Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Qliyanın hüceyrələrarası mühitin tərkibinə təsiri



Yüklə 31,99 Mb.
səhifə45/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Qliyanın hüceyrələrarası mühitin tərkibinə təsiri. Qliya hüceyrələrinin ionların hüceyrələrarası qatılığına təsiri Nernst tənliyi üzrə hesablanmış K+ - elektrodu üçün əyriyə əzələ hüceyrəsində alınmış qiymətdən daha çox uyğun gəlir. Beləliklə, K+ - qliya hüceyrələrinin membranında keçiriciliyinin üstünlüyü daha yaxşı təzahür edir. Buna müvafiq olaraq qliya hüceyrələri depolyarlaşır, bu zaman qonşu neyronların fəallığı K+-un hüceyrəxarici qatılığının yüksəlməsinə səbəb olur. K+ ionlarının qatılığının sonrakı enməsi qliya hüceyrəsinin depolyarlaşmasını daimi vaxta görə bir necə saniyə zəiflənməsi ilə müşayiət olunur.
Şəkil 4.6-da qliya hüceyrələrində membran potensialının nəticələri (A) və membran potensialının K+ hüceyrədən xaric qatılığından asılılığı (B) verilmişdir.
Sinir hüceyrələrindən fərqli olaraq qliya hüceyrələri oynamırlar (qıcıqlanmırlar). Onlar potensialdan Na+ və Ca2+-kanalına malikdirlər. Lakin kanalların sıxlığı fəaliyyət potensiallarının generasiyası üçün kifayət etmir. Bəzi qliya hüceyrələrində də ion kanalı vardır. Onların fəallığına sinaptik mediatorlarla nəzarət olunur. Lakin bu kanalların funksiyası aydın deyil. Kapilyar damarla sinir hüceyrələri arasında qliya hüceyrələri yerləşmədiyinə görə onların funksiyası neyronları qidalandırıcı maddələrlə təchiz etməkdən ibarətdir. Lakin görünür neyronları qidalandırıcı maddələrin qliyadan keçərək nəql olunmasına ehtiyacı yoxdur, bu maddələrin hüceyrərarası fazadan diffuziyası tamamilə kifayət edir. Neyronların əksəriyyəti ona yaxın kapilyardan 50 mkm-dən kiçik məsafədə yerləşirlər. Lakin qanın plazmasında olan bir çox maddələr hüceyrələrarası fəzaya və neyronlar onların hemato-ensefaloji baryer tərəfindən saxlanması səbəbindən keçə bilmirlər.
88

Şəkil 4.6. Qliya hüceyrələrinin xüsusiyyətləri A: Elektron mikroskopunun məlumatına uyğun neyronların, qliya və kapillyarın bir-birinə nisbətən yerləşmə sxemi. Neyron və kapilyarlar arasında yerləşən astrositə membran potensialını qeyd etmək üçün mikroelektrod yerləşdirilmişdir. Bütün hüceyrələr eni təxminən 15 nm olan hüceyrələrarası məsafə ilə ayrılmışdır. B. Qliya hüceyrələrinin membran potensialının kaliumun [K+]0 hüceyrəxarici qatılığından asılılığı. Sükunət potensialının (SP) orta səviyyəsi –89 mV təşkil edir.
Görünür qliya hüceyrəsi özünü neyronları təchizat mənbəyi kimi deyil, daha çox müdafiə vasitəsi və mexaniki dayaq kimi aparır.
89

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin