Qrup konsultasiyasının əsas metodları Qrup inkişafının metodları Bu qrup metodu müştərilərin sosial səlahiyyətlərinin, şəxslərarası münasibətlərin inkişaf etdirilməsinə, təhlükəsiz ətraf-mühiti formalaşdırmaq ehtiyaclarına istiqamətlənib. Qrup işinin diqqət mərkəzində müştərinin şəxsi inkişafı dayanır. Münasibətlərin inkişafı prosesində müştərilərin duyğularına böyük diqqət yetirilir; diskussiya prosesində terapevt konsultasiyası prosesini həyata keçirir. Qrup keçirilən sessiyada könüllü iştiraketmə əsasında formalaşır, açıq terapiya məkanına çevrilir, burada görüşlərin sayı həftədə 3 dəfəni keçmir.
Problemlərin həll edilməsində qrup metodu Qrup müzakirəsi prosesində problemin həll edilməsi bu qrupun əsas məqsədidir. İlk vəzifələr müştərinin öz fərdi problemlərini qrupun təcrübəsi vasitəsilə həll etməsinin öyrənilməsi istiqamətində olur. Metod həm normal, həm də “narahat” müştərilərə şamil edilə bilər. Müştərilər qrupda müzakirə etmək üçün onları narahat edən mövzuları seçirlər, müzakirə prosesində onlar həmsöhbətlərini dinləmək, onunla dialoq qurmaq, qrupun qəbul etdiyi normalara uyğun məlumatları qəbul etmək və seçmək bacarıqlarına yiyələnirlər. Bu qrupun səciyyəvi cəhəti olan demokratizm və dostluq münasibətlərinin bərqarar edilməsi qrup liderinin professional vəzifəsidir. Metod pozitiv insan münasibətlərinin yaranmasına şərait yaradır, müştərilərin bir-birini daha yaxşı başa düşmələrində, başqa insanın rəy və ehtiyaclarına hörmətlə yanaşmaqda onlara kömək edir.
LİDER – qrup üçün önəmli olan situasiyalarda məsuliyyətli qərar qəbul etmək haqqına sahib qrup üzvü.
Qrup adlerian konsultasiyası Bu, tədris və inkişaf prosesində uşaqlarının üzləşdiyi çətinliklərlə bağlı problemləri olan ailələrlə aparılan qrup məsləhətləşməsidir. Metodun əsasını Adlerin ailə konsultaiyası təşkil edir. Onun təsəvvürünə görə insanın hər bir hərəkətinin məqsədi var. Mühüm olan sosial münasibətlərdə özünütəyinetmədir. Bu səbəbdən qrup prosesinin prinsipial mərhələləri inkişaf edən münasibətlər, situasiyanın şərhi və yenidən tərbiyədən ibarətdir.
Qrup konsultasiyasının bu metodunun özünəməxsusluğu münasibətlərin kütləvi və açıq tənzimlənməsindədir. Praktiki olaraq bütün qrup sessiyaları uşaqlar, uşaq və valideynlər, həmçinin tədris prosesində uşaqlarla qarşılıqlı fəaliyyətdə olan digər abonent qrupları arasında olan münasibətləri tənzimləməyi öyrətməyə həsr edilir.
Uşaq qruplarında davranış tənzimlənməsində direktiv metodlardan istifadə edilir. Bununla yanaşı yeni münasibətlərin və dəyər oriyentasiyasının formalaşdırılması üçün qrupun hüdudlar çərçivəsində münaqişə metodundan da istifadə edilir. Qrup qarşılıqlı fəaliyyətində uşaq qarşıya qoyulan məqsədlərə çatmağı öyrənir, onun normativ sosial oriyentasiya formalaşır.