Dərs vəsaiti Sumqayıt 2015 Azərbaycan Respublikasi Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti


Azərbaycan Respublikasının ticarət siyasəti



Yüklə 0,68 Mb.
səhifə26/85
tarix19.09.2023
ölçüsü0,68 Mb.
#129090
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   85
Şəfa Əliyev-Azərbaycanın xarici iqtisadi siyasəti-Dərs vəsaiti-2015-prof. Şəfa Əliyev

3.5. Azərbaycan Respublikasının ticarət siyasəti

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra özünün milli maraqlarını əks etdirət ticarət siyasəti formalaşdırmalı olmuşdur. Azərbaycanın ticarət siyasətində aşağıdaki amillər yer almışdır:


 ölkənin müstəqil ticarət siyasətinin olması istəyi;
 xarici ticarət əməliyyatlarının səmərəliliyinin artırılması;
 beynəlxalq ticarət əlaqələrinin genişləndirilməsi və ticarət siyasəti ilə məşğul olan beynəlxalq qurum və təşkilatların işində ölkənin milli maraqlarını qorumaq istəyi;
 ümumdünya ticarət təşkilatına üzv olmaq üçün hazırlıq tədbirlərinin görülməsi, ölkənin mal və xidmətlər üzrə ticarət əməliyyatlarının bu təşkilatın siyasətinə uyğunlaşdırılmasının təşkili;
 ölkənin təbii ehtiyyatlarından və milli resurslarından istifadə edilməsində ticarət münasibətlərinin təkmilləşdirilməsi və ticarət diplomatiyasının köməyi ilə bu sahədə milli maraqların qorunması;
 Beynəlxalq ticarət əməliyyatları, idxal-ixrac əməliyyatları üzrə çevik siyasətin aparılması;
 Dünya təsərrüfat sistemində və kooperasiya əlaqələrində Azərbaycanın fəal iştirakının təmin edilməsində ticarətin rolunun artırılması;
 ölkənin istehlak mallarına olan tələbatın təmin edilməsi və iqtisadi-ərzaq təhlükəsizliyin gücləndərilməsi üzrə ticarət siyasətinin təkmilləşdirilməsi və milli istehsalın stimullaşdırılması;
 ticarətin inkişafı üçün bu sahənin tam liberallaşdırılması, sərbəst ticarət əməliyyatlarının genişləndirilməsi üçün əlavə tədbirlərin təşkili və dövlət proqramlarının işlənib qəbul edilməsi üzrə siyasətin gücləndirilməsi və sair.


Özünüyoxlama, özünüqiymətləndirmə və müzakirə sualları:
1. Dünya təsərrüfat sistemində iqtisadi inteqrasiya prosesləri.
2. «İnteqrasiya» anlayışının mahiyyəti.
3. Beynəlxalq iqtisadi inteqrasiya proseslərinin prioritet istiqamətləri.
4. Beynəlxalq yaxınlaşma istiqaməti.
5. Regional yaxınlaşma istiqaməti.
6. Dünya iqtisadi inteqrasiya proseslərində əsas Beynəlxalq iqtisadi inteqrasiya formaları.
7. Sərbəst (azad, xüsusi, texnoparklar və s.) ticarət zonaları.
8. Gömrük birlikləri.
9. «Ümumi bazar» inteqrasiya forması kimi.
10. İqtisadi birliklər.
11. İnteqrasiya proseslərində Avropa modelləri.
12. Avropa iqtisadi Cəmiyyəti və Atom enerjisi üzrə Avropa Cəmiyyəti.
13. Maastrixt müqaviləsi (1992-ci il fevral).
14. Sərbəst ticarət üzrə Avropa Assosiyasiyası.
15. Mərkəzi Avropa Sərbəst Ticarət Zonası.
16. Qaradəniz iqtisadi əməkdaşlıq təşkilatı (QİƏT).
17. Beynəlxalq əmək bölgüsünün mahiyyəti və nəzəri əsasları.
18. Beynəlxalq əmək bölgüsünü şərtləndirən əsas amillər.
19. Beynəlxal əmək bölgüsünün növləri.
20. Beynəlxalq əmək bölgüsünün dünya iqtisadiyyatına təsiri.
21. Azərbaycan - Beynəlxalq əmək bölgüsü və iqtisadi inteqrasiya proseslərində.
22. Azərbaycan Respublikasının ticarət siyasəti.



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin