Alkoqolizmn səbəbləri
Alkoqolizmin (onun səbəbi) etiologiyası çoxsaylı tədqiqatlara baxmayaraq indiyə qədər dəqiq məlum deyil. Etiologiyanın əsas nəzəriyyələri aşağıdakılarla əlaqəlidir:
■ Fizioloji nəzəriyyələr: Genetik və biofizioloji.Ona əsaslanır ki, akoqolik artıq öz konustusiyasına görə alkoldan fiziki asılılığa meyllidir.Alkoqolik qohumlar arasında alkoqolizm daha yüksək faiz təşkil edir.Genetik təsirin irsiliyi kifayət qədər inandırıcıdır, amma səbəb nəticə əlaqəsi hələ də anlaşılmaz olaraq qalır. İndiyə qədər onun metabolik təsirlərini ayırmaq, bilavasitə genetik amillər səbəbindən yaranmış alkoqol istifadəsi mümkün olmamışdır;
Psixoloji nəzəriyyələr:
a) Şəxsiyyət nəzəriyyəsi şəxsiyyətin ayrı-ayrı xüsusiyyətlərini nəzərə alaraq insanın alkoqolizmə olan meylini bununla müəyyən edir: bir qayda olaraq, burada impulsiv, ruhi cəhətdən sağlam olmayan insanlar nəzərdə tutulur. Ancaq aparılan eksperimental tədqiqatlardan heç biri alkoqol və adi insanlar arasında tipik fərqləri göstərə bilmədi;
b) Transakt analiz alkoqolizmə xəstəlik kimi baxmır və "sonda" gözlənilməz şəxsiyyətdaxili "oyun" kimi qiymətləndirilir.Birinci planda bu nəzəriyyə alkoqolizmin nəticələrini və ailə üzvlərinin davranış imkanlarını önə çəkir. Ailə münaqişələrinin analizinə və alkoqolizm təzahürlərinə ailənin üzvlərinin reaksiyasına baxmayaraq, bu nəzəriyyələr empirik təsdiqini tapmadı;
d) Psixodinamik nəzəriyyə uşaq vaxtı həddən artıq qoyulmuş qadağalar və ya artıq məhdudiyyətlər, böyük insanın dərk olunmamış artıq ehtiyacının alkoldan sui-istifadəsi ilə şərtləndirir.Alkol insanda güc və inam hissini əmələ gətirən və təziqin azalmasına xidmət edən vasitədir.Oxşar tendensiyalar alkoqoldan sui-istifadə riskini artıra bilər, amma, təcrübə göstərdi, bu alkoqolizm üçün tipik deyil və müxtəlif insanlarda belə psixososial problemlərə rast gəlinir.
c) Öyrətmə nəzəriyyəsi belə güman edir ki, alkoqolun istifadəsi gərginliyi azaldır və beləliklə də insana gücləndirici kimi təsir edir.Lakin təcrübə yoluyla bu təsdiqni tapmamışdır;
Sosial nəzəriyyələr: Sosio-mədəni, sosiallaşdırma və sosial kənarlaşdırma nəzəriyyələri.Bunların analizi və inteqrasiyası əsasında sosial baxımdan alkoqolizmin modelərini çıxarmağa cəhd olunmuşdur.(Q. Uayt), burada insanın stress vəziyyətini çıxartması məqsədi ilə içməyə başlaması nəzərdə tutulur.Belə şəxsiyyət, bir qayda olaraq, öz davranışını nizama sala bilmir. Bu nəzəriyyələr makro səviyyədə alkoqolizm probleminin öyrənilməsini təklif edir: dövlət siyasətiylə qarşılıqlı əlaqədə olaraq, ictimai-iqtisadi şəraitdə, mədəni və dini ənənələrlə; mezo səviyyədə: müxtəlif sosial qruplarla fərdin münasibətlərinin təsiri — ailəylə, qonşular, dostlar və s.
Alkoqolizmin müalicəsi bir neçə modellə təsvir edilmişdir, belələrinə aiddir: fərdi psixoterapiya, qrup terapiyası, ailə terapiyası, tibbi göstərişlı müalicə, "anonim akoqoliklər" təşkilatına giriş, davranışın terapiyası.
Narkomaniya
Narkomaniya — narkotik vasitələrdən fiziki və psixi asılılıqla ifadə edilən, orqanizmin fizioloji tükənməsinə gətirib çıxaran xəstəlikdir.
Bu gün, Rusiya Federasiyasında yalnız narkotik maddələrin istifadəsinin artması müşahidə olunmur, həm də əhalidə belə xəstəliklərin sayının artması görünür. Cədvəldə bu etiologiya üzrə əhalinin xəstəlik dinamikası göstərilmişdir.
Dostları ilə paylaş: |