Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə107/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   103   104   105   106   107   108   109   110   ...   175
1 Multikulturalizmə giriş 2019

“Böyük-kiçik arxetipi”.
Azərbaycan mədəniyyətində nəsillərin varisliyi 
əsasən 
“böyük kiçik”
arxetipinə söykənir desək yanılmarıq. Bu bənzərsiz 
arxetip Azərbaycan mentalitetinin mənəvi tərəfinin təməl daşlarından biridir 
və əxlaqi imperativlərlə seçilir. Ailədə münasibətlər 
“böyük-kiçik ölçüləri ilə” 
tənzim olunanda davranış tərzləri rituallaşır, nəsillərin varisliyi üçün əlverişli 
şərait yaranır.
“Ağsaqqallıq arxetipi”
nəinki “kiçiklərin münasibəti kodeksini”, həm 
də böyüklərin münasibəti kodeksini müəyyən etmişdir. Ailə və cəmiyyətdəki 
patriarxal münasibətlərin kökləri ilk növbədə qədim dövrlərdə Azərbaycan 
mədəniyyətində 
“ata kultunun”
əmələ gəlməsi ilə bağlı olmuşdur. Qarşılıqlı 
münasibətlər ierarxiyasında tədricən formalaşan ağsaqqal arxetipi cəmiyətin 
mənəvi həyatına görünməz tellərlə nüfuz etmişdir. Əvvəllər yaşlı kişi anlamı 
verən ağsaqqallıq, sonralar tədricən müdriklik, elin, obanın hörmətini qazanan, 
gənclərə yol göstərən, sözü, məsləhəti əksəriyyət tərəfindən qəbul edilən, 
həmçinin təmsil etdiyi sosiumun məsuliyyətini daşıyan məzmunla yüklənir. 
Onların bəziləri özlərinin qeyri-adi nüfuzu ilə xüsusi status kəsb edir: ailənin, 
nəslin, tayfanın, kəndin (elin, obanın), müəyyən bölgənin ağsaqqalları statusu 
əmələ gəlir.
Ata-ana arxetipi. 
Azərbaycan mentalitetində “ata” və “ana” anlamının 
qeyri-adi etnopsixoloji yozumu vardır. Ata-babalarımız hələ qədim zamanlardan 
ər-arvad münasibətlərini ülviləşdirmiş, onu sadəcə iki fərd arasındakı münasibətlər 
kimi deyil, mahiyyətcə “ata” və “ana” münasibətləri kimi səciyyələndirmişlər.
“Bilqamış”
dastanında 
ata“oğulun tanrısı” 
kimi vəsf olunur. 
“Kitabi-
Dədə Qorqud” 
ölçüləri ilə ata ailənin bacarıqlı başçısı, böyük qayğıkeşidir. Burla 
xatın Salur qazanı 
“başımın tacı”
adlandırır. Oğuzlarda qadın ərini 
“başımın tacı, 
evimin taxtı! Xan atamın kürəkəni, xan anamın verdiyi, göz açaraq gördüyüm, 
könül verib sevdiyim”
, kişilər isə qadınlarını “
qadınım, dayağım, döl verənim”
deyə əzizləyirdilər. Görünür ki, Azərbaycan mentalitetində böyük-kiçik ölçüləri 
də məhz ata imici kökündən əmələ gəlmişdir.
Yuxarıda qeyd olunanlarla yanaşı milli mentalitetimizdə 
“ata ocağı”, 
“ana südü”, “övlad borcu”, “qonağa hörmət”,
və s. arxetiplər də önəmli rol 
oynamışdır. Qloballaşma bu arxetiplərin bəzilərinin təməl daşlarını sökməkdə 


249
ETNİK MÜXTƏLİFLİK VƏ MİLLİ İDEYA
olsa da, digərləri öz mövqelərini daha da möhkəmlətmişdir.
Beləliklə, modernləşmə, demokratik əsasların genişlənməsi xətti tutmuş
xalqımızın milli mentalitetindəki aşağıdakı xüsusiyyətləri qeyd etmək olar:
-Vətənə, torpağa, kökə, ailəyə bağlılıq, böyüyə hörmət, kiçiyə qayğı;
-Nəsillər arasında anlaşma, çörəyə hörmət, oğuzlardan gələn 
qonaqpərvərlik, qadına hörmət;
-Azadlıqsevərlik, mərdlik, ədalətlilik, kin və məkrdən uzaqlıq;
-Başqa xalqlara və millətlərə yüksək dərəcədə hörmət;
-Sadəlik, istiqanlılıq, xeyirxahlıq, bağışlamaq, qeyrət hissinin güclülüyü;
-Başqa mədəniyyətlərə və təsirlərə qarşı açıq olmaq;
-Konservatizm və köhnə qaydalara müəyyəm dərəcədə bağlılıq, milli 
mənəvi dəyərlərə hörmət.

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin