[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik
Şəkil 4.8. İkifazalı təsir potensialının əmələ gəlməsi sxemi. A və Bpotensialı ötürən elektrodlar.
96 Deməli, qıcığın tədricən artması zamanı, qıcıqlandırılan toxumada, qıcığa qarşı, uyğunlaşma – adaptasiya əmələ gəlir. Bu uyğunlaşmaya akkomodasiya deyilir. Hərəki sinirlərdə akkomodasiya hissi sinirlərə nisbətən daha çoxdur. Ən az akkomodasiya avtomatizmə malik olan toxumalarda olur (ürək əzələsi, həzm kanalının saya əzələsi və s.).
Pflügerin oyanmanın qütbülər qanunu. 1859-cı ildə E.Pflüger müəyyən etmişdir ki, orta qüvvəli sabit cərəyanla qıcıqlandırılan hər hansı sinir və ya əzələdə oyanma bütün parca uzunu deyil, elektrodların toxunmaya təmas etdiyi nöqtələrdə – qütbülərdə əmələ gəlir. Yəni dövrəni bağlayan anda oyanma katod qütbündə, açılan anda isə anod qütbündə əmələ gəlir. Bu hadisəyə oyanmanın qütb qanunu deyilir.
Elektrodlar müxtəlif olduğu üçün fiziologiyada bu elektrodlardan hansının əzələyə yaxın, hansının uzaq olmasının təqəllüs əmələ gəlməsində böyük əhəmiyyəti vardır.
Bildiyimiz kimi cərəyandaxili dövrədə mənfidən müsbət, xarici dövrədə, yəni bizim qıcıqlandırdığımız toxumada isə müsbətdən mənfiyə axır. Odur ki, yan-yana qoyulmuş elektrodlarda qütblərdən hansının əzələyə yaxın olmasından asılı olaraq, elektrik cərəyanın axma istiqaməti dəyişir. Müsbət qütb əzələyə yaxın olarsa, cərəyan əzələ tərəfdən yəni periferiyadan mərkəzə tərəf axır. Belə istiqamətdə axan, yəni əzələ tərəfdən mərkəzə tərəf axan cərəyana qalxan cərəyan deyilir.
Müsbət qütb əzələdən uzaq, mənfi qütb yaxın olarsa, o zaman cərəyana mərkəz tərəfdən kəsiyə axan cərəyan və ya enən cərəyan deyilir.
Qütb qanununu isbat etmək üçün mütləq orta qüvvəli qalvanik cərəyandan istifadə edilir. Cərəyan qüvvəsi orta olmazsa, qanunu isbat etmək olmaz. Ona görə də təqəllüsün həm dövrə bağlanan, həm də acılan anda isbat etdikdən sonra, interpolyar (burada oyanma və oyanmanı nəqletmə qabiliyyəti dəyişmir) nahiyəni ammonyak ilə zəhərləyirik və ya fizioloji tamlığını pozuruq.
Belə vəziyyətdə, cərəyanın istiqaməti enəndirsə, yəni elek-
97 trodun biri sinirin tamlığı pozulduğu yerə, digərini isə zədələnməmiş nahiyəyə toxunursa, oyanma yalnız dövrə bağlanan an üçün təqqəllüs alınır. Əksinə, cərəyanın istiqamətini dəyişib qalxan ediriksə, anod zədələnmiş nahiyəyə toxunur, yəni müsbət qütb əzələyə yaxınlaşır və dövrə acılan anda təqəllüs əmələ gəlir, bağlanan anda isə gəlmir.
Bu təcrübə göstərir ki, oyanma bütün sinir uzunu deyil, müəyyən qütblərdə əmələ gəlir. Beləliklə, əgər normal nahiyəyə katod toxunursa, oyanma dövrə bağlananda, əksinə anod toxunursa, oyanma ancaq dövrə acılanda əmələ gəlir.
Hazırda elektrik cərəyanının sinir və əzələ liflərinə qütb təsiri mexanizmini öyrənmək üçün hüceyrədaxili mikroelektrodlardan istifadə edilir (şəkil 4.9).