Dərs vəsaiti Sumqayıt 2015 Azərbaycan Respublikasi Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti


Dünya bazarının formalaşmasında kapitalist bazarı amili



Yüklə 0,68 Mb.
səhifə29/85
tarix19.09.2023
ölçüsü0,68 Mb.
#129090
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   85
Şəfa Əliyev-Azərbaycanın xarici iqtisadi siyasəti-Dərs vəsaiti-2015-prof. Şəfa Əliyev

4.2. Dünya bazarının formalaşmasında kapitalist bazarı amili.


Dünya kaptalist bazarı - Beynəlxalq kapitalist əmək bölgüsünün sistemi əsasında yaranmış və bu prosesdə dünya kapitalist sistemi təsərrüfatının ticarət-iqtisadi və maliyyə-kredit münasibətlərini əks etdirir.
Hələ, XVI əsrdə dünya kapitalist bazarı manufaktura formasında maddi materialların yaradılması prosesləri dövründə formalaşmışdır və bu proseslərlə kapitalist metodu feodolizmdən uzaqlaşmaqa başlayır və XVIII-XIX əsrlərdə kapitalist təsərrüfatlarında sənaye istehsalının güclənməsi təmin olundu. Beləliklə, dünya kapitalist bazarı özünün sənaye sahələrini yaratmaqla, həm də dünya bazarını formalaşdırdı.
Ancaq, 1914-18-ci illərdə, I Dünya Müharibəsindən sonra dünya ölkələrinin və ərazilərin yenidən bölünməsi ilə dünya kapitalist bazarı uzunmüddətli depressiya zolağına düşdü və Beynəlxalq əmək bölgüsü proseslərinə güclü zərbə dəydi. Digər tərəfdən, Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsi və yeni sistemin - sosializmin yaranması ilə kapitalist sistemi və onun dünya bazarının məkanın məhdudlaşdırılması baş verdi. Kapitalist bazarı prosesləri sürətlənməyə macal tapmamış, 1939-45-ci illərdəki II Dünya Müharibəsi bu prosesləri yenidən ləngitdi. Yalnız II Dünya Müharibəsindən sonra başlayaraq dünya kapitalist bazarı sürətli inkişaf yoluna qədəm qoydu. Xüsusilə, Qərbi Avropa ölkələri və ABŞ güclü bazar iqtisadiyyatı yarada bildilər. Kapitalist rejimindən aralanmış sosialist ölkələri isə özlərinin dünya sosialist bazarını yaratmaqla, iki sistem arasındakı dünya bazarı proseslərindəki münasibətləri daha da gərginləşdirdilər və bununla kapitalist bazar sistemi öz üstünlüyünü sübut etmək üçün əlavə stimullara əl atmal oldu. Kapitalist bazar iqtisadiyyatlı ölkələrdə kapitalın sürətli artımı, elmi və texnikanın səviyyəsinin yüksəlməsi, bank və maliyyə sistemlərinin güclənməsi, rəqabət standartlarının artması, dunya kapitalist bazarının inkişafında yeni sürətli dövrün başlanmasına səbəb oldu. Bu proseslər nəticəsində dünya kapitalist bazarı keçən əsrin 70-ci illərin əvvəlində dünya ticarət dövriyyəsində sənaye mallarının 2/3 hissəsini əhatə edirdi.
Bununla belə, tarixi proselərin sürətli inkişafı, sosializm sisteminin süquta uğraması və 1990-cı illərin əvvəlində dünya təsərrüfat sisteminin və dünya bazarlarının yenidən formalaşmasında dünya kapitalist bazarı prinsipləri amilləri sürətlə dünyanın daha geniş məkanına yayılmağa başlandı. İlk növbədə, dünya ölkələri arasında ixtisaslaşmış təsərrüfat və kooperasiya əlaqələri genişləndi, milli iqtisadiyyatların sürətli inkişafı ilə bağlı olaraq onların beynəlmilləşməsi baş verdi, inteqrasiya prosesləri genişləndi, beynəlxalq iqtisadi əlaqələr yeni səviyyəyə qalxdı, beynəlxalq əməkdaşlıq prinsipləri və regionlararası əməkdaşlıq prosesləri sürətləndi və beləliklə kapitalist bazarı sisteminin hüdudları bütün dünyanı əhətə etmə səviyyəsinə gəlib çıxdı.
Qeyd etmək lazımdır ki, dünya kapitalist bazarında son 20 il ərzindəki qloballaşma prosesləri nəticəsində milli iqtisadiyyatların bu proseslərdən asılılığı güclənmiş və maliyyə, iqtisadi, neft, enerji, valyuta və sair böhranlar nəticəsində dunya ölkələri ciddi əziyyətlər çəksə də, kapitalist sitemi özünün uzun tarixi təcrübəsi nəticəsində yenidən dirçəlməyə və sürətlə inkişaf etməyə qadir olduğunu gösətərə bilmək iqtidarındadır.



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin