Metasəviyyə. Metasəviyyəli nəzəriyyədə anlaşılan sahə sosial işin fəlsəfəsi kimi çıxış edir. Onun məqsədləri aşağıdakı ardıcıllıqda göstərilə bilər:
- yardım prosesinin sosial-tarixi inkişafı barədə təsəvvür yaratmaq;
- onun fəaliyyətinin praksioloji və aksioloji baza prinsiplərini aşkar etmək;
- sosial işin nəzəri strukturlarının formalaşması və yaranmasının əsas prinsiplərini təyin etmək;
- sosial işin idrak nəzəriyyəsinin sərhədlərini, elmi təfəkkür prinsiplərini və sahə dil strukturları problemini müəyyən etmək;
- sosial iş metoduna, onun elmi identikliyi və tədqiqat metodologiyasına ümumi yanaşmaları formulə etmək;
- yardımın texnikası və metodlarına əsas yanaşmaları müəyyən etmək;
- sosial biopsixoloji amillər əsasında insan həyatı ssenarisi haqqında təsəvvürləri formalaşdırmaq;
- peşəkarın hazırlığının baza prinsiplərini hazırlamaq.
Makrosəviyyə. Sosial işdə makrosəviyyə sosial təminat nəzəriyyəsi kimi çıxış edir. Burada yardımın əsas subyekti kimi cəmiyyət və dövlət çıxış edir. Bu səviyyənin əsas məqsədlərini növbəti ardıcıllıqla açmaq olar:
- sosial dəstəyi və əhalinin müdafiəsini nizama salan və həyata keçirən subyekt kimi dövlətin funksiyaları haqqında təsəvvür vermək;
- ehtiyacı olan vətəndaşlara dövlət yardım və dəstək metodları, nəsarət formalarının mahiyyətini açmaq;
- onun ən əhəmiyyətli strategiyaları ilə əhaliyə sosial xidmət sisteminin yanaşmalarını əsaslandırmaq, o cümlədən:
• sosial təminat siyasətinin analizi və planlaşdırılması,
• əhalinin gəlirlərinə dəstək proqramları,
• sosial xidmət müəssisələrinin proqramları,
• əhalinin sosial xidmətinə inzibati idarəetmə və rəhbərlik,
• əhalinin sosial xidmət müəssisələrində sosial iş.
Mezosəviyyə. Mezosəviyyəyə qrup prosesləri ilə bağlanmışdır. Onlar yardım və qarşılıqlı yardım prosesləri kontekstində öyrənilir. Dərketmənin bu sahəsində əsas məqsəd olur:
- müxtəlif qrupların deviasiya, adaptasiya, dezadaptasiya genezisi və onun formalaşması prosesinin anlanılması;
- müxtəlif qruplarla iş metodları və strategiyalarının aşkar edilməsi;
- kömək, qarşılıqlı yardım, təşkilat və özünü təşkil etmə prinsiplərinin üzə çıxardılması;
- ayrı-ayrı şəxslərin və qrupların həyatının iqtisadi və sosial risklərdən müdafiəsi.