qrupların sensor xassələri
ön və arxa ətraflarda eynidir, amma onların onurğa beynində əlaqələri və qalxan yolları müxtəlifdir.
Arxa ətraflarından başlanan hissi liflərin bir hissəsi onurğa beyin seqmentlərinin motoneyronları ilə sinaptik əlaqələrə girir, məhəlli (seqmentar) hərəki reflekslər şəbəkəsində iştirak edir, digər hissəsi onurğa beyin-beyincik sinir traktına daxil olur, orta beyin səviyyəsində kolleteral əlaqələr hesabına medial lemensk sisteminə qoşulur və talamusa doğru istiqamətlənir.
Ön ətraflardan başlanan afferent qruplar da onurğa
beynində divergensiya olunur, amma onların son təyinat yerləri sadədir, bəzi liflər onurğa beynin lokal hərəki reflektor reaksiyalarını işə salır, digərləri onurğa beyninin ön hisssində dorsal sütün nüvələri ilə əlaqələnir, medial lemnisk (medial həlqə) vasitəsilə proprioseptiv siqnalları talamusa ötürür. Bu yol dəri reseptorlarının afferent yollarını xatırladır.
Əzələ hissiyyatı və kinesteziya baş-beyin böyük yarımkürələri qabığının somatosensor və sensomator mərkəzlərinin sinir fəaliyyəti ilə sıx bağlıdır. Əzələ və oynaqların hissi informasiyaları talamusa çatdıran medial leminsk lifləri dorsaventral talamik nüvələrdə qurtarır. Bu liflər dəri afferentləri kimi topoqrafik qurtarırlar. Buradan əzələ və oynaqların informasiyaları beyin qabığına yönəlir. Qabıqda bu sensor modallıqların spesifik sahələri vardır ki, onlar qabığın somatosensor mərkəzləri ilə sıx neyrofunksional əlaqələrlə bağlıdır. Tədqiqatlar göstərmişdir ki, əzələ hissiyatının əsas qabıq mərkəzi (nümayəndəliyi) qabığın 3a zonasında
yerləşir, bəzi əzələ affrentlərinin nümayəndəlikləri isə qabığın 5 və 2 saylı sahələrində lokallaşmışdır.
Fiziologiyada ənənəvi olaraq belə təsəvvür hökm sürürdü ki, bizdə oynaqların məkan vəziyyətləri, habelə əzələlrin və oynaqların hərəkətləri haqqında duyğular, ancaq oynaq reseptorlarının siqnalalrı sayəsində yaranır, proprireseptorlar yalnız qabıqaltı və şüuralıtı,
qeyri-iradi hərəkətlərin, reflektor reaksiyaların təşəkkülündə iştirak edir. P.Metyuz, İ.Mak-Kloski və G.Qudvin öz tədqiqatları ilə göstərmişdir ki, əzələ hissiyatı və əzələ afferentləri beyində qavrayış
375
mexanizmlərə kifayət qədər girişlərə malikdir, proprioresepsiyanın qabıqda spesifik proyeksiyaları somatosensor, sensomotor və hərəki qabıq sahələlərinə yayılırlar. P. Porter və R.Lemon subeksperimental
yolla sübut etmişdir ki, hərəki qabığın piramid neyronları (proeksion neyronları) hətta barmağın bir oynağında baş verən hərəkətə kəskin reaksiya verir. Belə güman edilir ki, qabığın somatosensor və motor mexanizmlərində propioreseptiv informasiyaların yenidən işlənməsi prosesləri həyata keçir.
Dostları ilə paylaş: