Hipofizin aralıq payının endokrin funksiyaları. Hipofizin aralıq payında aşağısəviyyəli onurğalı heyvanların rəng çalarlarının dəyişməsinin tənzimlənməsində iştirak edən melanositistimullaşdıran hormon – intermedin əmələ gəlir. MSH melanforlara piqmentin yayılmasına şərait yaradaraq, xüsusilə balıqlarda və suda-quruda yaşayanlarda yeni piqmentin təşkilini stimullaşdırır. İntermedinin orqanizmə daxil edilməsi dərinin qaralması ilə nəticələnir. İntermedin 13 amin turşusundan ibarət komponentdir: onun müxtəlif heyvanların hipofizində tərkibi müxtəlif olur. Belə ki, qurbağanın hipofizində intermedinin miqdarı 500.000 vahid təşkil etdiyi halda, siçovulda 400.000, qoyunda – 100.000, qabanda isə 600.000 vahid olur. MSH ifrazı qlükoproteidlər vasitəsilə dayandırılır.
Quşlar ilə məməlilərin rənglərinin mövsümü olaraq dəyişilməsində digər orqanlar ilə birlikdə MSH hasil edən hipofizin iştirak etməsinə dair fikir söyləməyə əsas verir.
7.14. Hipofizin ön payının endokrin funksiyaları Hipofizin ön payının sistemi. Embriogenezdə hipofizin ön payı birincili ağız boşluğunun damının çıxıntısından formalaşır. Bu boşluq Ratki cibi adlanır. Embrional inkişaf prosesində çıxıntı kəllənin daxilində yerləşir. Bu müəyyən patofizioloji əhəmiyyətə malikdir. Bu da onunla bağlıdır ki, embrional toxumaların çıxıntıları birincili ağız boşluğundan türk yəhərində yerləşən son yerinə qədər olan yolda qalıb sonrakı yaşlarda şişlərə başlanğıc verə bilər. Neyroendokrin struktur kimi deyil, ektodermal struktur kimi formalaşan hipofizin ön payı vəzili epitel xarakterinə malikdir. Adenohipofiz adı da buradan götürülüb. Sadə histoloji metodların
328 köməyi ilə adenohipofizin 3 tip hüceyrədən əmələ gəldiyini müəyyən etmişlər.
Asidofid hüceyrələr – turş rənglə boyanır. Samotrop və prolaktin hormonlarını sintez edirlər.
Bozafil hüceyrələr – qələvi rənglə boyanır. Adrenokortikotrop, triotrop və qonadotrop (follikulu stimulə edən və lüteyinləşdirici) hormonlar hazırlayır.
Neyrofil-hüceyrələr və ya xromofob hüceyrələr, praktiki olaraq heç bir rəngləyici ilə boyanmırlar. Hormon ifraz etmirlər və bazafil hüceyrələrin sələfi sayılırlar. Ön payın bütün hormonları zülal təbiətlidir.
Beləliklə, ön pay 6 hormon hazırlayır. Onlar aşağıdakılardır (cədvəl 7.2):
Cədvəl 7.2