Reseptorların adaptasiyası. Hər növ reseptor ona təsir edən
355 spesifik qıcığa qarşı onun təsiretmə qüvvəsi və müddətindən, reseptorda oyanmanın fazik və ya tonik vəziyyətlərindən asılı olaraq müəyyən cavab verir. Məsələn, əzələ reseptorunda stimul güclənən kimi oyanma güclənir, onun dinamik həssaslığı artır, amma eyni stimulun müəyyən müddət ərzində təkrar təsirləri (statik stimulyasiyarı) zamanı reseptorun oyanma reaksiyası tədricən azala bilir ki, buna adaptasiya deyilir. Tez və yavaş adaptasiya olunan reseptorlar mövcuddur. Tez adaptasiya olunan reseptorlar fazik, ges adaptasiya olunan reseptorlar isə tonik reseptorlar kimi xarakterizə edilir. Əzələlərimizi uzun müddət eyni vəziyyətdə saxlaya bilməyimiz onlarda reseptorların tonik adaptasiyaları ilə əlaqədardır. Dəri reseptorlarında təzyiq və ya lamisə (toxunma) hissin tez sönməsi fazik adaptasiya ilə bağlıdır. Adaptasiya, həmçinin sensor siqnalların nəql edilməsi proseslərində baş verə bilər.
8.4. Kimyəvi həssaslıq. Xemoresepsiya növləri.
Qoxu və dad hissləri
Hissiyyatlar haqqında danışanda ilk növbədə onların təkamül inkişafı tarixinə nəzər salınmalı, hansı hissiyyatların əvvəl yarandığı məsələsinə obyektiv olaraq yanaşılmalıdır. Bu baxımdan kimyəvi hissiyyat sensor mexanizmilərinin ən ibtidai formalarından biri kimi qəbul edilir. İstər suda, istərsə də quruda yaşayan heyvan orqanizmləri ilkin olaraq xarici mühitdə və orqanizm daxilində yaranan kimyəvi təsirlərə reaksiya vermək zərurəti qarşısında qalmışdır, onlar üçün kimyəvi resepsiya (xemoresepsiya) həyati vacib fizioloji mexanizmi kimi formalaşmışdır.
Məlumdur ki, ilk heyvan orqanizmləri su mühitində yaranıb inkişaf etmişdir. Onlar öz maddələr mübadiləsini təmin etməkdən ötrü ətraf sularda özlərinə lazım olan və qida əhəmiyyəti kəsb edən maddələrin varlığını və həyati vacib xassələri hiss edən xarici reseptiv orqanlar qazanmışdır. Onlar həm də bədənin daxili bioloji mayelərində hərəkət edən kimyəvi maddələrə (O2, şəkər,
356 duz, hormon və s.) həssas olan xemoreseptiv mexanizmlər əldə etmişdir. Kimyəvi həssaslıq və ya xemoresepsiya ilk baxışda sadə mexanizm kimi görünsə də əslində kimyəvi hissiyyat növü heyvan və insan orqanizmi üçün güclü və uzunmüddətli hisslər oyatmağa qabildir. Ali məməlilərin həyatında qoxu xemoreseptorları orqanizmin daxili mühitinin kimyəvi tərkibinin nisbi sabit vəziyyəti (homeostazı) təmin etməkdə, daxili hissiyyatların təşəkkülündə mühüm əhəmiyyət kəsb edir. Kimyəvi hissiyyat növləri 4 kateqoriyaya ayrılır: ümumi kimyəvi hissiyyat, daxili xemeresepsiya, qoxu və dad hissiyyatları. Ümumi kimyəvi həssaslıq bütün heyvani hüceyrələrə xasdır. Onlar spesifik molekullara, habelə kimyəvi maddələrə həssasdırlar, öz reaksiyaları ilə sinir siqnalları doğura bilirlər. Daxili xemoreseptorlar orqanizmin daxili mühitinin kimyəvi tərkibi, məsələn, qanda oksigenin gərginliyi, şəkərin miqdarı, daxili mayelərdə hidrogen ionlarının qatılığı, (PH), hormonların səviyyəsi haqqında sinir impulsları yaradırlar. Qoxu və dad hissiyyatları ayrı-ayrı sensor modallıqlar kimi yaranır. Qoxu havadakı və ya qəbul edilən qidalardakı iyli maddələrə, dad – ağıza düşən maddələrin və ya qidaların müəyyən xassələrə olan həssaslıqdır.
Bu sensor mexanizmlərin spesifik fəaliyyət prinsipləri ümumən oxşardır: kimyəvi maddə ilə xemoreseptorun qarşılıqlı əlaqə və təsiri verilmiş reseptiv və ya sinir reaksiyasının orqanizm üçün əhəmiyyəti ilə müəyyənləşir. Stimuləedici kimyəvi maddələr, hansılar ki, hüceyrə, toxuma və ya orqan səviyyəsində metabolik və ya funksional əhəmiyyət kəsb edir, yaxud zərərli, zədələyici təsir effekktə malikdir, onlar az və ya çox müddətdə təsir qabiliyyətləri qorunub saxlayan hisslər oyada bilirlər.
Stimuləedici kimyəvi maddələr, molekullar və ya ionlar reseptorları oyadır və spesifik reaksiyaları işə salır. Orqanizmə zəruri olan spesifik maddələrə kimyəvi həssaslıq müxtəlif tip reseptor hüceyrələr vasitəsilə təmin edilir. Adətən, spesifik reseptor mexanizmlər eyni tip hüceyrələrdə təmsil olunur və bu hüceyrələr qruplaşaraq bu və ya digər kimyəvi sensor orqanı
357 əmələ gətirir.
Onurğasızlarda ən yaxşı öyrənilmiş somatovisseral xemoreseptiv orqan molyuskların osfordial orqanıdır. Bu orqan molyuskun mantiya qabığının altında yerləşir, mantiya boşluğundan keçən suyun kimyəvi tərkibinə həssasdır. Mantiya boşluğuna su bilavasitə xarici mühitdən daxil olduğuna görə osfordial orqan daxili mühitin kimyəvi tərkibi tənzimləmək üçün vacibdir. Həşəratlarda və digər onurğasızlarda xemoreseptiv orqanlar rolu oynayan rəngarəng törəmələr mövcuddur.
Onurğalılarda daxili və xarici xemoresepsiya xeyli dərəcədə ixtisaslaşmışdır. Bu, əlbəttə, onların təkamül inkişafının səviyyəsi və müxtəlif həyat tərzləri, geniş adaptiv imkanları ilə bilavasitə əlaqədardır.