167
Dərk etmə qüsurları – Bəzi uĢaqlarda dil və nitqin inkiĢafı, məhz
dərk etmə qüsurlarının olması sayəsində ləngiyə bilər. Bu uĢaqların
onların mövcud dil qabiliyyətlərini dəstəkləyən və inkiĢaf etdirən
mühitlə təmin edilməsi vcibdir. Zəif və orta səviyyəli dərk etmə
qüsurlarına malik olan bu uĢaqlar ardıcıl Ģəkildə yerinə yetirilən
mərhələlərdən sonra müəyyən nitq və dil qabiliyyətlərinə yiyələnə
bilərlər. Dərk etmə qüsurlarına malik olan uĢaqların proqmatik dil
vərdiĢlərinə, məsələn onların digər uĢaqlarla qarĢılıqlı münasibətdə
olmasına, xüsusi diqqət yetirilməsinə möhtacdırlar.
Antizm – Antizmli uĢaqların iki səciyyəvi xüsusiyyəti
aĢağıdakılardır: onların sosial vərdiĢlərindəki çətinliklər və qeyri-tipik
dil inkiĢafı. onların sosial ünsiyyət və münasibət baxımından
problemlərə malik olduqlarına görə, bu uĢaqların sinifdə digərləri ilə
danıĢması, öz fikirlərini ifadə etmələrinin üzərinə vurğu salınmalıdır.
Stimulun olmaması – Müvafiq stimulun olması dilin inkiĢafını
gücləndirir və danıĢıq vərdiĢlərinə Ģərait yaradır. Buna müvafiq olaraq,
həmin stimulun olmaması uĢaqların dil inkiĢafından geri qalmasına
səbəb olur və bütövlükdə bu inkiĢafın qarĢısını alır. bu məqsədlə,
valideyn və müəllimlər hər günün müvafiq vaxtında uĢaqlara ünsiyyət
vərdiĢlərini öyrətməlidirlər.
Emosional qüsurlar – Emosional qüsurlara malik olan uĢaqlar
müxtəlif dilin inkiĢafının ləngiməsi formalarına malik ola bilərlər, bu
son dərəcə ləng dil inkiĢafı stadiyasından tutmuĢ, digər Ģəxslərlə
ünsiyyətə girməkdən imtinaya qədər qruplara bölünə bilər. Bu
problemlərlə üzləĢən valideynlər və müəllimlər məntiqə uyğun davranıĢ
sədləri və sərhədlərini müəyyənləĢdirən dəqiq təlim mühitini yaratmağa
borcludurlar.
Öyrənmə qüsurları – Öyrənmə qüsurlarına malik olan uĢaqlar, dil
əsaslı çoxlu problemlərlə üzləĢə bilərlər. Bu, özünü daha çox həmin
qüsurlara malik olan uĢaqların zəif qulaq asma qüsurlarında diqqətin
yayılmasında göstərə bilər. Öyrənmə qüsurlarına malik olan bir çox
azyaĢlı uĢaqlar Ģifahi nitqin əsaslarına yiyələnmək məqsədilə, xüsusi
diqqət və qayğıya möhtacdırlar. Onlar, eyni zamanda dilin semantik və
sintaksis sahələrində təlimat almalıdırlar.
Dostları ilə paylaş: