Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


VIII FƏSİL ANALİZATORLARIN FİZİOLOGİYASI HİSS (DUYĞU) ÜZVLƏRİ, SENSOR SİSTEMLƏR



Yüklə 31,99 Mb.
səhifə184/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   180   181   182   183   184   185   186   187   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

348 349

VIII FƏSİL



ANALİZATORLARIN FİZİOLOGİYASI

HİSS (DUYĞU) ÜZVLƏRİ, SENSOR SİSTEMLƏR


8.1. Hiss üzvləri haqqında anlayış


Hiss üzvləri və ya duyğu orqanları barədə ilk naturalistik təsəvvürlər hələ çox qədim zamanlarda yaranmışdır. Eramızdan üç əsr əvvəl Qədim Yunanıstanın məşhur filosofu və alimi Aristotel heyvanlara və insana xas olan hissləri təsnif edərək onları beş növə ayırmışdır: görmə, eşitmə, iybilmə (qoxu), dadbilmə və lamisə (toxunma. taktil) hissi. Sonralar fiziologiya elmi hissiyyatların başqa növləri-əzələ hissiyatı. daxili (visseral) hissiyat, müvazinət (vestibulyar) hissi, dəri hissiyyatının bəzi modifikasiyaları (tempratur hissi və s.) aşkar etmişdir.
Duyğu orqanlarının qıcıqlandırılması və onlardan beyin yarımkürələri qabığına impulsların daxil olması nəticəsində əldə olunan məlumatlar analiz-sintez edilir və müvafiq cavablar verilir. Analizin ali forması isə əsasən baş beyin yarımkürələri qabığı ilə həyata keçirilir.
Heyvan və insan orqanizmində hissetmə, duyma qabiliyyəti canlı aləmin təkamül prosesində formalaşan mərkəzi sinir sisteminin və sinir-reseptor cihazların fəaliyyəti ilə bilavasitə bağlıdır.
Reseptorla müxtəlif növ qıcıqları qəbul edən afferent sinir ucları və ya mühitdəki dəyişmələri həssaslıq göstərən xüsusi sinir hüceyrələridir.
Onurğasız və onurğalı heyvanlarda, xüsusən də ali məməlilərdə, o cümlədən insanda, hiss üzvləri xarici aləmin, eləcə də orqanizmin öz daxili mühitinin cürbəcür təsirləri qəbul etməyə və sinir sisteminə ötürməyə qabil olan xüsusi morfo-funksional törəmələr kimi formalaşmışlar. Hiss üzvlərinin təkamül inkişafı
345
çox heyrətamiz dəyişiklikləri nümayiş etdirir. Həm onurğasızlarda, həm də onurğalılarda bəzi hiss orqanları, əsasən də görmə, lamisə, vestibulyar-eşitmə və qoxu orqanları təkamül inkişafı zamanı istər anatomik, istərsə də funksional baxımdan kəskin dəyişikliklərə məruz qalırlar.
Bizim indiki elmin təsəvvürlərimizə görə, hissetmə, duyma qabiliyyəti olmayan heyvan və ya insanın yaşaya bilməsi mümkün deyil. Belə orqanizm tezliklə ölümə məhkumdur. İ.M.Seçenov «Baş-beyin refleksləri» əsərində yazmışdır ki: «Xarici hiss oyanması olmadan şüurda heç bir psixi akt yarana bilməz».
İ.P.Pavlov qıcığı qəbul edən mühitdə olan reseptor, oyanmanı nəql edən siniri və beyin qabığında yerləşən mərkəzi birlikdə analizator adlandırmışdır. Maddi cismin təsirlərinə qarşı meydana çıxan müxtəlif hissiyyatlarından asılı olaraq analizatorlar bir neçə növə bölünür. Bunlara görmə, eşitmə, temperatur (istilik və soyuqluq hissi), ağrı, toxunma, qoxu və dad analizatorları aiddir.
Hiss üzvləri və onların daha sadə quruluşlu təmsilçiləri olan reseptorlar orqanizmi onu əhatə edən xarici aləmlə bilavasitə əlaqələndirirlər. Məcazi mənada desək, xarici mühitlə bilavasitə təmasda olan duyğu üzvlərini (göz, qulaq, burun, dil, dəri) «orqanizmin xaricə açılan pəncərələri» adlandırmaq olar. Bədənin xarici səthlərində və daxili toxuma və orqanlarında yerləşən hiss üzvləri və ya reseptor cihazlar xarici və daxili təsirləri hiss etmək üçün ixtisaslaşmışlar.
Görmə üzvü olan gözlər, ancaq xarici aləmin işıq şüalarını qəbul edərək görmə hissi doğurur. Eşitmə hissini qulaqlar tərəfindən tutulan səs dalğaları yaradır. Qoxu və dad hissləri xarici aləmin və orqanizm tərəfindən qəbul edilən qida maddələri və mayelərin müəyyən kimyəvi təsirlərindən oyanır. Dəri örtükləri xarici mühitin tempetarur, mexaniki toxunma və təzyiq dəyişikliklərini hiss edir. Vestibulyar aparat bədənin və başın məkanda müvazinətini təmin edir. Proprioreseptorlar skelet əzələlərində yığılma zamanı yaranan gərginlik, daxili (visseral) reseptorlar isə orqanizmin daxili mühitinin fiziki-kimyəvi, kimyəvi-mexaniki, temperatur və digər dəyişiklikləri hiss etmək üçün uyğunlaşmışlar.
346
Orqanzmə təsir göstərən hər hansı bir qıcıq (stimul) hiss üzvü və ya reseptor səviyyəsində öz təbiətini dəyişərək sinir impulsu (sinir siqnalı, sinir oyanmaları) yaradır. Deməli, hiss üzvləri və ya reseptorlar təbiətən müxtəlif olan xarici və daxili təsirləri yeganə bir fizioloji prosesə, daha doğrusu, sinir prosesinə çevirən (transformasiya edən) xüsusi aparatlar kimi işləyirlər.
Sensor sistemlər xarici və daxili təsirlərə yüksək həssaslıq göstərməklə yanaşı geniş adaptiv (uyğunlaşma) imkanları təzahür etdirir, bu və ya digər qıcığın ən zəif və ən qüvvəli təsirləri bu sistemlərin funksiyalarını müvafiq şəkildə dəyişdirə bilir. Bununla yanaşı, sensor sistemlər qıcıqları gücləndirən və zəiflədən mexanizmlər kimi fəaliyyət göstərirlər. Mərkəzi sinir sisteminin və onun ayrı-ayrı şöbələrinin mütəmadi fəaliyyəti üçün müxtəlif sensor sistemlər eyni əhəmiyyət kəsb etmir.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin