[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik
Effektor hormonlar. 4 hormondan əlavə adenohipofiz 2 hormon da hazırlayır ki, bunlar ayrı-ayrı vəzilərə deyil, orqanlar sisteminə və hətta orqanizmə bütövlükdə təsir edir. Bu hormonlardan biri STH-samototrop hormon, samototropin, IIprolaktindir – o, laktasiyada iştirak edir. Belə ki, onun spesifik reseptorları təkcə süd vəzilərində deyil, digər orqanlarda da tapılıb. Prolaktinin bu orqanlara təsir etməsi hələlik məlum deyil. Siçovullarda prolaktin luteyinotrop təsir göstərir, ona görə onu lynteotrop hormon adlandırırlar. Lakin insanda o, belə təsirə malik deyil, ona görə bu addan istifadə etmirlər.
Adenohipofiz MSS tərəfindən innervasiyaya malik olunmasına baxmayaraq, onun aktivliyi – hipotalamus ilə nizamlanır. Hipofizin sinir hüceyrələrində müəyyən maddələr hazırlanır – bunlar kimyəvi informasiyanın daşıyıcıları olub, hüceyrələrin fəallaşması zamanı akson terminallarından xaric olur. Akson terminalları ixtisaslaşmış damar sistemi-qapı sistemi yaxınlığında (hipofizin) yerləşir, hansı ki, bu hipotalamus və hipofizi əlaqələndirir. Bu sistemlə hipotalamik neyronlardan buraxılan kimyəvi maddələr hipofizin ön payına daşınır (şəkil 7.22). Hipofizdə onlar ya hipofizar hormonun sekresiyasını təmin edir (bu halda həmin maddələrə rilizinq faktoru (RF) və ya rilizinq hormonu (RH) deyilir, ya da onun sekresiyasını zəiflədir (bu halda onlara ingibirləşdirici faktor və ya hormon (İF, İH) deyilir. Digər nomenklaturaya görə rilizinq faktoru liberinlər, ingibirləşdirici faktoru isə statinlər adlandırırlar.
330
Şəkil 7.22. Adenohipofizar hormonların sekresiyasının (aşağı düzbucaqlılar) hipotalamus (yuxarı düzbucaqlılar) tərəfindən nizamlanmasının əsas prinsipləri.
Əvvəllər hesab edirdilər ki, hər bir trop hormonun sekresiyasını özünün spesifik rilizinq-hormonu stimulə edir və bu hormonların adlandırılmasında öz əksini tapıb: tireotropin-rilizinq-hormon (TRH), kortinotropin-rilizinq-hormon (KRH), lüteinləşdirici hormonun RH-u (LH-RH), follikul-stimuləedici hormonun rilizinq hormonu (FSH-RH). İndi müəyyən olunub ki, trop hormonların tənzimlənməsi mürəkkəbdir. Göstərilib ki, hipotalamusdan buraxılan dekapeptid LH və FSH-ın sekresiyasını stimulə edir. Ona görə əvvəllər LH-RH adlandırılması indi qonadotropin-rilizinq-hormonu (QTRH) ilə əvəz olunub. 2 effektor hormonun sekresiyasının tənzimlənməsi birdən çox hormonla requlyasiya olunur. BH-un sekresiyası RH (BH-RH) və ingibirləşdirici hormonla (BH-İH) tənzimlənir. İlk dəfə BH-RH-nun strukturu açıqlananda, müəllif ona samatostatin adı verdi. Prolaktinə gəldikdə isə onun sekresiyası çoxdan məlum olduğu kimi hipotalamik prolaktin-ingibirləşdirici hormon və ya faktorla (PİF) tənzimlənir (cədvəl 7.3). PİF onunla seçilir ki, o peptid deyil, biogen amindir-dofamin. O, prolaktinin
331 sekresiyasını güclü təzyiq altına alır. Bununla yanaşı prolaktinin sekresiyasının tənzimində güman ki, peptidlər də rol oynayır. (tireotropin-rilizinq hormon TRH, vazoaktiv intestinal polipeptid (VST) və angiotenzin 2, B(beta)-endorfin) (şəkil 7.21).
Cədvəl 7.3