Dərs vəsaiti «Mehmanxana təsərrüfatı»


səhifə31/98
tarix19.11.2023
ölçüsü
#133252
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   98
Mehmanxana teserrufati

Baş menecerin
üzərinə çox məsuliyyətli vəzifələr düşür, o cüm ­
lədən otelin rentabelli gəlirlə işləməsini təmin etməsi, qonaqlara gös­
tərilən xidmətin yüksək səviyyədə və keyfiyyətli olmasının təşkili, ta- 
beliyindəki işçilərə elə şərait yaratmalıdır ki, onlar gördüyü işdən zövq 
ala bilsinlər.
Mehmanxananın sutka ərzində 24 saat istirahət günü olmadan 
fəaliyyət göstərməsini nəzərə alaraq burada bir çox problemlərin orta­
ya çıxmasını baş menecer vaxtında görməli və aradan qaldırmalıdır.
Böyük mehmanxanalarda baş menecerin bəzən çox mühüm 
nüfuzlu qonaqlara (VİP) vaxt ayırıb diqqət göstərmək imkanı olur. Buna 
baxmayaraq, baş menecerin vestibüldə tez-tez görünməsi məqsədə­
uyğundur. Baş menecerin qonaqların qeydiyyatı, yerləşdirilməsi, yemə­
yi ilə şəxsən maraqlanması qonaqlarda xoş təəssürat və razılıq hissi 
yaradır.
Paris şəhərinin məşhur oteli «George V Hotel»də 30 il çalışan 
baş menecer Maks Blue bu işin mahir ustası idi. O, vaxtını dəqiq bilər
vestibüldə qonaqları nə vaxt qarşılamaq lazımdır, nə vaxt yola salmaq, 
onların yeməyi, qeydiyyatı, göstərilən xidmətin keyfiyyəti ilə maraq­
lanar, qonaqlarla ünsiyyətdə olardı.
Baş menecer yaddan çıxarmamalıdır ki, mehmanxanada məhz 
o, ev sahibi rolunda çıxış edir.
72
«Şeraton» mehmanxana şəbəkəsinin lüks otellər bölməsinin 
vitse-prezidenti Rik Seqal öz müvəffəqiyyətini bir çox amillərlə, o 
cümlədən xırda məsələlərə diqqətli olması ilə izah edir.
Bu keyfiyyətə malik olduğunu o, Nyu-Yorkda yerləşən «ST 
Regie Hotel» mehmanxanasında baş menecer işlədiyi vaxt xüsusən 
göstərmişdir. Baş menecer nəinki mehmanxananın fəaliyyətinə, 
həmçinin hər bir işçiyə cavabdehdir. Baş menecer demokratik olma­
lıdır. Lakin mehmanxananın böhran vəziyyətində o, avtokrat da ola 
bilər. Baş menecer xüsusi şəxsi keyfiyyətlərilə yanaşı, bir çox 
xassələrə malik olmalıdır:
- fitri liderlik qabiliyyəti;
- xırda məsələlərə diqqətlə yanaşma;
- hər bir işlə maraqlanmaq, başlanan işi axıra çatdırmaq bacarığı;
- insanlarla ünsiyyətdə olmaq bacarığı;
- səbirli olmaq.
Baş menecerlər arasında keçirilən sorğu nəticəsində aydın olub 
ki, işgüzarlıq və məsuliyyət əsas xüsusiyyət kimi çox qiymətləndirilir. 
Peşəkar menecerin zəruri keyfiyyətlərindən biri də yüksək səviyyəli 
mütəxəssislərdən ibarət əlbir işləməyi bacaran komanda yaratmasıdır.
Çikaqoda (ABŞ) yerləşən «Four Seasons Hotel» mehmanxana­
sının baş meneceri Hans Uilliman etiraf edir ki, oteldə hər şöbənin 
müdiri öz işini ondan daha yaxşı bilir.
Havay adalarının 
Maui adasında yerləşən «Stouffer Wailea 
Beach Resort» otelinin baş meneceri Donn Takahaşinin üslubuna gö­
rə, işçilərə otelin fəaliyyətinin vacib komponenti kimi baxılmalıdır. Bu­
nun üçün Takahaşi kadr axınının qarşısını almaq, rəqabət aparan meh­
manxanaların peşəkar işçiləri öz tərəfinə çəkə bilməməsi üçün pro­
qram işləyib hazırlamışdı. Onun fikrincə, kollektivin sabitliyinin açarı 
bütün səviyyələrdə işçilərin qarşılıqlı hörmət hissi və ünsiyyətdə olma­
sıdır.
idarəetmə funksiyaları arasında adətən proqnozlaşdırma, plan­
laşdırma, təşkilatlanma, kommunikasiya və qiymətləndirmə göstərilir.
Bir çox şirkətlər (məsələn, Marriott otelləri) baş menecer vəzifə­
sinə namizədə vahid tələblər qoyur.
Digər strukturlar (məsələn, «Hyatt») belə tələblər qoymur.
Lakin bir məsələdə şirkətlər yekdildir ki, otel qonaqlara nömrə 
satmalı və onlar bu nömrədə komfortu hiss etməlidir. Baş menecer,
73


lazım gələrsə, satış menecerinin funksiyasını yerinə yetirməyə hazır 
olmalı, əməkdaşlarının, qonaqların, müxtəlif ölkə nümayəndələrinin 
mədəni səviyyəsini, xüsusiyyətlərini başa düşməli və nəzərə almalı, 
lazım olanda güzəştə getməlidir. Məsələn, Sakit okean regionunun bir 
çox ölkələrində yaşayan əhali ruhlara inanır. Bu da otelin gəlirinə öz 
təsirini göstərir. Yaponiyada fəaliyyət göstərən «Westin Kyoto 
Takaragaike Prince» şirkəti yapon ənənələrinə hörmətlə yanaşaraq 
mərtəbə və nömrələrdə 4, 9 rəqəmlərindən imtina edib. Yapon dilində 
4 rəqəmi ölüm, 9 rəqəmi isə ağrı kimi səslənir. Otelçilik biznesində 
müvəffəqiyyət qazanmaq üçün mehmanxananın yerləşdiyi ölkənin 
mədəniyyətini, adət-ənənələrini bilmək vacib şərtlərdən 
biridir. 
Məsələn, Cənub-Şərqi Asiyada mehmanxana biznesi ilə məşğul olan 
mütəxəssislər 
Fen-Şui 
fəlsəfəsini 
bilən 
ekspertlərin 
rəyi 
ilə 
hesablaşırlar.
Bu fəlsəfəyə görə, ruhları sakitləşdirmək üçün tikilən mehman­
xananın memarlıq quruluşunun elementlərini və tikilmə vaxtını düzgün 
seçmək vacibdir. Sinqapurdakı «Hyatt Regency» otelinin qapılarının 
küçəyə çıxışı lazımi bucaq altında deyildi. Fen-Şui mütəxəssisinin 
göstərişinə otelin baş meneceri əməl edir. Qapıların yerini dəyişdirir. 
Bundan sonra otelin gəliri artır.
Havay adalarının birində 850 nömrəli «Westin Kanai» oteli Uolt- 
Disney fantaziyası üslubunda tikilmişdi. Bir ildən sonra məlum oldu ki, 
otelin tərtibatı düzgün seçilməyib və bu da gəlirin artmasına mane olur. 
Bundan sonra yerli adət-ənənələri, xalqın mədəniyyətini nəzərə alaraq 
otelin tərtibatında bir çox dəyişikliklər edilir, həmçinin başqa oteldə 
çalışan işçilərin xarici görünüşündə yeniliklər əmələ gəlir, yəni kor­
porativ üslubda olan uniformalar yerli Havay adalarında yaşayan 
əhalinin geyimi kimi, uzun sadə geyimlərlə əvəz olunur.
iri, orta və kiçik mehmanxana müəssisələri öz idarəetmə struk­
turları ilə fərqlənir. Buna baxmayaraq, işin müvəffəqiyyəti üçün əsas 
şöbələrə baş menecer şəxsən nəzarət etməlidir.

Yüklə

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin