Bu proseslər bir biri ilə sıx bağlıdırlar, belə ki, ixtisaslaşma olmadan kooperasiya əlaqələrinin təşkili qeyri-mümkündür.
Beynəlxalq əmək bölgüsünün dünya iqtisadiyyatına təsiri:
dünya ölkələrində istehsalın genişləndirilməsinə təkan verir;
ölkələrin qarşılıqlı istehsal münasibətlərini formalaşdırır;
sahələrarası inkişafın regional və ölkələrarası aspektlərini müəyyənləşdirir;
beynəlxalq mal və xidmətlər bölgüsünü təşkil edir, qarşılıqlı istehsal proseslərinin tənzimləyir, mal və xidmətlər mübadiləsini genişləndirir, istehsalın beynəlmilləşməsini artırır və s.
Dünya iqtisadi prosesləri qloballaşdıqca beynəlxalq iqtisadi əlaqələr və beynəlxalq əmək bölgüsü prosesləri daha da sürətlənməkdədir. Bu prosesələr ticarət-iqtisadi, maliyyə, elmi-texniki əməkdaşlıq, milli təsərrüfatların beynəlmilləşməsi və kooperasiya əlaqələrini əhatə edir və bütövlükdə dünyada inteqrasiya münasibətlərinin dərinləşməsinə əlavə stimullar verir.
Qeyd etmək lazımdır ki, Beynəlxalq əmək bölgüsü proseslərinin səmərəli olması, bu proseslərin iştirakçı ölkələrin hüquq bərabərliyi, suveren milli maraqları, qarşılıqlı razılıq və yardım prinsiplərinin vəhdəti, ölkələrin iqtisadi inkişafında əlavə stimulların yaradılması istəklərinin olmasından bilavasitə asılıdır.
3.4. Azərbaycan - Beynəlxalq əmək bölgüsü və iqtisadi inteqrasiya proseslərində.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra iqtisadi inkişaf üzrə milli iqtisadi modeli çərçivəsində bir sıra strateji vəzifələrlə yanaşı, dünya iqğtisadi inteqrasiya proseslərində fəal iştirakından və Beynəlxalq əmək bölgüsü prinsiplərindən yararlanaraq ölkənin milli maraqlarına uyğun təbii və milli resurslardan səmərəli istifadəni təmin etməli idi. Azərbaycan - Beynəlxalq əmək bölgüsündə xarici ticarət, elmi-texniki, kapitalın cəlb edilməsi, ucuz işçi güvvəsindən (əmək ehtiyyatlarından) effektivli istifadə etmə kimi amillərdən istifadə etməklə və dünya ölkələrinin bu sahələrdə təcrübələrindən yararlanmaqla ölkənin iqtisadi inkişafına əlavə stimullar verməklə, rəqabət qabiliyyətli ixrac təyinatlı elm və kapital tutumlu məhsullar istehsal edilməsini, qeyri-neft sektorunun sürətli inkişafını təmin edə bilər. Məsələn, dünya ölkələrinin inkişaf proseslərində Sinqapur, Türkiyə, Cənubi Koreya, Çin, Tayvan, Honkonq, Tailand, Malayziya kimi ölkələr bu amillərdən effektivli istifadə etməklə əsaslı iqtisadi inkişafa nail ola bilmişlər.
Qeyd etmək lazımdır ki, Azərbaycanın bir çox dünya dövlətləri ilə strateji və məhsuldar xarici-iqtisadi əlaqələri, iqtisadi əməkdaşlıq sazişləri və beynəlxalq əməkdaşlıq müqavilələri vardır. Bu tip ölkələrə - ABŞ, Türkiyə, İtaliya, Almaniya, Böyük Britaniya, Rusiya, Çin, Ukrayna, Qazaxıstan, Rumıniya, Polşa, Pribaltika ölkələri, Səudiyyə Ərəbistanı, Niderland, Yaponiya, Cənubi Koreya, İran, Gürcüstan, Moldova və digərləri daxildir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra özünün milli maraqlarını əks etdirən inteqrasiya siyasəti formalaşdırmalı olmuşdur. Azərbaycanın inteqrasiya siyasətində aşağıdaki amillər yer almışdır:
xarici ticarət əməliyyatlarının səmərəliliyinin artırılması;
beynəlxalq ticarət-iqtisadi, investisiya əlaqələrinin genişləndirilməsi və bu siyasətlə məşğul olan beynəlxalq qurum və təşkilatların işində ölkənin milli maraqlarını qorumaq istəyi;
ölkənin təbii ehtiyyatlarından və milli resurslarından istifadə edilməsində beynəlxalq münasibətlərinin təkmilləşdirilməsi;
dünya təsərrüfat sistemində və kooperasiya əlaqələrində Azərbaycanın fəal iştirakının təmin edilməsi və s.
Qeyd etmək lazımdır ki, Azərbaycanın intensiv inteqrasiya prosesləri nəticəsində xarici ticarət əlaqələri 140-dan çox ölkə ilə vardır.
Dostları ilə paylaş: |