Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik


Ritorika və ədəbiyyat – ədəbiyyatĢünaslıq



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə60/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   119
2015-332

Ritorika və ədəbiyyat – ədəbiyyatĢünaslıq 
 
Ritor-əslində danışdığı dildə yaramış olan ədəbiyyatla yanaşı, 
ədəbiyyatşünaslığı da bilməlidir. Ədəbi janrların poeziya, nəsr, 
dram janrlarının əsas xüsusiyyətlərini bilməyən bir natiq nə şeirin 
poetik siqlətini, nə nəsrin fikir axarını, nə dramın dialoji çoxcə-
hətliliyini dinləyiciyə yüksək səviyyədə çatdıra bilər. Xüsusilə 
əruz vəznində yazılmış şeirləri oxumaq, dinləyiciyə çatdırmaq 
üçün natiqdən – ritordan bu sahəni yaxşı bilmək tələb olunur. 
İstər heca vəznində, istər sərbəst vəzndə yazılmış şeir olsun, onu 
ifadəli şəkildə düzgün oxumasan, əsərin dəyərini, düşündüyün 
kimi, dinləyicini də razı sala bilməzsən. 
Nəsr və dram əsrlərinin xüsusiyyətlərini də dərindən mənim-
səmək lazımdır. Nağıl ilə oçerki eyni tonda, eyni ahəngdə oxu-
maq olmaz. Eləcə də dramatik əsərlə komik əsəri eyni formada 
oxumaq natiq üçün qüsurdur. 


 
118 
Ritorika və tarix 
 
Ritorikanın tarixlə əlaqəsini ritorika tarixi ilə eyniləşdirmək 
olmaz. Bunlar nə qədər yaxın olsalar da bir-birinin eyni deyil. 
Ritorikanın tarix elmi ilə əlaqəsi dedikdə ritorun tarix elmini 
yaxşı bilməsi nəzərdə tutulur.
Azərbaycanın sovet dövrü tarixindən danışan bir natiq bu 
dövrün hadisələrini yaxşı bilməkdən əlavə, həmin hadisələrin 
görünməyən tərəflərini də bilməli və milli mövqedən çıxış etməyi 
bacarmalıdır. Əgər, ritor tarixi hadisələri – onların səbəblərini
gedişini, nəticələrini yaxşı bilməsə, onun nitqi inandırıcı olma-
yacaq. İnamsız danışacaq, dinləyicini özünə cəlb edə bilməyəcək. 
Məsələn, Azərbaycanda sovet hakimiyyəti qurulması tarixini gö-
türək, neçə il bundan əvvəl natiqlər bolşevik platformasından 
yazılan tarixi hadisələri zövq və şövqlə danışırdı. İndi isə həmin 
hadisə haqqında milli dövlətçiliyimizin məhv edilməsi, xalqı-
mızın milli müstəqilliyimizin, azadlığımızın əlimizdən alınması 
kimi danışmaq lazım gəlir. Bu hadisəni yüksək pafosla, zövq və 
şövqlə nəql etmək olarmı? Şübhəsiz, bu zaman təəssüf hissi ilə, 
aramla, astadan, pauzalarla danışmalı olacaqdır. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin