Şəkil 4.5. Membran potensialının hüceyrədaxili qeydə alınması A: Hüceyrə qanın plazması (və ya fizioloji məhlula) ilə doldurulmuş kameraya yerləşdirilir. B. Solda: Hər iki elektrod, aparıcı və indifferent, hüceyrə daxilində olmadıqda. Voltmetr hər iki elektrod arasında potensillar fərqinin sıfır olduğunu göstərir. Sağda: aparıcı elektrod hü-
85 ceyrəyə daxil edilmiş, indifferent elektrod isə hüceyrədən xaricdə yerləşdirilib. Bu zaman voltmetr, sakitlik vəziyyətinin səviyyəsini göstərir. V. Elektrodu hüceyrəyə daxil edənə qədər və daxil etdikdən sonra potensial.
Mikroelektrodu hər hansı toxumanın (məsələn, beynin, əzələnin) üzərinə qoyduqdan sonra mikromanipilyatorun köməyilə hüceyrəyə yeridilir. O, gücləndirici vasitəsilə «ossiloqrafa» cərəyan ölçən cihaza birləşdirilir. Mikroelektrodun ucu hüceyrə membranına toxunan kimi ossiloqrafın göstəricisi aşağı düşür.
Hüceyrə xarici mühitdə referent elektrod vəzifəsini xlorlanmış gümüş lövhəcik yerinə yetirir. Şüşə mikroelektrod sinir hüceyrəsinin xarici səthinə, metal elektrodu isə onu əhatə edən toxuma mayesinə daxil edilir. Başlanğıc vəziyyətdə hər iki elektrod hüceyrə xarici mühitdə olur (şəkil 4.5,B, solda) və onlar arasında potensiallar fərqi olmur. Şəkil 4.5,B «hüceyrə xarici potensial» sıfır qiymətinə uyğun gəlir. Əgər qeydedici elektrodu membrandan hüceyrəyə daxil etsək (şəkil 4.5,B), onda voltmetr (təqribən 80-100 mV) potensialı olan sıçrayışlı yerdəyişməsini göstərir. Potensialın bu yerdəyişməsinə membran potensialı deyilir. Əgər hər hansı bir xarici təsir vasitəsilə hüceyrə fəallışdırılmırsa sinir və əzələ hüceyrəsinin membran potensialı uzun müddət dəyişilməz qalır. Belə sakit vəziyyətdə hüceyrədə olan membran potensialına sükünət potensialı deyilir.
Sinir və əzələ hüceyrəsində membran potensialı həmişə mənfi olur; hər bir tip hüceyrə üçün özünün sükunət potensialın qiymətinin daimi olması səciyyəvidir. İstiqanlı heyvanlar üçün bu potensial 50-dən-100 mV-a qədər olur. Saya əzələlər müstəsna olmaqla, hansı ki, sükünət potensialı (-30 mV) aşağı olur. Bu potensial eninəzolaqlı əzələ liflərində 60-90 mV, sinirdə 60-80 mV, birləşdirici toxuma hüceyrələrində 30-50 mV-a, epitel hüceyrələrində 15-30 mV bərabərdir.
Deməli, normal sinir və əzələ hüceyrələri öz yüksək elektrogenez xüsusiyyəti ilə digər toxumaların hüceyrələrindən fərqlənir. Buradan belə nəticəyə gəlmək olar ki, sükunətdə olan hüceyrə