Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə



Yüklə 0,73 Mb.
səhifə251/294
tarix10.01.2022
ölçüsü0,73 Mb.
#108047
növüDərs
1   ...   247   248   249   250   251   252   253   254   ...   294
Davranış yanaşması

Fərdi sosial yardım sahəsində atılan ilk əməli addımlar biheviorist psixologiyanın nəzəri əsasları ilə bağlıdır. İlk dövrlərdə o, elmi metod kimi çıxış etsə də, sonralar psixoanalizin təcrübəsi tərəfindən sıxışdırılıb aradan çıxarıldı. Eyni zamanda 60-70-ci illərdə biheviorist yanaşma əsasında yeni yardım texnikası yarandı.

Edvin Y.Tomas sosial iş təcrübəsində davranış metodlarını 1960-cı illərdə təhsilə daxil etdi. Sosial iş təcrübəsi davranış yanaşması əsasında empirik məlumatlar əldə etməyə şərait yaratdı ki, bu da müdaxilə prosesini idarə etməyə və operativ şəkildə qiymətləndirməyə imkan verdi. Davranış yanaşması sosial işdə “şəxsiyyət-mühit” yanaşmasına uyğun gəlir, o, dəyişilən davranışı stimullaşdırmaq və qoruyub-saxlamaq üçün səfərbər edilə bilən ətraf mühitin şəxsi resurslarına əsaslanır.

Müştəriyə kömək prosesində davranış modifikasiyası iki istiqamətdə həyata keçirilir: davranışın operativ dəyişikliyi və davranışın respondent dəyişikliyi.

Davranışın operant dəyişilməsinin texnikası həm pozitiv, həm də neqativ davranış dəyişiklikləri, differensial dəyişilmə, neqativ nəticələrin korreksiyası, müsbət davranış stereotiplərinin formalaşdırılması, faydasız stimulların mühasirəyə alınması kimi intervensiya növlərini əhatə edir.

Davranışın respondent dəyişikliyi texnikasına aşağıdakılar daxildir: rasional diskussiyalar (verbal təlimatlar), davranış rol oyunları, pozitiv strukturlaşdırma və davranış təsəvvürləri modelinin öyrədilməsi.




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   247   248   249   250   251   252   253   254   ...   294




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin