Visseroxemoreseptorlarxarici mühitin, müxtəlif qoxu maddələrin və qidaların kimyəvi təsirlərinə reaksiya verən qoxu və dad xemoreseptorlarından fərqli olaraq daxili xemoreseptorlar orqanizmin daxili mühitinin kimyəvi tərkibinin dəyişiklikləri, orqan və toxumalarda maddələr mübadiləsinin səviyyəsi, homes-
368 tazın tərəddüdləri, zəhərli və dərman maddələrinin təsirlərini qəbul edir. Qandakı şəkərin (qlükoza) miqdar dəyişiklikləri tutmaqda vissero-xemoreseptorlar böyük rol oynayırlar. Visseroxemoreseptorlar daxili reseptorların çox mühüm yarımsinifi təşkil edir. Onlar bədənin kimyəvi tərkibinin müxtəlif həyatı vacib aspektrləri haqqında informasiyaya verməkdə ixtisaslaşmışdır.
Visseromexanoreseptorlar orqan və toxumalarda baş verən mexaniki dəyişikliklərə həssaslıq göstərirlər. Onlar həmçinin visseral orqanlara kənardan edilən mexaniki təsirləri (toxunma, təzyiq və s.) qəbul edir.
Visseromexanoreseptorlar dəridə lamisə hissləri oyadan mexanoreseptorların invariantları hesab olunur. Əzələ, vətər və oynaqlarda tarımlıq hissləri oyadan propioreseptorlar da visseromexanoreseptorlar qrupuna aiddir. Daxili mexanoreseptorların həssaslıq dərəcələri müxtəlifdir, orqanların konsistensiyalarından və funksional xassələrindən çox asılıdır.
Visserotermorespsiya. Daxili reseptorların bu növü istiqanlı (homoyoterm) orqanizmlərdə daxili hərarət (tempratur) dəyişiklikləri tutmaqda ixtisaslaşmışdır. Dəridə geniş yayılmış termoreseptorlardan fərqli olaraq daxili orqan və toxumalarda termoreseptiv aparatlar sayca azdır, məhdud şəkildə yayılmışdır. Onlar yüksək energetik metabolizm həyata keçən, daxili mühit mayeləri çox konsetravsiya olunan yerlərdə, hipotalamusda tapılmışdır. Visserotermoreseptorlar bədənin istiliyini tənzim etməkdə iştirak edirlər.
Osmoreseporlar. Visserotermoreseptorların bu növü hüceyrə, toxuma və orqanlarda mayelərin qarşılıqlı yerdəyişmələri zamanı yaranan təzyiq fərqləri, qanda və hüceyrəxarici mayedə osmotik fəal maddələrin qatılıq qradiyentləri, hipotonik və hipertonik vəziyyətləri qeydə alır. Məməlilərdə osmoreseptorlar qaraciyərdə, ağciyərlərdə, dalaqda, böyrəklərdə, bəzi əzələlərdə, hipotalamusda tapılmışdır.