Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik


Azərbaycan dilinin türk dilləri ailəsində yeri



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə7/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   119
2015-332

Azərbaycan dilinin türk dilləri ailəsində yeri 
Azərbaycan dili iltisaqi (aqlütinativ) dillərdəndir. Bu dil ge-
neoloji bölgüyə əsasən türk dilləri ailəsinə mənsubdur. 
Türk dilləri ailəsi genetik əlamətlər əsasında təsnif edilən ən 
böyük dil ailələrindən biridir. Başqa dil ailələrində olduğu kimi, 
bu ailəyə daxil edilən dillər də bir-birinə leksik, morfoloji və 
sintaktik cəhətdən çox yaxındır. Nümunə üçün bir neçə sözün 
müxtəlif türk dillərində necə işlədildiyini nəzərdən keçirək: 
Azərbaycanca dil 
Yaxşı 
üç 
mən 
tez 
Qazaxca 
mil 
Jaksı 
üş 
men 
tez 
Tatarca 
mel 
Yaxşı 
öç 
min 
tiz 
Türkməncə 
bil 
Yaqşı 
üç 
men 
tiz 
Özbəkcə 
mil 
Yaxşı 
uç 
men 
tiz 
Azərbaycan dili türk dilləri ailəsində oğuz dilləri qrupunun 
oğuz-səlcuq yarımqrupuna daxildir. Bu dil həmin qrup daxilində 
xüsusi mövqeyə malikdir. 
Azərbaycan dili türk dilləri ailəsindəki müasir dillərdən daha 
çox türk (osmanlı), türkmən və qaqauz dilinə daha yaxındır. 
Azərbaycan dilinin tarixinə dair 
Hər bir dilin tarixi həmin dildə danışan xalqın tarixi ilə bağlı 
olur. Azərbaycan dilinin tarixi xalqımızın tarixi ilə əlaqədar ola-
raq onun kimi çox qədimdir. 


 
14 
Azərbaycan dili hazırkı inkişaf səviyyəsinə birdən-birə çat-
mamışdır. Bu bir sıra əsrlərin məhsuludur. İlk dövrlərdə, başqa 
dillər kimi, Azərbaycan dilinin də lüğət tərkibi kasıb, qrammatik 
quruluşu isə bəsit olmuşdur. Lakin xalqımız tarixən inkişaf 
etdikcə dilimizin səs sistemi tədricən səlisləşmiş, lüğət tərkibi 
zənginləşmiş və qrammatik quruluşu təkmilləşmişdir. 
Tarixdə humanist, sülhsevər, mehriban və xeyirxah xalq ki-
mi məşhur olan, uzun əsrlər boyu həm onu əhatə edən qonşularla, 
həm də bütün digər xalqlarla dostluq, qardaşlıq münasibətində 
yaşayan Azərbaycan xalqı tarixin müxtəlif dövrlərində bir sıra 
işğallarla üz-üzə gəlmişdir. VII əsrdən başlayaraq Azərbaycana 
ərəb işğalçıları, sonralar isə fars, monqol, türk qəsbkarları basqın 
etmişlər. Bu yadellilərin məqsədi xalqımızı və eləcə də onun 
dilini tarix meydanından çıxarmaq idi. 
Lakin Azərbaycan xalqı tarix boyu bu mənfur işğalçılarla 
amansız mübarizə apararaq öz varlığını qoruduğu kimi, öz dilini 
də mühafizə edib saxlamışdır. 
İşğalçıların arzu və əməllərinin əksinə olaraq, Azərbaycan 
dilində sənət əsərləri yaradılır və dilimiz yavaş-yavaş ədəbi zə-
min əsasında formalaşıb inkişaf edirdi. Yadellilərin təqibinə bax-
mayaraq, XIII əsrdə Həsənoğlu, XIV əsrdə Nəsimi və başqa sə-
nətkarlarımız Azərbaycan dilində gözəl əsərlər yazıb yaratmışlar. 
Həmin dövrlərdə (assimilyasiya dövründə) Azərbaycan dili 
nəinki öz müstəqilliyini qoruyub saxlamış, eyni zamanda "...öz 
həyatilik və sabitliyini sübut etmiş, hətta öz növbəsində ərəb və 
xüsusilə də fars dilinə də təsir göstərmişdir". Bu təsir sonralar 
təkcə həmin dillərə deyil, başqa bir sıra dillərə də olmuşdur. 
Bütün tarix boyu öz orijinallığını mühafizə edib saxlayan 
Azərbaycan dili get-gedə inkişaf edərək XIX əsrdə milli dilə 
çevrilmişdir. Bu dövrdə Azərbaycan dilinin müstəqilliyinə qarşı 
olan mübarizə daha da kəskinləşmişdir. Lakin dövrün qabaqcıl 
adamları və bütün xalq dilin milli varlığını qorumağa başlamışlar. 


 
15 
Həmin dövrdə böyük mütəfəkkir M.F.Axundov dilimizin çox 
nadir və poetik vüsətə malik bir dil olduğunu həm nəzəri, həm də 
əməli olaraq sübut etməyə çalışmışdır. 
XIX əsrin sonu XX əsrin əvvələrində Azərbaycanın görkəm-
li maarifpərvərləri M.Ə.Sabir, C.Məmmədquluzadə, Ə.Haqver-
diyev və başqaları dilimizin milli orijinallığı uğrunda ciddi mü-
barizə aparmış və bu məsələdə xalqa düzgün istiqamət vermişlər. 
Bütün sahələrdə olduğu kimi dil sahəsində də inkişaf üçün 
geniş imkanlar yarandı. Sovet dövründə Azərbaycan dilinin lüğət 
tərkibi, qrammatik quruluşu, üslubları bəlkə də min ilə bərabər 
bir inkişaf yolu keçdi. Hazırda dilimiz öz inkişafını davam etdirir. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin