Müəssənin inkişaf məqsədlərinin müəyyən edilməsi
Müəsissənin inkişaf məqsədləri ilkin təsərrüfatçılıq strukturunun fəaliyyətini həyata keçirən istiqamətlərindən ibarətdir. Bütünlükdə bu, məqsədin keyfiyyət xarakteristikasıdır. Digər tərəfdən isə məqsəd müəyyən zaman ərzində sistemin arzu olunan vəziyyətini mütləq müəyyən etməlidir. Bu sahədə elmi araşdırmalar aparan T.Kono qeyd edir ki, “təşkilatın məqsədi zəruri resurslara uyğun olan qiymətlər sisteminə müvafiq formalaşdırılır” [84].
Məqsədin formalaşdırılması müəsisənin məqsədlərinin məntiqi ardıcıllıqla sistemləşdirilməsi prosesidir. Bu isə yuxarı rəhbərliyin təcrübəsi və intuisiyasına əsaslanaraq müəyyən edilir. Ona görə də müəssisənin inkişaf məqsədlərini formalaşdırarkən həyatdakı bütün hadisələr üçün resept vermək olmaz, yalnız məqsədyönlü prosesə prinsipial yanaşmalar və ya bu istiqamətdə məqsədyönlü müvafiq araşdırmalar aparmaq olar. Müəssisənin inkişafı üçün müəyyənləşdirilən məqsəd çox təbəqəlidir. Birincisi- planlaşdırma sisteminə analoji olan ierarxiya yaradır yəni, məqsədlər sisteminin “kontur planı” var. Müəssisənin hər bir struktur vahidi reallıqda bir neçə inkişaf məqsədinə malik olmalıdır, ona görə starteji planın məqsədinin formalaşdırılması o vaxt uğurlu olur ki, müəssisənin məqsədi və ayrı-ayrı struktur bölmələrinin məqsədləri arasında balans yaradılır. İkincisi – məqsədi iki qrupa bölmək olar: sistemin məqsədi və iştirakçıların məqsədi. Sistemin məqsədi zəruri resurslara malik olmaqda eyni baxışlara malikdir. İştirakçıların məqsədi ierarxiyanın müxətlif səviyyələrinə uyğun olan resurslara malik olma arzusu ilə birbaşa əlaqədardır. Birinci hadisədə məqsədin sadə ierarxiyasından, ikincidə iştirakçıların məqsədlərinin ierarxiyasından danışılır. Ancaq praktikada təbii olaraq bu iki struktur birləşir və məqsədin bütöv ierarxiyasını yaradır, bu isə aşağıdakı sxemdə verilmişdir.
Müəssisənin inkişafına yönəlmiş məqsədlərin ierarxiyasının tam təhlil edilməsi aşağıdakı nəticələrə gəlməyə imkan verir. Bir tərəfdən struktur bölmələrinin inkişaf məqsədlərinin və onların rəhbərlərinin xarakteristikalarının hissə-hissə baxılması, onları razılaşdırmağa imkan verir, bu isə öz növbəsində məqsədin iki sahəsini- sadə ierarxiya və iştirakçıların məqsədlərinin ierarxiyasını razılaşdırmaq imkanını verir. Rəhbərliyin məqsədlərinin nəzərə alınmasının zəruriliyi o amillərdən irəli gəlir ki, bu amillərin həyata keçirilməsi, ayrı-ayrı bölmələrin məqsədlərinin həyata keçirilməsini və buna müvafiq müəyyən zaman çərçivəsində müəssisənin inkişafının tələb olunan səviyyəyə çatdırılma ehtimalını nəzərə çarpacaq dərəcədə artırır. Qeyd etmək lazımdır ki, digər tərəfdən bölmələrin və ümumilikdə müəssisələrin işçilərinin məqsədləri çox hallarda bir-birinə əks olur. Müəssisənin inkişaf məqsədlərinin səviyyəsi və ierarxiyanın ardıcıllığı, onun tipindən asılı olması amili daimi nəzərə alınmalıdır. İxtisaslaşdırılmış müəssisələrin qeyd olunan bölmələrinin məqsədləri bir-birinə əksdir. Aşağıdakı sxemdə müəssisələrin inkişafının tam ierarxiyası, şirkətin fəaliyyətinin şaxələndirilməsi istiqamətləri verilmişdir.
Şəkil 4.4. Müəssisənin inkişaf məqsədlərinin tam ierarxiyası
Müəssisənin inkişaf məqsədlərinin tam ierarxiyasının hazırlanmasında nəzərə alınan bir sıra ümumi xarakteristikaları qeyd etmək lazımdır, bunlar aşağıdakılardır:
Nisbətən aşağı səviyyəli ierarxiyanın məqsədi, mütləq daha yüksək səviyyəli məqsədin daxilində yerləşdirilməlidir (məqsədin kiçik tələbləri);
Daha yüksək ierarxiyanın məqsədi uzun müddətə yönəldilməlidir;
Müəssisənin konkret bölmələrinin məqsədi daha yuxarı idarə etmə məqsədlərinə aid edilməli;
Məqsəd kəmiyyətin qiyməti olmadan yalnız keyfiyyətə yönəldilə bilər, bu isə göstəricilərin əhəmiyyətini heç azaltmır;
Zaman keçdikcə işçilərin motivasiyası dəyişir, ona görə də məqsədlərin ierarxiyası daimi ölçü deyil, yüksək səviyyənin məqsədinin həyata keçirilməsi mərhələlərinin tənzimlənməsinə ehtiyac duyulur.
Daha sadə şəkildə şərh etmək üçün aşağıdakı məqsədin ierarxiyasının yuxarı səviyyəsini – müəssisənin inkişaf məqsədini qeyd etmək lazımdır.
Müəssisə, təşkilat səviyyəsində məqsədlərin müəyyən olunması, stateji planlaşdırma və idarəetmə işinin təşkil edilməsində bir çox yanaşmalar vardır. Bir sıra tədqiqatçılar məqsədin müəyyən edilməsində keyfiyyətin xarakterlərinə üstünlük verirlər [109], başqaları isə əksinə, hesab edirlər ki, məqsəd yalnız kəmiyyət göstəriciləri ilə xarakterizə edilə bilər [106]. Bundan isə məqsədin müxtəlif anlayışları ortaya çıxır: inkişafa yönəlmiş (keyfiyyət xarakteristikası) və sistemin arzu olunan vəziyyəti (kəmiyyət qiymətləndirməsi). Ancaq, aparılan tədqiqatlar göstərir ki, məqsədlərin hər iki istiqaməti keyfiyyət xarakteristikası və onların kəmiyyət qiymətləndirməsi imkanlarına baxılması daha məqsədəmüvafiqdir. Onu da qeyd etmək lazımdır ki, məqsəd qoyuluşunun konkret göstəricilərinin istifadə edilməsinin mahiyyəti müəssisənin yerləşdiyi ölkədən asılı olaraq fərqlənirlər. Aşağıdakı cədvəldə müəssisələrin forması və onun həcmi verilmişdir.
Məqsədin müəyyən edilməsində ən çox inteqrasiya olunan göstərici- satış həcmi göstəricisini qeyd etmək olar. Digər göstəricilər isə müəssisəni xarakterizə edən və yaxud onları formalaşdıran amilləri (artım tempi, material xərcləri) yaxud onlardan hesablanan (mənfəət) göstəricilərdir.
Məqsədin müəyyən edilməsində ən çox inteqrasiya olunan göstərici- satış həcmi göstəricisini qeyd etmək olar. Digər göstəricilər isə müəssisəni xarakterizə edən və yaxud onları formalaşdıran amilləri (artım tempi, material xərcləri) yaxud onlardan hesablanan (mənfəət) göstəricilərdir.
Dostları ilə paylaş: |