Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə


Sosial işin fəlsəfəsinin paradiqmaları



Yüklə 0,73 Mb.
səhifə34/206
tarix11.06.2023
ölçüsü0,73 Mb.
#128041
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   206
kitab tercume

Sosial işin fəlsəfəsinin paradiqmaları

XIX əsrin ikinci yarısından XX əsrin sonuna kimi sosial işin fəlsəfəsində aşağıdakı əsas modelləri qeyd etmək olar: humanizm, pozitivizm, utopizm, professionallıq.
Sosial işdə humanizmin fəlsəfəsi XIX əsrin sonunda meydana çıxır və sosial xeyriyyəçiliyin müddəaları ilə əlaqəlidir. Bu doktrinanın əsasında cəmiyyət fərdə minimal yaşayış standartlarını təmin etməyə çalışdığı zaman insanın ekzistensional dəyərləri, onun həyat ehtiyaclarının təmin olunması haqqında təsəvvür durur. Təşkilati tədbirlər yolu ilə sosial münasibətlərin tənzimlənməsi əldə edilir, cəmiyyətin rifahı təmin olunur. Humanizm puritan əxlaqına qarşı qoyulur. Puritan əxlaqının əsasında sosial-darvinizm ideyası durur. Bu konsepsiyanın əsas müddəaları sərt rəqabət şəraitində sağ qalan güclü şəxsiyyət haqqında təsəvvürlərlə bağlıdır. Etik prinsiplər əhalinin sosial cəhətdən zəif təbəqələrinə, yəni xəstə, kasıb, qoca və bu qəbildən olan başqa kateqoriyalara göstərilən köməyə qarşı yönəlmişdir. Ehtiyacı olanlara kömək və dəstək cəmiyyətin zəifləməsi, onun dağılmasına yönəldilən sosial hərəkətlər kimi nəzərdən keçirilir. Lakin cəmiyyət ehtiyac olanların reabilitasiyası istiqamətində onların müstəqil şəkildə həyatlarını davam etməsi üçün ən vacib stimullar kimi çıxış edən fiziki və iqtisadi həvəsləndirmə və cəzalandırma tədbirləri sisteminin əsas yer tutduğu addımları atmağa məcbur olur.
PROFESSİONALLIQbu peşəkar fəaliyyətdə ən böyük effektivliyə çatmağa şərait yaradan biliklərin, bacarıqların və vərdişlərin yüksək, sabit səviyyəsidir.
HUMANİZM (latın sözü humanus — insani, mərhəmətli) — insanın şəxsiyyət kimi dəyərini, onun azadlığa, xoşbəxtliyə, inkişafa hüququnu tanıyan, tarixən dəyişən baxışlar sistemidir.
Sosial işdə pozitivizm fəlsəfəsi XX əsrin 20-ci illərində humanizm modelini əvəz edir. Bu doktrinanın əsasında biliklərin ümumilikdə, sosial biliklərin isə xüsusi ilə mütləqləşdirilməsi dayanır.
POZİTİVİZM — idrakın yeganə başlanğıc punktu təcrübənin faktları, idrakın yeganə obyekti isə — hadisələr və onlar qanunauyğun əlaqəsini qəbul edən nöqteyi-nəzərdir.
Bilik — obyektivliyin meyarıdır, o insanlara xarici şəraiti dəyişdirməyə imkan yaradır, elmi metod isə makro, mezo-, mikropsixi və ictimai-iqtisadi proseslər haqqında real təsəvvür verir. Bu paradiqmada biheviorizm, freydizm, radikal sosiologiya pozitivizmin ideologiyasının əsası olur. Elmi idrakın ictimai amilləri onların norma və ya patologiyasında yalnız müəyyən etməyə yox, eləcə də izah etməyə şərait yaratması haqqında olan E. Dyurkqeymdən gələn ənənələr öz sonrakı inkişafını Pinker, Varnoka, Skinnerin əsərlərində tapır. Skinnerə əsasən, mühitin xarici təsirləri insanın davranışını müəyyən edir. Buna görə kliyentin tipologiyasının dəyişikliyi bir başa ətraf mühitin dəyişikliyi ilə əlaqələndirilir.
Biheviorizm mövqelərindən insanların icmada davranışlarının və tərbiyəsinin qayda və qanunlarının əsaslandırılması baş verir. Müəyyən vəziyyətlərdə insanın davranışının öyrənilməsi bazasında əldə edilmiş bilik təkcə fərdlərin sosiallaşma modellərini yaratmağa yox, eləcə də elmi cəhətdən əsaslandırılmış etik təsəvvürləri formalaşdırmağa əsas verir. Freydizm seksual instinktlər mövqelərindən (şüursuzluq) təkcə intropsixi prosesləri yox, eləcə də ictimai tarixi hadisə və olayları təhlil etmək imkanını təqdim etdi.
Pozitivist ssientizmi, elmi biliyin rolunun mütləqləşdirilməsi, sosial işin fəlsəfəsi üçün özünün həm müsbət, həm də neqativ rolunu oynadı. Elmi metodların baxışlar sisteminə gətirilməsi sosial işin təkcə praktik fəaliyyət kimi deyil, eləcə də sosial reallığın idrakının müəyyən sahəsi kimi dərk olunmasına imkan yaradır. Ancaq elmi biliyin mütləqləşdirilməsi, insanın muxtariyyətinin inkarı, onun ictimai-iqtisadi və ictimai-bioloji amillərlə determinantlaşdırılması peşəkar fəaliyyətin ideologiyasına ümumbəşər və humanist dəyərləri deyil, tədqiqat instrumentariyasının prioritetləri və dəyərlərini əlavə etdi. Protokollar, statistika, testləşmənin müdaxilələrin qurulması zamanı söhbət, sorğu və ya intervyu ilə müqayisədə daha nüfuzlu arqument olduğu dövrdə “sosial işçinin sindromu” anlayışı meydana çıxır.
Pozitivizmin paradiqması utopizmin paradiqması ilə əvəz olunur. Liberalizm və sosial islahatçılıq sosial işin fəlsəfəsinin əsasına çevrilir. Adi həyatın fəlsəfəsi nəzəri konseptlərin və praktik yanaşmaların başlanğıc mövqeyi olur. “Yaxşı həyat”, “yaxşı cəmiyyət”, “yaxşı insan” kimi anlayışlar anlayış şüurunun dominantı olurlar. Kollektiv dəyərlərə zidd olan şəxsiyyətin dəyərlərinə aid yönümlər ilə səciyyələnən liberalizm fəlsəfəsi təkcə peşəkar fəaliyyətin prinsip və normalarında yox, eləcə də onun metodlarında və texnikalarında əks olunur. Utopizm fəlsəfəsi mövqelərindən labüd təhsilin olmaması, aşağı iqtisadi status, ictimai mühitin neqativ təsiri və başqa amillər kimi obyektiv səbəblərlə bağlı yaranmış çətinliklər nəticəsində insan sosial cəhətdən zəif subyekt olur. Utopizm fəlsəfəsinin kliyentin öncədən günahsızlıq prezumpsiyası haqqında mövqeyi təkcə peşəkar sosial işin dəyərlər yönümlərinin yerdəyişməsinə yox, eləcə də onun inkişafının strategiyasının aksentlərinin sosial islahatlardan sosial aksiyalara istiqamətinin dəyişməsinə gətirib çıxarır.
Peşəkarlığın fəlsəfəsi öz mövqelərini humanist və demokratik ideallar və dəyərlərdən çıxış edərək əsaslandırır. Bu gün sosial işin fəlsəfəsinin əsas dominantları - insanın ehtiyaclarının təmin olunması, onun potensialının və qabiliyyətlərin inkişafı, rifahın artımı, fərdi, kollektiv, milli və beynəlxalq ehtiyacların təmin olunması məqsədi ilə resursların inkişafı, sosial ədalətin bərqərar olmasıdır.
Sosial işin fəlsəfəsi aşağıdakı aspektlərə əsaslanır: coğrafi, siyasi, ictimai-iqtisadi, mədəni, mənəvi. Öz məcmusunda ayrılıqda və birlikdə onlar sosial işin ideologiyasının dəyər yönümlərini, baza yanaşmalarını və etik prinsiplərini müəyyən edirlər.
Coğrafi aspekt. Fəaliyyət müəyyən sərhədlər çərçivəsində həyata keçirilir.
Siyasi aspekt. Sosial işçilərin fəaliyyət göstərdiyi ölkələr müxtəlif siyasi sistemlərə malikdirlər. Fəaliyyət siyasi sistemdən asılı olmayaraq sosial iş prinsiplərinə uyğun olaraq həyata keçirilir.
İctimai-iqtisadi aspekt. Həyatın lazımi şəraiti, əmək fəaliyyətinin əlçatanlığı, səhiyyə və təhsil sistemi, sosial təminatın və xidmət sisteminin əlçatanlığı — müasir cəmiyyətdə insanın hüququdur.
Mədəni aspekt. Ayrı-ayrı şəxslərin, qrupların, icmaların, ölkələrin ənənələri, əminlikləri, mədəniyyətinə hörmət edilməli və qorunub saxlanılmalıdır. Bu antidiskriminasiya siyasətinin ən əhəmiyyətli prinsipidir, cəmiyyətin inkişafının və sabitliyinin zəmanətidir..
Mənəvi aspekt. Hər bir cəmiyyətdə dəyərlərin öz sistemi mövcuddur. Sosial işin dəyərlər sisteminin inkişafı üçün sosial işçilərin iş apardığı insanların mənəvi aləmi, dəyərləri, ümidləri, idealları, fəlsəfəsi, əxlaqı diqqət mərkəzində olmalıdır.
Peşəkarlıq fəlsəfəsinin bu aspektləri insanın ləyaqətinə zərər vurmadan onun təhlükəsizliyi və inkişafını təmin etmək qabiliyyətində olan ədalətli sosial institutların yaradılmasına təkan verməlidir.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin