16
yaylıq, yağ, köhnə, boran, dərin, yorğan, boşqab, biçinçi, qarğa,
duz, qalın, doğru və s.
3. Ləzgi dilinə keçən sözlər: ad, bağça, gözəl, güzgü, dərin,
düşmən, köhnə, qarpız, qızıl, quş, sərin, çəltik, şirin, yaylaq, turp,
paltar, saçaq və s.
4. Rus dilinə keçən sözlər: arbuz (qarpız), anbar, başlıq,
sarafan, kalpak, saray, utyuq (ütü), kazak, sazan, almaz, kamış
(qəmiş), qaraul (qarovul), barsuk (porsuq), tuman, karandaş, aşuq
(aşıq), çerdak, sunbuk (sandıq), izyum(üzüm) və s.
5. Gürcü dilinə keçən sözlər: qonaq, qoçaq, tutsaq, körpə,
keçəl, ocaq, otaq, pul, manat, papaq, polad, toxa, çəkmə, çomaq,
çolaq, ciyər, çəkic, şüşə, şəkər, yaraq, dolma, çığırtma və s.
Azərbaycan dilindən gürcü dilinə
keçmiş sözlər müxtəlif
sahələrə aid olaraq həm ədəbi, həm də danışıq dilində işlədilir.
Azərbaycan dili yuxarıda qeyd olunan dillərin əksəriyyətinin
lüğət tərkibinin inkişafında
həm mənbə, həm də vasitəçi dil
olmuşdur.
Bunu başqa şəkildə desək, Azərbaycan dili həm öz
sözlərini vermiş, həm də başqa
dillərdən söz almaqda həmin
dillər üçün vasitəçilik etmişdir. Bu dilin vasitəsi ilə gürcü dilinə
yüzlərlə ərəb və fars mənşəli sözlər daxil olmuşdur. Məsələn:
adəm, adam, bina, qələm, dəzgah, əlbəttə, əfsus, zər, kef, mürəb-
bə, mütəkkə, mismar, məsləhət, pəncərə, pərvanə, reyhan, saat,
surət, ustad, ümid, fikir, xatir, həkim, cəllad və s. keçmişdir. Belə
bir vəziyyət Azərbaycan dilinin
geniş təsir dairəsinə malik
olduğunu göstərir.
Azərbaycan dilinin başqa dillərə müsbət təsiri hal-hazırda da
davam edir. Bunu təkcə Dağıstan dillərində yox, qonşuluqda olan
başqa dillərdə də görmək olur. Ümumiyyətlə, başqa dillərə keç-
miş Azərbaycan sözləri həmin dillərin lüğət tərkibinin ayrılmaz
ünsürünə çevrilmişdir.