Hipertireoz. Tireoid hormonların patoloji hipersekresiyası –geniş yayılmış haldır. Bu xəstələrdə əsas mübadilə yüksəlmiş olur, həmçinin zülal və yağların sintez və parçalanma sürəti artır. Bu halda xəstələr çox həyəcanlı olurlar. Hipertireoz boynun zobşəkilli qalınlaşmasilə də müşayət olunur. Ancaq çox vaxt böyümə diffuz olur və ya avtonom «alovlu» düyünlər formasında olur. Bir çox xəstələrdə ekzoftalm – gözlərin önə qabarması olur. Bu halın yaranmasının patogenezi hələlik məlum deyil, ancaq qanda ekzoftalmik faktorla adlandırılan maddələr tapılıb və güman ki, bunlar hipofizar törəmədir. Tireoid hormonların sekresiyasının normallaşması antitireoid preparatların köməyilə ola bilər.
Tireoid hormonların çoxluğu kimi azlığı da orqanizmin bütün hüceyrələrinə güclü təsir edir. Təəccüblü deyil ki, bu cür kənaraçıxmalarda bir çox funksiyalar pozulur, hansı ki, tireoid hormonların təsiri ilə bilavasitə əlaqədar deyillər. Bunu xüsusilə, kişi və qadınlarda cinsi pozğunluğun müalicəsində nəzərə almaq lazımdır. Bu cür pozğunluğun çox vaxt hipotalamo-hipofizarqonad sisteminin pozulması deyil, qalxanabənzər vəzin çatış-
291 mazlığı və ya fəallığı səbəb olur.
Qalxanabənzər ətraf vəzilər. Qalxanabənzər ətraf vəzilər paxlaşəkilli formaya malik olub, hər iki tərəfdən vəzinin toxumasında (düyü boyda dörd ədəd) yerləşmişdir. Onlar balıqları istisna etməklə, bütün onurğalı heyvanlarda olurlar. İnsanda bu vəzinin çəkisi 25-100 mq olur. Qalxanabənzər ətraf vəzidə orqanizmdə Ca və P mübadiləsini tənzimləyən parathormon hasil olunur. Bu vəzilərin hazırladığı hormonlar 1926-cı ildə Xanson və Kolin parathormon adını veriblər.
C a ionları orqanizmin toxumalarının funksiyalarının tənzimlənməsində vacib rol oynayır. Qalxanabənzər ətraf vəzinin hipofunksiyası zamanı sinir və əzələ hüceyrələrinin oyandırıcı proseslərində normal gedişatda nəzərə çarpan pozğunluqlar baş verir; qeyri-iradi əzələ dartılmaları, qıcolma – tetaniya halları meydana çıxır. Bu xəstəlik ətraf, üz, qırtlaq əzələlərinin qıc olması ilə özünü göstərir – «mama əli vəziyyəti» (şəkil 7.13).
Heyvanlarda qıcolma halları qanda Ca2+ ionunun 10-dan 7maq%-ə qədər qatılığının azalması zamanı başlanır. Bu zaman qaraciyərin sintetik funksiyasında da bir sıra pozğunluqlar müşahidə olunur. Qalxanabənzər ətraf vəzilərin ekstrapasiyası daha böyük əhəmiyyət kəsb edir. Onların itlərdən kənar edilməsi qanda və toxuma mayesində Ca2+ miqdarının azalması, fərdi qıcolma hal-
larına, nəticədə isə heyvanın tələf olmasıilə nəticələnən əzələlərdə qıcolma – te-Şəkil 7.13.Tetaniya zamanı taniya hallarının meydana çıxmasınavəlləziyyərin qəti», qalxanabıc olması, «mama ənzər ətraəlfi səbəb olur. Bu qıcolmalar heyvanda tənəf-vəzinin funksiyasının füs çatışmazlığına və ölümə səbəb olur. çatışmazlığı zamanı.
292 Qalxanabənzər ətraf vəzilərin hipofunksiyası qanda fosfatların və Ca2+ ionlarının sayının azalmasına səbəb olur. Normal halda kalsiumun miqdarı 10-11 mq%-ə qədər olur. Qalxanabənzər ətraf vəzi hormonunun təsiri kalsium ilə fosforun ionlu formasına şamil olunaraq zülallar ilə başlıca və P-a aid edilir. Fosfatlar toxumaların buferli sistemləri ilə karbohidratların mübadiləsində iştiark etdiklərindən qalxanabənzər ətraf vəzinin hipofunksiyası orqanizmdə həyati baxımdan vacib fizioloji proseslərində dəyişikliklərə – pozğunluqlara səbəb olur.
Qalxanabənzər ətraf vəzilərin hiperfunksiyası qana çoxlu miqdarda Ca ifraz olunduqda müşahidə olunur. Bu hal daha çox vəzi şiş xəstəliyinə tutulduqda baş verir. Bu zaman sümük toxumasını dağıdan osteoklastların fəaliyyəti artır. Vaxtında cərrahi yola şiş çıxarıldıqda qanda Ca və P miqdarı normallaşır. Əzələ zəifliyi, beldə, ətraflarda əziyyət verən ağrılar aradan qalxır.