75
DÜNYA DİNLƏRİ
Büddanın sözləri ilk dəfə eradan əvvəl I əsrdə Seylon adasında (Şri-Lanka) pali
dilində yazıya köçürülmüş və bununla da Buddizmin dini mətnləri –
“Tripitaka”
formalaşmışdır. “Tripitaka” “üç səbət” mənasını verir. O dönəmdə yazılı mətnlər
palma yarpaqlarında qələmə alınıb səbətlərdə saxlanıldığından bu ad verilmişdir.
“Tripitaka”
üç hissədən ibarətdir:
1.
Vinaya-pitaka
(Nizam-intizam səbəti) dini icma, rahib və rahibələrlə
bağlı qaydaları ehtiva edir. Burada moizə söyləmə, qidalanma və geyimlə
əlaqədar mövzulardan bəhs olunur, rahiblərin günahlarının etirafı məsələlərinə
yer verilir;
2.
Sutra-pitaka
(Təlqin səbəti) Buddanın və onun bəzi tələbələrinin moizə,
xütbə, nəsihət və hikmətli sözlərini ehtiva edir;
3.
Abhidharma-pitaka
(fəlsəfi və psixoloji izahlar səbəti) isə Buddizmin
fəlsəfi və psixoloji təlimlərini açıqlayan, nirvanaya aparan yolların mahiyyətini
göstərən mövzulardan bəhs edir.
Hazırda “Tripitaka”nın üç variantı mövcuddur. Pali dilində olan variant
Şri-Lanka, Birma (Myanma), Tailand, Kamboca və Laos buddistləri üçün
müqəddəs sayılır. Digər variant isə çin dilindədir (VII əsrdə tərcümə olunmuşdur).
Tripitakanın bu variantı Çin, Koreya, Yaponiya və Vyetnam buddistləri tərəfindən
mötəbər hesab edilir. “Tripitaka”nın üçüncü variantı isə tibet dilindədir. Tibet,
Monqolustan və Rusiya Federasiyasının subyektləri olan Buryatiya, Kalmıkiya
və Tıva respublikalarında yaşayan buddistlər bu varianta istinad edirlər.
Mütəxəssislərin fikrincə, keçmişdə “Tripitaka”nın sanskrit dilində də
variantı olmuş, lakin tam şəkildə müasir dövrə qədər gəlib çatmamışdır. Bu
variantın ancaq müəyyən kiçik hissələri aşkar edilmişdir.
Dostları ilə paylaş: