Sxem 4.1. Steykholderlərin (iştirakçıların) strukturu.
4.2. Yüksək rəhbərliyin dəyərləri
Müəssisənin missiyasına əlavə məqsədlər hazırlanarkən dəyərlər sistemi tədqiq edilir və toplanılır. Bu dəyərlər material və eyni zamanda qeyri material ola bilər.Bu sahədə aparılan tədqiqatlarda çox düzgün olaraq qeyd edilir ki, (K.Boumen) menecerin onu əhatə edən dünyanı qəbul etməsi bir çox sayda amillərdən asılıdır, məsələn, onların aldıqları təhsil, təlim-tərbiyyə və onun həyat – istehsalat təcrübəsi və s.. Ona görə də şirkətin strategiyasının hazırlanmasında və struktur dəyişikliklərinin aparılmasında mütləq menecerin və idarəedici komandanın şəxsi keyfiyyətləri nəzərə alınmalıdır [72]. Eyni zamanda şirkətin strategiyası yüksək rəhbərliyin dəyərlərinə, onun aldığı təhsilə, biliyə, idealara, inamlara və s. amillərə uyğun müəyyən edilir və hazırlanır. Dəyərlərin bu formada müəyyən edilməsi onun əvvəlki təcrübəsinə əsaslanaraq, yüksək rəhbərliyin malik olduğu biliyi, ideaları və inamı formalaşdırır. Qeyd etmək lazımdır ki, qərb tədqiqatçıları T.Conson və R.Soles öz araşdırmalarında strateji idarəetmə proseslərində yüksək rəhbərliyin dəyərlərinin üç vacib amillərini fərqləndirir [112].
Top-menecerin aid olduğu cəmiyyətin və sinfin dəyərlərə xarici təsiri;
Biznes təbiəti bazar situasiyası ilə birlikdə cəmiyyətin tələbatının ödənilməsi üçün istehsal olunan məhsulun zəruriliyi;
Şirkətin mədəni seqmentləri, şirkətin tarixi, idarəetmə güclərinin praktikası, müəssisədə tətbiq olunan planlaşdırma və nəzarət sistemlərinin daxil edilməsi.
Qeyd etmək lazımdır ki, yüksək rəhbərliyin dəyərlərini müəyyən edən yuxarıda göstərilən amillər müəssisənin missiyasının tərkib hissəsi olduğu üçün müəssisənin missiyasının yüksək rəhbərliyin dəyərlərinə təsir etməsi tam məntiqlidir.
Adətən strateji planlaşdırma problemlərinin tədqiq edildiyi ədəbiyyatlarda yüksək rəhbərliyin dəyərləri xarici-daxili prinsiplərə bölünməsinə əsaslanır.
Dostları ilə paylaş: |