MULTİKULTURALİZMƏ GİRİŞ
72
- Dharma haqqında təlim;
- Boşluq haqqında təlim;
- “Mən”in – nəfsin yox edilməsi barədə təlim (anatmavada)
Buddizmin
sadalanan
təlimlərinin əsasında
Dörd
nəcib həqiqət
haqqında ideya
dayanır: 1-ci həqiqət dünyada
hər şeyin əzab, əziyyət, iztirab,
narahatlıq, narazılıq, qeyri-
məmnunluq, həyəcan, təşviş,
təlaş, qorxu olduğunu ifadə
edir. Buna “dukkha” deyilir.
Yəni doğum, qocalıq, xəstəlik,
bir sözlə ötəri olan hər şey
əzab və iztirabdır; 2-ci həqiqət
dukkhanın səbəbini göstərir.
Yəni əzab və iztirabın mənbəyi arzu və istəkdir; 3-cü həqiqət dukkhadan azad
olmağın, onun səbəblərinin aradan qaldırılmasının mümkünlüyünü açıqlayır;
4-cü həqiqət isə dukkhanın yox edilməsinin yeganə yolunu göstərir və bunun
nirvanaya çatmaq olduğunu bildirir.
Bu yol isə, öz növbəsində, səkkiz mərhələdən keçir. Səkkiz mərhələli nəcib
qurtuluş yolunun ümumi mahiyyəti müdrik olmaqdan, əxlaqlı davranmaqdan
və zəkanın nizam-intizamda saxlanılmasından ibarətdir. Yəni qurtuluşa çatmaq
istəyən insan həyata müdrikcəsinə yanaşmalı, hər şeyi doğru anlamalı, saf
niyyətli olmalı və bütün məsələlərə düzgün istiqamətdən baxmalıdır. Əxlaqlı
olmaq üçün doğru danışmalı, yaxşı işləri görməli və düzgün həyat tərzi
seçməlidir. Zəkanın nizam-intizamda saxlanılması isə doğru yöndə çalışmaq,
səy göstərmək, düşüncəni düzgün istiqamətə yönəltmək və bir yerə toplamaqla
mümkündür.
Qarşılıqlı asılılığın yaranması və dharma (varlığın ümumi qanunu)
haqqında konsepsiya, eləcə də “mən”in – nəfsin yox edilməsi barədə doktrina
da Buddizm təlimində əsas yerlərdən birini tutur. Qarşılıqlı asılılığın yaranması
qanunu Buddizmdə varlığın əsas qanunu hesab edilir. Yəni bu dünyada bütün
hadisələr səbəbiyyət əlaqəsindən asılıdır və bu qanunauyğunluqdur. Hər hansı
Dostları ilə paylaş: