MULTİKULTURALİZMƏ GİRİŞ
116
1.
Sələfilik.
Bu məzhəbin adı ərəb dilində “əvvəlki nəsil” mənasına
gələn “sələf” sözündən törəmişdir. Çünki sələfilər hesab edirlər ki, yalnız “əs-
Sələfi əs-Salih” (ərəbcə “əməlisaleh əcdadlar” deməkdir) adlanan Məhəmməd
peyğəmbərin davamçılarının ilk üç nəsli əsl İslama riayət etmişlər.
Bu ilk
üç nəslə bunlar daxildir: 1.Səhabələr. Məhəmməd peyğəmbərin əshabı; 2.
“Tabiun”lar (ərəb dilində “tabiun” sözü “tərəfdar” deməkdir) - səhabələri
görən müsəlmanlar; 3. “Tabiu ət-tabiin” (ərəb dilində “tabiunlara tabe olanlar”
mənasına gəlir. –Red.) - “tabiun”ları görən müsəlmanlar.
Etiqadi məsələlərdə bu ilk üç müsəlman nəslinin dövrünə qayıtmağa
səsləyən sələfilik ehkamında İslamın tövhid və ya təkallahlılıq prinsipinə böyük
əhəmiyyət verilir, bu anlayışlara ifrat həssaslıqla yanaşılır. İslamı “yeniliklərdən
təmizləməyi” qarşılarına məqsəd qoyan sələfilər “bidət” (ərəb dilində “daha
əvvəl bənzəri olmayan”, “sonradan ortaya çıxan”, “yenilik” və sair mənalarda
işlədilir) anlayışına xüsusi əhəmiyyət verirlər. İslam terminologiyasına əsasən,
bidət – Məhəmməd peyğəmbər dövründə mövcud olmayan və sonradan İslamın
istər etiqadi prinsiplərində, istər isə əməli hökmlərində artırma və ya əskiltmə
yolu ilə edilmiş dəyişikliklər deməkdir.
Başqa sözlə desək, dində edilmiş
yeniliklərdir. Mühafizəkarlığı ilə seçilən sələfiliyin mənsubları bidət məfhumuna
istinad edərək Məhəmməd peyğəmbərin və övliyaların (ərəbcə
hərfi mənada
“Allah dostları” deməkdir) qəbrini ziyarət edərək onlardan şəfaət, yəni kömək
diləyən, eləcə də pirlərə, ocaqlara və digər ziyarətgahlara
ehtiram göstərən
müsəlmanları, həmçinin sufiliyin ardıcıllarını Allaha şərik qoşmaqda və küfrdə
ittiham etmişlər.
Sələfilər Allahın sifətlərindən bəhs edən ayə və hədislərin zahiri mənası
ilə kifayətlənib, onların yozum və şərhlərini rədd edirlər. Məsələn, “Quran”da
keçən Allahın əli, üzü kimi ifadələrin məcazi mənada şərh olunmasını doğru
saymırlar. Eyni zamanda, onlar şəriət məsələlərində
təqlid olunan məzhəb
anlayışını inkar edirlər.
Qeyd etmək lazımdır ki, İslam tarixində sələfilik etiqadı zəminində dini-
siyasi hərəkatlar meydana gəlmişdir və onlardan biri vahhabilikdir. XVIII əsrdə
Ərəbistan yarımadasında meydana gələn bu hərəkatın banisi Məhəmməd ibn
Əbdülvahhabdır (1703-1792). O, Ərəbistan yarımadasının
Nəcd vilayətinin
Uyəynə şəhərində dünyaya gəlmişdir. İslam hüquqçusu Əhməd ibn Hənbəl və
məşhur sələfi alimi İbn Teymiyyənin (1263-1328) dini ideyalarından təsirlənərək
117
DÜNYA DİNLƏRİ
“Tövhid kitabı” (“Kitab ət-Tövhid”), “Şübhələrin rəddi” (“Kəşf əş-şübühat”) və
“Üç əsas və onların sübutu” (“əl-Usul əs-Sələsə”) adlı əsərlər qələmə almışdır.
Kitablarında digər məzhəblərin mənsublarını Allaha şərik qoşmaqda, bidətçilik
və küfrdə ittiham etmişdir. Zaman keçdikcə onun əsasını qoyduğu vahhabilik
hərəkatı Ərəbistan yarımadasında geniş intişar tapmışdır.
Onu da qeyd edək ki, müasir dövrdə din pərdəsi altında gizlənib Yaxın Şərq
və dünyanın digər qaynar nöqtələrində terror aktları törədərək, dinc sakinləri
qətlə yetirən, guya böyük İslam xilafətinin qurulması uğrunda müqəddəs
müharibə apardıqlarını elan edən “İŞİD” (“İraq Şam İslam Dövləti”), “əl-
Qaidə” kimi terrorçu qruplaşmalar da özlərini sələfi ideologiyasının davamçıları
olduğunu bəyan edirlər.
Dostları ilə paylaş: