili zənginləĢdirmək üçün 
uĢaqları həvəsləndirməlidirlər.
Aparılan sorğuların cümlə Ģəklinə salınması verilən cavabın necə 
olmasına birbaĢa təsir edir. uĢaqlar iĢləyərkən (nəsə qurarkən, Ģəkil 
çəkərkən və s.) onlardan «Öz işin haqqında mənə danışmaq 
istərdinmi?» tipli suallar vermək daha yaxĢıdır, nəinki «Bu nədir?» 


163 
UĢağın düĢüncəsinə görə iĢ elə bir xüsusi keyfiyyətə malik deyildir. 
Bununla belə iĢ prosesinin təsvir edilməsi və bunun Ģəxsi müĢahidələrlə 
əlaqələndirilməsi uĢaq üçün maraqlı ola bilər.

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin