MULTİKULTURALİZMƏ GİRİŞ
66
3.1.1. Tarixi
Buddizm eramızdan əvvəl I minilliyin ortalarında qədim Hindistanın
şimal-şərqində yaranmışdır. Bu dövrdə Hindistanın məhz həmin bölgəsində
yeni dini təlimin yaranmasına bir sıra faktorlar təsir göstərmişdir. Belə ki,
kasta sisteminin
hakim olduğu qədim veda dinində yüksək imtiyaz tanınan
brahman sinfinin (ruhanilərdən ibarət ali təbəqə) bu bölgədə təsirləri nisbətən
zəif idi. Kasta sisteminin digər nüfuzlu zümrəsi sayılan kşatrilərin (döyüşçü
və dünyəvi hakimlər sinfinin) təsirləri isə əksinə daha güclü idi.
Bundan
başqa, həmin bölgədə dini prinsiplərə deyil,
dünyəvi qanunlara əsaslanan
dövlət quruculuğu prosesi gedirdi. Bu da sözügedən iki təbəqə arasında fikir
ayrılığına, hətta konfliktlərin yaranmasına səbəb olurdu. Tədqiqatçıların
fikrincə, məhz dünyəvi hakimlərə istinad edən Buddizm kasta sistemini
tamamən rədd etmiş və bununla da brahmanizmə
müxalif dünyagörüşü kimi
meydana çıxmışdır.
Qeyd etmək lazımdır ki, brahmanizm həmin tarixi dönəmdə dini ideya
baxımından da ciddi böhran dövrünü yaşayırdı. Brahmanların təlimlərinin və
formal icra olunan ayinlərin təsiri insanlar arasında getdikcə zəifləyirdi. Bunun
əvəzinə
şramanlar adlanan yeni, ənənəvi olmayan cərəyan təşəkkül tapmağa
başlayırdı. Şramanlar zahid (asket)
həyat tərzini seçən, daim səyahət edərək
həyatın mənasını axtaran azad filosoflar kimi tanınırdılar.
Onlar ənənəvi din
xadimlərini (brahmanları) qəbul etmir, həyatın mahiyyətinin
yoqa və fəlsəfə
vasitəsi ilə dərk ediləcəyinə inanırdılar. Məhz belə şramanlardan biri Sakya
qəbiləsindən olan və daha sonra “Budda” adı
ilə məşhurlaşan
Dostları ilə paylaş: