Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə



Yüklə 0,73 Mb.
səhifə73/206
tarix11.06.2023
ölçüsü0,73 Mb.
#128041
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   ...   206
kitab tercume

Tədqiqatın ikinci istiqaməti. Sosial iş bilik sahəsi olaraq sosial siyasət, sosial iqtisadiyyat, sosial pedaqogika, sosial tarix, sosial ekologiya və s. kimi bilik sahələrinə kifayət qədər yaxındır. Biliyin bu sahələri biliyin sistem yaradan komponenti olan "sosial" fenomeni ətrafında əsrlərin sərhədində yaranmışdır. "Sosial" anlayışı yalnız semantik və anlaşılan müəyyənlik deyil, bu elə bir sosial hadisədir ki, o, XX əsrdə irrasional və rasional biliklər, real hadisələrin və idrak paradiqmalarının xüsusi sistemləşdirmə sahəsi həddində mövcud olur. Təsadüfi deyil ki, Emil Dürkheym bu terminə sadəcə ictimai münasibətlər məcmusu və ya xüsusiyyətləri haqqında təsəvvürlərdən başqa onun "ilahi sosial" olduğunu qeyd edirdi.
XX əsr başlanğıcında "sosial" rasionallığın yeni paradiqması olaraq bilik sahələrinin "fizika" və "metafizika" sahələrinə bölünməsinin çox əsirlik ənənəsi olan Kartezian-Nyuton paradiqmasının qürubu və M. Veberə "sehrli kristal" olan "sosial" anlayışını əsrlərin qovşağında elmin yeni bölməsi kimi təklif etməyə imkanı yaranır. Bu bölmənin əsasında predmet müəyyənliyi, "şeylərin faktiki əlaqələri" yox, "problemlərin düşünülmüş əlaqələri" durmalıdır. Burada yeni metodun köməyi ilə yeni problem tədqiq olunur və bununla da yeni nöqteyi-nəzərləri təyin edən həqiqətlər müəyyən olunur".
Buna əsaslanaraq, sosial elmlərin təsis olunması spesifikasını belə güman etmək olar: bunlar üçün elmi biliyin institutlaşma prosesində aydınlaşan predmet və fenomenoloji müəyyənlik, tədqiqat predmeti və obyektinin mövcudluğu tipik deyil. Bu sahə üçün tipik anlaşılan sahənin sərhədlərinin dəqiqləşdirilməsi spesifik anlaşılan sahənin formalaşması əsasında həyata keçirilir. "Informasiya məkanının" spesifik reallığının əsası informasiya axınlarının sistemləşdirməsi prosesidir. Bunlar isə insan və cəmiyyətin reallıqları problemlərinə uyğun olan sahələrdir. Bununla bağlı akademik sosial siyasət, sosial pedaqogika, sosial işin xarici elmi paradiqmasının təhlili göstərir ki, sosiologiya kimi, biliyin bu sahələri də yüz ildən daha çox mövcud olmasına baxmayaraq elmi icma hələ ki, biliyin bu sahələrinin yalnız mövcudluq sərhədləri haqqında deyir.
SOSİAL ELMLƏR ictimai həyatın müxtəlif tərəflərini (siyasi iqtisadiyyat, statistika, hüquq və dövlət elmləri, tarix və s.) araşdıran bilik sahələridir.
Beləliklə, sosial işin fənlərarası özünəməxsusluğu probleminin həlli onun xüsusi bilik sahəsi və sosial elmlərin sahələrindən biri kimi təsis olunmasındadır.
X. Latkenin problemə yanaşması bu cəhətdən tipikdir. O hesab edir ki, sosial iş nəzəriyyəsinin predmeti sosial işdir. Eynilə tərbiyə nəzəriyyəsinin predmetidir. Elmi araşdırmanın predmeti formal və maddi obyekt kimi çıxış edir. "Sosial" insana göstərilən yardımın ən əhəmiyyətli komponenti kimi nəzərdən keçirilir. Bu, sosial hədəflərin əldə edilmə vasitəsi hesab olunur. Bu halda "sosial" (sosioloji) münasibətlərdə özünü obyektiv, sosial hislərdə, fikirlərdə, münasibətlərdə subyektiv ifadə edir. Sosial həqiqət tam kimi təsəvvür edilir, amma dərki yalnız ayrı-ayrı fənlərə, onların predmet müəyyənliklərinə, onun müəyyən hissələrinə əsaslanaraq mümkündür. Beləliklə, nəzəri bilik müxtəlif biliklər qovşağında yaradılır.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin