Kvadrat I matrisası. Bu matrisa müəssisənin inkişaf strategiyasını bazarda mövcud olan məhsullara istiqamətlənməyi göstərir. Bu strategiya eyni zamanda “xərclərə qənaət” və yaxud “nə istehsal edirsənsə onu yaxşılaşdır” metodu adlanır. Bu strategiya müəssisə və yaxud onun sərbəst təsərrüfat hesablı bölmələri üçün və yaxud bazarda məhsul bolluğu tam olmadıqda səmərəlidir. Müəssisə istehsal olunan məhsul hərəkətinin intensivləşdirilməsi hesabına fəaliyyət göstərdiyi bazarlarda məhsul satışını genişləndirir və müəssisə əvvəllər onun məhsullarından istifadə etməyən rəqiblərin müştərilərini öz bazarlarına cəlb edir, bu isə son nəticədə bazarda tələbatın artmasına müvafiq istehsal həcminin genişləndirilməsi zərurətini yaradır.
Kvadrat II matrisası strategiyası bazarın inkişafına yəni, müəssisənin uzun müddət istehsal etdiyi məhsul üçün yeni bazarların yaranmasına istiqamətləndiyini göstərir. Bu strategiya aşağıdakı hallarda səmərəlidir:
müəssisə yerli, daxili bazarlarda fəaliyyətini genişləndirməyə çalışdığı hallarda;
həyat tərzi və demoqrafik amillərin dəyişməsi bazarda yeni seqmentlər yaratdıqda;
müəssisənin yaxşı tanınmış məhsullar üçün yeni istifadə sahəsi olduğu halda.
Müəssisə istehsal etdiyi məhsulların bazarda satışı sahəsində tədbirlər həyata keçirir yəni, bu zaman o məhsulun yeni keyfiyyətlərini və digər üstünlüklərini əsaslandıraraq istehsal etdiyi məhsul satışının şəbəkəsinin genişləndirilməsinə və artırılmasına çalışır. Müəssisə bazarın tələbinin tam ödənilmədiyi yeni seqmentinə daxil ola bilər, yəni, müəssisə istehsal etdiyi məhsulun bölüşdürülməsi və satışının yeni metodlarından istifadə edərək məhsulun hərəkətini daha çevik və səmərəli edə bilir.
Kvadrat IIImatrisası strategiyanın əvvəlki və çoxdan mənimsənilmiş bazarlar üçün yeni məhsulların hazırlanmasına istiqamətləndirildiyini göstərir. Bu strategiya müəssisə və onun təsərrüfat subyektlərinin istehsalında çox məhşur olan məhsul modelləri istehsal etdikdə tətbiq olunur. Bu halda müəssisə fəaliyyət göstərdiyi bazar üçün yeni və yaxud müasir dəbə uyğun tələbləri ödəyən məhsullar hazırlayır.
Cədvəl 5.1.Müştəriləri müəssisənin istehsal etdiyi məhsuldan yenidən istifadə etmək istəklərinin yaradılması strategiyası.