Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə



Yüklə 0,73 Mb.
səhifə67/206
tarix11.06.2023
ölçüsü0,73 Mb.
#128041
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   206
kitab tercume

SOSİAL İŞİN METODLARI – Qərb ədəbiyyatında, sosial iş nəzəriyyəsində, sosial iş xüsusi müdaxilə növü kimi qeyd olunur: hadisə ilə, qrupla sosial iş, sosial işin idarə edilməsi, ailə ilə işləmək və s. Yerli elmi ədəbiyyatda bu anlayışla bağlı heç bir açıqlama yoxdur.
PREDMET DİLİ müəyyən predmetli obyektlərini anlamaq və izah etməyə xidmət edən formallaşdırılmış anlayışlar sistemi kimi, habelə xüsusi kommunikasiya ehtiyaclarının ödənilməsi kimi başa düşülür.

- sosial fəaliyyətdə predmet ilə obyekt arasındakı əhəmiyyətli əlaqələr və onların dialektikası.
"Sosial işin nəzəriyyəsi və metodikası" kitabında qanunlar "sosial işdə hadisələrin və proseslərin mahiyyəti arasında güclü, təkrarlanan obyektiv əlaqələri ifadə edir".
Qeyd edək ki, bu istiqamətin nəzəriyyəsinin tərkib hissələri xarici tədqiqatçıların yanaşmalarından fərqlənir.


Nəzəri müddəalara Rusiya tədqiqatçılarının yanaşması

Nəzəri müddəalara Qərb tədqiqatçılarının yanaşması

Qanunauyğunluqların təsnifatı

Təsnifatlar

Dərkedici prinsiplər

Dərkedici prinsiplər

Predmet-obyekt əlaqələrinin axtarışı

Yanaşmalar

Kateqorial aparatın təyin edilməsi

Normativ modellər

Nəzəri qanunauyğunluqların axtarışı


İkinci əsas istiqamət pedaqoji elm mövqelərindən çıxış edən tədqiqatçıların sosial iş nəzəriyyəsinə yanaşmalarla bağlıdır. Bu yanaşma prof. V.Q.Boçarova tərəfindən əsaslandırılmışdır. Belə nəzəriyyələrin əsasında nəzəri yanaşmadan irəli gələn fərziyyələrin formalaşdırılması durur. Qeyd edilməlidir ki, bu sabit deduktiv sxemlər deduktiv mühakimələrə müəyyən məhdudiyyətlər gətirir. Belə yanaşma yalnız Rusiyanın pedaqoji elmində işlənib hazırlanmasına görə sosial pedaqogikanın nəzəriyyəsi həddlərində sosial iş nəzəriyyəsinin dərki sosial işin predmet sahəsinə qeyri-müəyyənlik gətirir.


Sosial-pedaqoji yanaşmanın xüsusiyyəti ondan ibarətdir ki, sosial iş fenomeni yalnız peşəkar fəaliyyət baxımından nəzərdən keçirilir. Bu zaman burada həm sosial fəaliyyət elementləri, həm də sosiallaşma elementləri nəzərdən keçirilir. Bunun əsasında tədqiqatçılar sosial iş fəaliyyətinin pedaqoji təbiəti barədə gənaətə gəlirlər. Bu konsepsiyaya üzərində nəzəri yanaşmalar sıralanır.
V.G. Boçarova, sosial pedaqogika nəzəriyyəsinin sistemini geniş başa düşərək bunu "insanın yaxın ətrafını əhatə edən qarşılıqlı fəaliyyət sistemi" ilə məhdudlaşdırmır, buraya mövcud obyektin sistem əlaqələri və sosial iş də daxil edilir. Müəllif bunu belə əsaslandırır: " elmin bu sahəsi bir növ sosial işi insaniləşdirir, pedaqojiləşdirir, insanı, fərdi-psixi və sosialın vəhdətində götürür. Sosial işin yalnız bir tərəfini, onun praktiki istiqamətlənməsini düşünən tədqiqatçı hesab edir ki, "sosial pedaqogika praktik sosial iş sahəsi üçün tətbiqi elm rolunu oynaya bilər".
Oxşar mövqelərdə digər tədqiqatçılar da durur, məs., M.P. Quryanov, V.İ. Spirina və s. V.İ. Spirina sosial işin tərifini sosial pedaqogika baxımından verir, o, bunu belə əsaslandırır ki, əslində bu “sosial işin pedaqogikasıdır”. Sosial işin pedaqogikası dedikdə cəmiyyətin dəstəyinə ehtiyacı olan fərdlərin və qrupların sosial tərbiyəsini öyrənən pedaqogika sahəsi nəzərdə tutulur. Bu yanaşmanın mühüm komponenti elmi düşüncənin ayrılmaz elementi olan sosial mühitdir. Qeyd edilə bilər ki, mühit amili, xüsusilə də "ətraf mühit - şəxsiyyət" prinsipi xarici elmi məktəblərdə sosial işin təcrübəsi və nəzəriyyəsinə müxtəlif nəzəri yanaşmaların əhəmiyyətli ünsürüdür. Bu baxımdan, V.İ.Spirinanın konseptual yanaşmaları sosial işin nəzəri paradiqmasına yaxındır. Eyni zamanda göstərilməlidir ki, burada S.T.Şatski, A.S. Makarenko və digər pedaqoqların yerli pedaqoji yanaşmaları da var.
Tədqiqatçı baxımından sosial dəstək müştəridən asılı olaraq məzmununu dəyişəcək və çətin bir həyat vəziyyətində bir uşaq, gənc və ya bir yeniyetmə varsa, sosial fəaliyyət yalnız müxtəlif növ yardımlarla məhdudlaşa bilməz, burada pedaqoji təsirlər kompleksi də lazımdır. Bu ideya qeyd olunan konsepsiyanın əsasını təşkil etmişdir.
Sosial iş və sosial pedaqoji nəzəriyyənin nisbəti yalnız ontoloji yox, həm də praktik əhəmiyyətə malikdir. Bu həm də sosial işin müasir nəzəriyyəsi baxımından şərh edilməsini tələb edir. XX əsrin əvvəllərində baş verən müzakirəni P. Natorp açmışdır. Bu müzakirə hələ pedaqogika və sosial pedaqogikanın elmi anlayışı daimi inkişafda olduğundan tamamlanmadı. Ancaq qeyd etmək olar ki, sosial işin nəzəriyyəsi və təcrübəsinin sosial pedaqogika ilə birləşməsi müştəriyə fərdi yardım modellərinin qurulduğu yerdə baş verir.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin