129 üzköçürmə, silmə, addəyişmə
130 diskovodlar, monitor, klaviatura, mış, printer və s.
131 informasiyanın daxil edilməsi, saxlanması, çıxarılması
132 ―Qoş və işlə‖
133 yoxlamaq, sıxmaq, defraqmentləşdirmək və s.
134 arxivləşdirmək və s.
112
Əməliyyat sisteminin faylları xarici, uzunmüddətli yaddaşda135 saxlanır. Lakin proqramlar yalnız operativ yaddaşa yükləndikdən sonra icra edilə bilir. Buna görə də ƏS- in fayllarını operativ yaddaşa yükləmək lazım gəlir. ƏS faylları yazılmış disk sistem diski adlanır.
Kompüter elektrik cərəyanı şəbəkəsinə qoşulduqdan sonra ƏS sistem diskindən avtomatik olaraq operativ yaddaşa yüklənir. Bunun üçün yükləyici proqram vardır.
Kompüterin özünü testləşdirməsi. Kompüterin tərkibində enerjidən asılı olmayan sabit yaddaş qurğusu vardır ki, burada da kompüteri testləşdirən və ƏS-in yüklənməsinin birinci mərhələsini həyata keçirən BİOS136 proqramı yazılmışdır.
Kompüter elektrik cərəyanı şəbəkəsinə qoşulduqdan və ya sistem blokundakı Reset düyməsi basıldıqdan, yaxud da klaviaturadakı Ctrl+Alt+Del düymə kombinasiyası basıldıqdan sonra prosessor POST (Power-ON Self Test) proqramını qoşaraq kompüterin aparat vasitələrinin iş qabiliyyətini testləşdirir.
Testləşdirmədən sonra xüsusi proqram sabit yaddaşdakı BİOS-u axtarıb işə qoşur. ƏS yükləndikdən sonra idarə əmr prosessoruna ötürülür.
Fayllar və fayl sistemi
Bütün proqramlar və verilənlər kompüterin xarici yaddaşında fayl şəklində saxlanır. Fayl dedikdə, xarici yaddaşda saxlanan adlandırılmış müəyyən miqdar informasiya137 nəzərdə tutulur.
Faylın adı. Faylın adı bir-birindən nöqtə ilə ayrılan 2 hissədən ibarətdir. Birinci hissə faylın adını, ikinci hissə faylın tipini müəyyən edən genişləndirməni əks etdirir. Faylın adındakı birinci hissəni istifadəçi, ikinci hissəni faylı yaradan proqram verir. Fayl tipləri və onların genişləndirmələri aşağıdakı cədvəldə verilmişdir:
Faylın tipi
|
Genişləndirmə
|
Proqramlar
|
exe, com
|
Mətn faylları
|
txt, doc
|
Qrafik fayllar
|
bmp, gif, ipg və s.
|
135 vinçesterdə, çevik və ya lazer diskdə
136 Basic İnput/Output System- giriş-çıxış baza sistemi
Fayl sistemi. Hər bir informasiya daşıyıcısında138 çoxsaylı fayllar saxlana bilir.
Faylların diskdə saxlanma qaydası fayl sistemi tərəfindən müəyyən edilir.
Hər bir disk 2 oblasta bölünür: 1) faylların saxlandığı oblast, 2) kataloq. Kataloqda faylın adı və diskdə yerləşməsinin başlanğıcı qeyd edilir. Yəni, kataloq mövzunun başlığı, fayl isə məzmunu kimi nəzərə gəlir. Kitab səhifələrdən, disk isə sektorlardan ibarətdir. Saxlanan faylların sayı az139 olduqda həmin disk üçün birsəviyyəli fayl sistemindən istifadə edilə bilər. Bu halda kataloq140 fayl adlarının xətti ardıcıllığından ibarət olacaqdır. Əgər diskdə minlərlə fayl saxlanırsa, bu halda çoxsəviyyəli (ağacşəkilli) fayl sistemindən
istifadə edilir. Başlanğıc (kök) kataloq 1-ci səviyyə kataloqlarını, bunlar 2-ci səviyyə kataloqlarını və s. saxlayır. Bütün səviyyə kataloqlarında həm də fayllar saxlana bilir.
Fayl sistemi dedikdə, kataloqların təşkili və faylların saxlanması sistemi nəzərdə tutulur.
Fayla aparan yol. Lazımi faylı tapmaq üçün müəyyən yol keçmək tələb olunur. Məsələn, C:\GAMES\CHESS\chess.exe. Bu, o deməkdir ki, şahmat proqramı vinçesterdə (C:) yerləşən oyun (GAMES) kök kataloqundakı şahmat (CHESS) kataloqundadır. Faylın adı göstərilən yola faylın bitkin adı deyilir.
Fayl sisteminin qrafik interfeysin köməyi ilə təqdim edilməsi. MS-DOS-un iyerarxik fayl sistemi (kataloq və faylları) Windows qrafik interfeysində qovluq və sənədlər sistemi kimi təsvir edilir. Lakin MS-DOS-da başlanğıcda kök kataloq, Windows-da işə İşçi stol dayanır. Bundan sonra Mənim kompüterim, Səbət, Şəbəkə əhatəsi yerləşir.
Mənim kompüterim qovluğu kompüterin resurslarını əks etdirir. Fayllar üzərində əməllər. Fayl üzərində aşağıdakı əməllər icra edilir: üzköçürmə (faylın nüsxəsi başqa kataloqa yerləşdirilir);
yerdəyişmə (faylın özü başqa kataloqa yerləşdirilir); silmə (faylın kataloqdan silinməsi);
138 çevik, sərt və ya lazer diskində
139 cəmi bir neçə yüz
addəyişmə (faylın adı dəyişdirilir).
Windows qrafik interfeysi fayllar üzərində aparılan əməlləri Drag&Drop141 meto- dundan istifadə etməklə mış vasitəsilə də icra etməyə imkan verir.
Windows qrafik interfeysi həm də MS-DOS-da işləmək imkanını saxlayır. Bunun üçün seans MS-DOS-a keçmək kifayətdir.
Dostları ilə paylaş: |