4.1. Müəssisənin missiyası və baxışları Müəssisə strateji plan tərtib edərkən strateji təhlildən sonra növbəti mərhələ-məqsədlərin müəyyən edilməsidir. Onun vacibliyi bu mərhələnin bütün tədqiqatçılar tərəfindən ayrıca blok kimi baxılması ilə xarakterizə olunmasıdır.
Müəssisənin inkişafı üzrə məqsəd ilk baxışda heç də eyni deyildir. Bu sahədə işlənmiş ədəbiyyatların araşdırılması göstərir ki, mütəxəssislər məqsəd anlayışını bir sıra müxtəlif anlayışlarla birgə nəzərdən keçirirlər. Belə ki, Y. Çanq və F.Kampo-Flores müəssisənin məqsəd və siyasətini müqayisə edir [105], B. Karloff – Məqsəd və baxışı [81], İ.Akoff – Məqsəd və planlaşdırmanı [63], İ.M.Siroyejin – məqsəd və vəzifəni nəzərdən keçirilməsini xüsusi qeyd edirlər. Göstərilən hər bir yanaşmanı ətraflı təhlil etmədən qeyd etmək lazımdır ki, bunlarda əsas məqsədin müəyyən edilməsi ümumidir və burada iki əsas vacib an nəzərə alınır. Birinci, məqsəd müəssisənin müəyyən edilmiş bir zamanda inkişaf istiqamətlərini xarakterizə edir. İkincisi, məqsəd müəyyən edilmiş zaman ərzində müəssisənin arzu olunan imkanlara nail olması ilə xarakterizə olunur. Bu proseslərin kəmiyyət və keyfiyyət təhlilini ətraflı nəzərdən keçirək.
Müəssisənin məqsədyönlülük prosesi özü iki böyük mərhələyə bölünür: yuxarı rəhbərliyin dəyərlərinə və müəssisənin missiyasına və ilk yaradılmış təsərrüfat qurumunun inkişaf etdirilməsi məqsədinin müəyyən edilməsi prosesinə.
Müəssisənin missiyasının təyin edilməsi üçün onun fəaliyyət istiqamətləri tədqiq edilməli, “yaşamaq fəlsəfəsi”-i müəyyənləşdirilməlidir, bu isə öz növbəsində müəssisınin fəaliyyət istiqamətlərinin geniş toplusunun müəyyən etməyə imkan verir. Ölkənin müəssisələri üçün belə xarakteristika nisbətən yenidir, ancaq sənayenin inkişaf etdiyi dövlətlərdə strateji planın bu bölməsi məcburidir və bu hər bir bölmə və istiqamətlər üzrə dəqiq hazırlanır.
Müəssisənin missiyası hər bir ayrıca idarə və təşkilat üçün hazırlanır və təqdim edilir, müəssisənin nizamnamə konteks-tində onun iqtisadi, sosial və idarə etmə fəlsəfəsi, mənfəətin iqtisadi kriteriyaları, istehsal fəaliyyəti və məhsulun keyfiyyəti, müəssisə daxili fəaliyyət stili, işçilərinin seçilməsi və yerləşdirilməsi formasında təqdim edilir. Onu da qeyd etmək lazımdır ki, müəssisənin missiyasının konkret sənəd kimi tərtib edilməsi məcburi deyildir. Yəni, missiya müəssisənin yuxarıda qeyd olunan istiqamətlər üzrə fəaliyyət səviyyəsi və perspektiv inkişaf haqqında məlumatlar toplusu olaraq, onun həyatda keçirdiyi və keçirmək istədiyi məqsədlər haqqında məlumatları xarakterizə edir. Buna misal olaraq “Sony” şirkətinin devizini göstərmək olar. Beləki, “Sony” şirkəti bu sahədə birinci yol açan, yeni istiqamətlərdə fəaliyyət göstərən bir şirkətdir. Bu şirkət heç vaxt köhnə izlərlə getmir. Bu formada şirkətin daimi inkişaf etməsi onun missiyasını təşkil edir. Təbiidir ki, şirkətlərin missiyaları bir - birinə yaramır, bu müəssisənin qəbul etdiyi fəaliyyət standartlarından keçir.
Qeyd olunanlardan aydın olur ki, müəssiənin missiyası strateji qərarların keyfiyyətinin artırılmasına təsir edir. Aşağıdakıları qeyd olunanlara səbəb kimi göstərmək olar:
Birinci, işgüzar fəlsəfə (bəzən müəssisənin missiyası ədəbiyyatlarda belə adlanır) çox hallarda missiya, şirkətin əsasını qoyanın təcrübəsinin öyrənilməsinə və sonrakı rəhbərlərin təcrübəsinə əsaslanaraq formalaşdırılır. Bu müəssisənin uğurlarının prinsiplərinin özünəməxsusluğunu göstərir.
İkincisi, sənayecə inkişaf etmiş ölkələrdə müəssisənin missiyasının müəyyən edilməsində sosial məsuliyyət anlayışına üstünlük verilir. İdarəetmənin iri qurumları imkan daxilində qısa müddətli gəlirlərin əldə edilməsinə çalışır, ancaq müəssisə rəhbərləri isə daha çox qarşıya qoyulan zəruri məsələlərin həll edilməsinə və şirkətin fəaliyyətini cəmiyyətin rifahının yüksəldilməsi ilə əlaqələndirir. Başqa sözlə, onlar daha çox təşkilatı və sosial yönümlü məsələlərin həll edilməsinə üstünlük verirlər.
Üçüncüsü, müəssisənin missiyası işçilərin səylərinin istiqamətlərini, eləcə də yerinə yetirilən işlərin mahiyyətini aydın şəkildə göstərir və bununla da işçilərin müəssisə ilə eyniləşdirmə dərəcəsini yüksəldir.
Dördüncüsü, strateji seçim şəraitində (məsələn, xüsusi məhsula diqqətin artırılması) müəssisənin missiyası reallaşdırılan kompramis qərarların tapılmasına imkan verən alətdir, bu isə baxılan təşkilatın idarəetmə psixologiyasının vahid prinsipini müəyyən edir.
Beşincisi, müəssisənin missiyası bazara daha dəqiq istiqamət (orientasiya)götürməyə imkan verir, yəni alıcıların hansı təlabatının ilk növbədə ödənilməsini müəyyən etmək, müəssisə ilə istehlakçıların maraqlarını tarazlamaq (cəmiyyət və ümümi).
Missiyanın qurulmasına sadələşdirilmiş formada “Biznes–injenirinq” pozisyasına texnoloji, sistemli baxış” kimi yanaşmaq olar.
Şirkətin missiyasının hazırlanması (formalaşdırılması) bütün mühəndis lahiyələndirilməsində olduğu kimi kordinat sistemlər-indən başlayır. Bu sistemi aşağıdakı kimi göstərmək olar.
“Lazımdır” xətti -bazarın tələbatını əks etdirir;
“Edə bilərəm” xətti-şirkətin imkanlarını təyin edir (yeni resursların unikallığı və vərdişlər);
“İstəyirəm” xətti- biznesin fəlsəfəsini özündə əks etdirir (gözləmə, dəyərlər, prinsiplər).
Belə bir koordinat sistemində missiyanın işlənməsinin qarşısında duran əsas məsələ bir tərəfdən bazarın təlabatı, digər tərəfdən imkanların və arzuların kompramislərini müəyyən edən prinsiplər qarşılıqlı razılaşdırılmalıdır.