Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının


Etnik dəyərlər və milli mentalitet



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə105/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   101   102   103   104   105   106   107   108   ...   175
1 Multikulturalizmə giriş 2019

6.3 Etnik dəyərlər və milli mentalitet
Mentalitet 
termini ilk dəfə 1856-cı ildə ABŞ alimi R.Emerson tərəfindən 
elmə gətirilmişdir. O zamandan xeyli vaxt keçsə də, bugünədək politoloqlar, 
mədəniyyətşünaslar və sosial psixoloqlar arasında bu məfhum haqqında fikir 
müxtəlifliyi qalmaqdadir. XX əsrdə isə mentallıq problemi əsasən SSRİ-dən 
mühacirət etmiş filosoflar - N.Berdyaev, S.Frank, S.Bulqakov, S.Trubetskoy 


243
ETNİK MÜXTƏLİFLİK VƏ MİLLİ İDEYA
və b., xaricdə isə C.Letevir, Levi-Bpyul, R.Mandey, E.Labruss və b. tərəfindən 
işlənmişdir.
Sovet cəmiyyətşünaslığında bu problemin tədqiqinə qəsdən imkan 
verilmirdi. Çünki o, dinin, şüursuzluq affektlərinin və başqa bu kimi “keçmişin 
qalıqlarının” güclü təsiri altında olan Freyd və Nitsşe nəzəriyyələrinin 
cərəyanlarına aid edilirdi. XX əsrin 90-cı illərinin əvvəllərindən mentallıq 
əsasən fəlsəfə, mədəniyyətşünaslıq və psixologiya çərçivəsində öyrənilir. 
Siyasi nəşrlərdə də ciddi məqalələr meydana çıxmağa başlayır. Ümumiyyətlə 
isə mentalitet anlamının mahiyyətinin araşdırılmasının milli-etnik münasibətlər 
baxımından böyük əhəmiyyəti vardır.
L.İ.Karoçvinin mentalitetin 
genetik
cəhətdən əvvəldən müəyyənliyi haqda 
fikirləri maraq doğurur. Həqiqətən də, dinin və mədəniyyətin eyni olmaması, 
etnik mədəniyyətlərin müxtəlifliyinin dinin müxtəlifliyinə gətirib çıxarmaması 
faktorunu nəzərə alsaq, qanunauyğun olaraq belə bir sual meydana çıxır: milli 
mentalitetdə 
genetik xarakterli
bəzi cəhətlər yoxdurmu? Düzdür, mentallıq 
fenomeninin məzmununun dərk edilməsi o qədər də asan məsələ deyildir. Həm 
rus, həm də yunan mədəniyyətinin (mentallığının) daşıyıcısı olan F.X.Kessidi 
yazır ki, mentallıq anlayışı həddən artıq çox işlənsə də, məsələnin mahiyyəti 
nəinki izah edilmir, əksinə çox hallarda bu mahiyyətin üzərinə kölgə salınır. 
Bu anlayış 
etnosun psixi bazasını
(qəlbini, mənəvi durumunu), yəni onun 
temperamentini, emosional vəziyyətini və ümumilikdə, “
dərk olunmamış 
elementlər”
ini özündə ehtiva edən xarakterini həmin etnosun düşüncə tipi ilə 
eyniləşdirir, demək kifayətdir. Bununla birlikdə bəllidir ki, düşüncə tipinin və 
temperamentin bütün tipləri, emosional reaksiyanın hər bir forması, intuisiyanın 
inkişafı və psixi “dərk olunmamış elementlər”in təsiri hər bir etnosda vardır. 
Bütün bunlar müxtəlif ahəngdarlıqda, kombinasiyalarda və nisbətlərdə təzahür 
edir. Xüsusilə qeyd etmək lazımdır ki, etnosun xarakteri və dəyər yönümləri 
onun tarixi taleyində çox vaxt düşüncə tipinə nisbətən daha əhəmiyyətli rol 
oynayır.
Linqvokulturologiya sahəsi üzrə mütəxəssis A.K.Mixalskaya 
“mentalitet”, 
“mentallıq” və “xalqın ruhu”
anlayışlarını bir-birinin sinonimi kimi qəbul 
edərək bildirir ki, onların mahiyyəti şəxsiyyətin və ya ictimai qrupun düşüncə 
tərzində, ağıl durumunda və dünyagörüşündədir.
Mentalitet – mürəkkəb, çoxtəbəqəli və müxtəlif keyfiyyətli təzahürdür, 


MULTİKULTURALİZMƏ GİRİŞ
244
strukturca o, müxtəlif xüsusiyyətlərin elementləri ilə təmsil olunmuşdur.
Xalqın, millətin mentaliteti daha konkret subyektivliyə malik olmaqla 
onların tarixi keçmişi və bu günü, həmçinin cəmiyyətin sosial-sinfi strukturu 
(stratifikasiyası), onun etnik, cins-yas, konfessional və s. keyfiyyətlərinin 
xüsusiyyətləri ilə müəyyən olunur.
 
Mentalitet xalqın özünəməxsus sosial 
yaddaşıdır. Lakin onun hər bir törəməsi və tərkib hissələri şüurun və davranışın 
müəyyən stereotiplərinə bağlıdir. Son nəticədə bunlar xalqın mentaliteti adlana 
bilən toplusunu - məlumatlar məcmusunu təşkil ebir.
Mentalitetin subyektivliyində cəmiyyətin kütlə və elita kimi iri təbəqələrini 
ayırmaq lazımdır. Məlum olduğu kimi, sonuncunun bir sıra sahələrdə - dövlət 
idarəçiliyi və ictimai fəaliyyətdə, elmdə, mədəniyyətdə, özünün ideal və dəyər 
komponentləri ilə birlikdə dünyagörüşündə rolu həmişə böyük olmuşdur. Xalq 
gözəlliklərin ilkin yaradıcısı kimi öz içərisindən alimləri, yazıçıları, şairləri, 
rəssamları, müsiqiçiləri yetişdirib ortaya çıxarır, onlar da öz sahələrində qiymətli 
mədəniyyət incilərini yaradırlar. Bunlarsa xalqın özünəməxsus yaradıcılığı, 
dastanlar, ənənələr, miflər, folklorla birlikdə elə bir mənəvi mental mühit 
formalaşdırır ki, o da yüz illərlə insanların sosial-psixoloji durumunu və əxlaqi-
etik meyarlarını, obrazlarını, təsəvvürlərini, dəyərləndirmələrini, həyat tərzlərini 
və meyllərini müəyyənləşdirməyə qabildir. Qeyd olunanları isə nəsillər bir-
birinə “irsən” ötürürlər.
Öz tarixi inkişafında millətlər (xalqlar), siniflər, qruplar, digər sosial 
təbəqələr, cəmiyyətin bütün mövcud sosial-iqtisadi və siyasi-dövlət strukturu 
sanki həyatın mental formasının əsası üzərinə qoyulur. Onlar da sosial 
proseslərin, münasibətlərin və əlaqələrin vəziyyətinə və dinamikasına davamlı 
və uzunmüddətli təsir göstərir. 
Bu məsələyə milli identiklik prinsipləri baxımından qəbuledilməz olan 
başqa yanaşmalar da mövcuddur. Söhbət ayrı-ayrı dövlət, ictimai, xüsusilə şəxsi, 
kommersiya strukturları tərəfindən mətbuatda, televiziyada, radioda, reklam 
vasitəsilə, vətəndaşların sosiallaşması institutlarında (ailə, məktəb, ali məktəb, 
əmək kollektivləri) xalqa, onun mentalitetinə yad olan, başqa mədəniyyətlərdən 
formal şəkildə götürülən normaların və şüur stereotiplərinin, sosial idealların və 
istiqamətlərin, psixoloji durumların kortəbii şəkildə yayılmasından gedir.
Bu halı qərbləşdirmə, bəzən isə amerikanlaşdırma adlandırırlar. Postsovet 
ölkələrində milli mentalitetin “qərbləşdirilməsi” və “şərqləşdirilməsi” 


245
ETNİK MÜXTƏLİFLİK VƏ MİLLİ İDEYA
(Türkiyənin, İranın, Çinin və Şərqin digər ölkələrinin təsiri) probleminin bir sıra 
aspektləri vardır. Onların ən ümumilərindən biri Şərq və Qərb arasında mənəvi 
sahədə qarşılıqlı münasibətlərdir. 
Hamıya bəllidir ki, Şərq və Qərb mədəniyyəti, əxlaqi-psixoloji mentallığı, 
sivilizasiyaları bir-birindən fərqlidir. Qərb mentaliteti üçün fəallıq, dinamizm, 
zirəklik, işgüzarlıq, fərdiyyətçilik və eqosentrizm, praqmatizm, liberal 
dəyərlərə, şəxsi azadlıq və müstəqillik prinsiplərinə meyllilik, təbiətlə “sərbəst” 
münasibətlər kimi xüsusiyyətlər xarakterikdir. Şərqə isə daha çox ənənəçilik, 
dövlətə, rəhbərlərə, özündən böyüklərə hörmətlə yanaşmaq, dindarlıq, kollektiv 
(icma) münasibətləri və əlaqələrə meyl, həyat müdrikliyi və qonaqpərvərlik, ətraf 
mühitə adaptiv, təbiətə isə xəyalpərəst münasibət, müəyyən dərəcədə passivlik, 
demokratiya, şəxsiyyətin hüquq və azadlığı sahəsində tarixi ənənələrin zəifliyi 
xasdır. Şərq və Qərb mentalitet tiplərinin metafizik şəkildə bəzi mübahisəli 
stereotipləri formalaşdırılmışdır. Reallıqda isə mentallıq həm Qərbdə, həm 
də Şərqdə tarixi planda asta-asta, XX əsrdən isə artan sürətlə dəyişməkdədir. 
Struktur baxımından isə mentallığın bəzi elementləri maksimal stabilliyi, 
digərləri isə az və ya çox dərəcədə dəyişkənliyi ilə fərqlənir. “Qərb”, “Şərq” 
toplum anlayışlarıdır və çoxsaylı etnosların mentallığı kontinental-geosiyasi 
birliklər daxilində milli, mədəni və psixoloji xüsusiyyətlər kəsb edərək dəyişir.
Mövcud reallıqlar baxımından xalqımızın milli mentalitetini 
dəyərləndirməyə çalışsaq görərik ki, tariximizin keşməkeşli, torpağımızın isə ta 
qədimdən bir sərvət mənbəyi kimi yaxın və uzaq dövlətlərin, fatehlərin maraq 
obyekti olması bu sahədə də öz dərin izlərini buraxmışdır. Mentalitetimizə 
zərdüştilik, ərəb-fars işğalı, monqol əsarəti, xanlıqlara parçalanma, ara 
müharibələri və s. öz təsirlərini göstərmişdir. Nəticədə həyat tərzimizdə, 
məişətimizdə həm Avestadan gəlmə xüsusiyyətlər (hər şeydən əvvəl xeyirxahlıq), 
həm islami dəyərlər, həm də ümumtürk ünsürləri özünü göstərməkdədir. Bu 
proses səfəvilər, qacarlar, xanlıqlar, rus işğalı və sovet hakimiyyəti dövrlərində 
davam etsə də, ümumtürk mentalitetinin xüsusiyyətləri, çətinliklə olsa belə, 
öz varlığını qoruyub saxlamışdır. Türk-islam mentalitetinə isə daha çox bir 
tərəfdən fatehlik, özgə işğalına dözümsüzlük, digər tərəfdən isə özündən zəiflərə 
mərhəmət göstərmək, unutqanlıq xüsusiyyətləri xasdır. Məsələn, Avropa 
cəngavərlərini və hökmdarlarını məğlub edən Sultan Bəyazid isə onları azadlığa 
buraxaraq deyirdi: 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin