Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


membranının xarici səthi müsbət, daxili səthi isə mənfi elektrik yükü ilə yüklənmişdir. Diffuziya potensialı



Yüklə 31,99 Mb.
səhifə44/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

86
membranının xarici səthi müsbət, daxili səthi isə mənfi elektrik yükü ilə yüklənmişdir.
Diffuziya potensialı. Sükunət potensialı membranın kanalında passiv yerini dəyişərək, özündə ionların diffuziya potensialını əks etdirir.
Sükunət vəziyyətində membranın əksər acıq kanalları K± kanalları hesab edilir, deməli, sükunət potensialı birinci növbədə K+ qatılığının transmembran qradienti ilə təyin edilir. Canlı hüceyrədə sakit vəziyyətində potensiallar fərqi sükunət potensialı və ya membran potensialı adlanır. Hüceyrənin daxili və xarici səthində K+ ionlarının miqdarı bərabərləşdikcə potensiallar fərqi azalır, sükunət potensialı zəifləyir, Na+ ionlarının hüceyrədaxilinə axını bu zəifləməni daha da tezləşdirir.

K+-un hüceyrəxarici qatılığının dəyişilməsi


Qanın plazmasında K+-nun qatılığı adətən öz normal səviyyəsinə – 4 mM yaxın qiymətini saxlayır. Lakin bir çox sinir hücerələrində ionların plazma ilə mübadiləsi tez baş vermir və onlar üçün [K+] normal səviyyədən kəskin fərqlənə bilər.
Şəkil 4.6-də MSS neyronunun yaxın kapillyardan qliya hüceyrəsi vasitəsilə ayrılmış təsviri sxematik olaraq verilmişdir. Burada hücerəxarici məsafə təxminən 15 nm eninə dar şırımlar şəklində mövcuddur. Periferik aksonlar analoji olaraq şvan hüceyrələrilə sıx əhatə olunmuşlar.
İntensiv elektrik aktivliyi zamanı Na+ ionlar hüceyrəyə daxil olur, K+ ionları isə ondan xaric olurlar. Bu zaman Na+-un yüksək hüceyrəxarici qatılığı nəzərə çarpacaq dərəcədə dəyişmir, lakin K+-un qatılığı əhəmiyyətli dərəcədə arta bilər. Sinir hüceyrələrinin yüksək fəallığı zamanı K+-un hüceyrəxarici qatılığı normal səviyyə olan 3-4 mM-dan 10 mM-a qədər yüksələ bilər.
MSS neyronlarının fəallığı zamanı daha bir ionun – Ca2+ hüceyrəxarici qatılığı dəyişə bilər. Ca2+-nun qatılığını da K+-nun qatılığı kimi selektiv ionmübadilə maddəsilə doldurulmuş mikroelktrodların köməyilə ölçmək olar.
87
Sinaptik sonluqların fəallaşması zamanı Ca2+ onlara daxil olur; uyğun olaraq yüksək tezlikli oyanma zamanı Ca2+-nun hüceyrəxarici qatılığının azalması müşahidə olunur. Ca2+-nun aşağı qatılığı zamanı neyronların oynama qabiliyyəti yüksəlir ki, bu da onlarda patolojti dəyişikliyin baş verməsinə gətirib çıxarır.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin