Sosial işin mikrosəviyyəsi şəxsiyyətə, onun problemlərinə yanaşma məntiqində açılır. Bu isə şəxsiyyətin həyat strategiyasını təyin edən fərdi xüsusiyyətlər və həyat ssenarisi ilə bağlıdır. Biliyin bu sahəsinin əsas məsələləri aşağıdakılardır:
- şəxsiyyətin (onun cins-yaş, biososial, etnik, sosial problemlərinə əsaslanaraq) həyat ssenarisinin dərk edilməsi;
- müştərilərin şəxsi sorğuları əsasında yardım texnologiyaları və texnikalarının müzakirəsi;
- sosial subyektin "subyekt-subyekt" və "subyekt-obyekt" əlaqələri səviyyəsində fəaliyyətinin struktur xüsusiyyətlərinin üzə çıxardılması və s. Sosial iş nəzəriyyəsi modelinin axtarışında yuxarıda göstərilmiş strategiyaları ümumiləşdirərək, aşağıdakı qənaətə gəlmək olar: sosial işin bilik fenomeninin dərk edilməsində elmi axtarışlar sosial elmlər sistemindən kənar gedir. Burada, tədqiqatlara və praktik fəaliyyətin qiymətləndirilməsinə əsaslanaraq onun nəzəri paradiqmalarının axtarışı həyata keçirilir. Böyük diqqət ətraf mühitlə insanın qarşılıqlı təsirinin prosesinə verilir. Bu istiqamətdə biliyin müəyyən sahələri formalaşır, bir tərəfdən, sosial elmlərin bilikləri istifadə olunur, digər tərəfdən isə, onların əsasında sosial iş sosial həqiqətin anlamasında öz səviyyələrinə qalxır.
Çoxsəviyyəli sosial iş nəzəriyyəsində cəmiyyət dəyişiklikləri və insan həyat strategiyaları sistemi olan peşəkar fəaliyyətin tədqiqatına böyük yer verilir; buna uyğun insanın inkişaf nəzəriyyəsi, onun sosial davranışı, sosial institutlarla qarşılıqlı fəaliyyəti çoxsəviyyəli nəzəriyyənin tərkib hissəsi sayıla bilər.
§ 4. Sosial iş təcrübəsi problemləri Yeni tarixi mərhələdə Rusiyada sosial iş təcrübəsi siyasi ideoloqem və iqtisadi istiqamətlərin dəyişildiyi vəziyyətində formalaşmağa başlayır. 1990-cı ildə Rusiya üçün daha əvvəl öz təzahürü xarakterinə görə tipik olmayan, yəni işsizlik, əhalinin marqinallaşması, əhalinin istehlakı, yoxsulluq və dilənçilik səviyyəsinin düşməsi halları tipik idilər. Bütün bunlar istehsalatın tənəzzülü, həyat fəaliyyətinin ən əhəmiyyətli sferaları üzərində dövlət nəzarətinin zəifləməsi, həmçinin Qafqazda silahlı münaqişənin aparılması fonunda baş verir.
MARGİNAL İNSAN (latınca: kənar yer) — müxtəlif sosial qrupların sistemlər və mədəniyyətlərin sərhədində olan və onların bir-birinə zidd olanı dəyərlər, normaların və s.təsirinə məruz qalan insan deməkdir.
Bununla bağlı yardım və dəstək modellərinin axtarışı həyata keçirilməyə başlayır ki, insan yalnız formalaşan bazarın struktur dəyişikliklərinə reaksiya verməklə kifayətlənməyərək, həm də ictimai münasibətlər sistemini sabitləşdirməyə çalışır.
Sosial təminat sisteminin sovet nümunəsinin modernləşdirilməsi əsaslı dəyişikliklərə məruz qaldığı üçün burada inkişaf etmiş Avropa ölkələri və ABŞ-ın mövcud sosial müdafiə modelləri inkişaf oriyentirləri kimi xidmət edirdi. Bu sistemlərin struktur elementləri əhalinin sosial müdafiəsinin müasir modelində, sosial iş təcrübəsində əks olunub. Buna görə sosial iş bir çox struktur elementlərinə malikdir. Onlar bu gün fəaliyyətin vahid ideologiyası kimi görünmür. Sosial iş modeli isə özündə əhali dəstəyinin əvvəlki modeli olan "sosial təminat" elementlərini daşıyır.