Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 iyun 2021-ci IL f-300 saylı əmri ilə təsdiq edilmişdir baki- 2021



Yüklə 1,42 Mb.
səhifə37/109
tarix08.12.2023
ölçüsü1,42 Mb.
#138468
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   109
STRATEJİ MENECMENT (1)

Baza istiqamətlər :

  • məhsul /xidmət sistemi üzrə;

  • alıcı sistemli üzrə /bazar;

  • texnoloji təminatın səviyyəsi (gücü) üzrə .

  • İnkişaf və mənfəət :

4. Müəssisənin strateji inkişaf planının məqsədinin əsaslandırılması və formalaşdırılması prosesinə müəssisənin missiyası ilə yanaşı yüksək rəhbərliyin dəyərlərinin yəni, onların verdikləri təklif və tövsiyyələr təsir göstərir. Bu zaman top - menecerin xarici və daxili məqsədlər sistemini ayırmaq məqsədəmüvafiqdir.
5. Müəssisənin stateji inkişaf planının məqsədlərini müəyyən edərkən iki vacib anı hesaba almaq lazımdır.
Birincisi, istənilən məqsəd müəyyən vaxt ərzində müəs­sisənin inkişaf istiqamətlərini xarakterizə edir və bu onun keyfiyyət xarakteristikasını müəyyənləşdirir.
İkincisi, məqsəd müəyyən zaman çərçivəsində müəssisənin arzu edilən səviyyəsini müəyyən edir. Bunlar isə məqsədlərin kəmiyyət xarakteristikasını göstərir. Başqa sözlə, məqsədlərin müəyyən edilməsi ikili xarakterə malikdir. Müəssisənin strateji inkişaf planının məqsədinin formalaşdırılması prosesinə, onun təşkil edilmə səviyyəsi, dəqiqliyi, məqsədyönlülüyü nəzərə çarpacaq dərəcədə təsir göstərir, bunlara müəssisənin inkişafının stateji amilləri kimi baxılmalıdır.
6. Müəssisənin strateji inkişaf planının məqsədinin for­malaşdırılması məntiqi proses kimi baxılmalıdır və bu prosesi müəyyən dərəcədə sistemləşdirmək mümkündür. Bununla ya­naşı, məntiqi yanaşma prosesi müəssisənin məqsədlərini və onun həyata keçirilməsi prosesini tam təmin edən konkret proq­ram­lar arasında balans yaratmağa imkan verməlidir.
FƏSİL 5.
BİZNES -STERATEGİYASININ FORMALAŞDIRILMASI
Bu fəsildə əsas məqsəd biznes -strategiyasının forma­laş­dı­rıl­ması çərçivəsində seçilmiş strategiyanın əsas modellərinin prin­sipial xüsusiyyətlərinin mahiyyəti və bu modellərin tətbiq sferasının açıqlanmasıdır. Strategiya piramidası çərçivəsində kooperativ strategiyaya tabe edilən biznes strategiyası şirkətin fəaliyyətinin hər bir istiqamətində çalışdığı hər bir strateji zonalar, yəni təsərrüfat sahələri üçün tərtib edilir. Optimal fəaliyyət göstərməyi nail olmaq üçün müəssisə yaxşı strate­giya seçməlidir, bu strategiya isə öz növbəsində müəssi­sənin güclü mövqeyi və imkanlardan istifadə etmək əsasında qurul­malıdır. Strategiyanın seçilməsində strateji seçimin müxtəlif modellərindən istifadə edilir. Aydındır ki, müəssisə və bazar müxtəlif şəraitdə işlədikləri üçün hər bir konkret şərait üçün seçilmiş strateji model fərqlənə bilər.
Qeyd olunanları nəzərə alaraq bu fəsildə müəssisənin fəa­liy­yətinin müxtəlif dövrlərinə müvafiq inkişaf strategiyası mode­linin seçilməsi formaları və onun əsaslandırılması mexa­nizmi nəzərdən keçirilir.



Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin