Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 iyun 2021-ci IL f-300 saylı əmri ilə təsdiq edilmişdir baki- 2021



Yüklə 1,42 Mb.
səhifə26/109
tarix08.12.2023
ölçüsü1,42 Mb.
#138468
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   109
STRATEJİ MENECMENT (1)

Marketinq. Müəssisənin fəaliyyətinin bu sferası bir başa bazara, istehlakçılara təsiri və müəssisənin fəaliyyət səviyyə­sinin təhlili ilə bağlıdır. Müəssənin gücü aşağıdakı fəaliyyət istiqamətlərinin səmərəliliyindən ibarətdir:

  • Məhsulların bazarın tələblərinə uyğun olması;

  • Qiymət konsepsiyası;

  • Məhsul satışı və onun servis xidmətləri;

  • Məhsulun hərəkəti və bölünməsi sistemi.

Bu zaman ən əsası fəaliyyət növünün səmərəliliyinin artırılmasında vacib amil marketinq xidməti işçilərinin ixtisas səviyyəsinin qiymətləndirilməsidir.

  • Elmi tədqiqat və təcrübə sınaq işçiləri (ETTSİ). ETTSİ müəssisələrin rəqabət üstünlüyünü təmin edən fəaliyyət istiqaməti kimi müəyyən edilə bilər. Bu əsasən, sürətlə inkişaf edən İKT, elektronika, təyyarə istehsalı, avtomobil istehsalı və bu tipli sahələr üçün çox vacibdir. ETTS işlərinin real gücü əsasən məhsulun yeni istehlak tərkibini, yeni proqressiv texnologiyaların tətbiqini və yaxud əməyin daha səmərəli təşkilində istifadə edilir. Bir çox digər sahələrdə isə ETTSİ bazarda müəssisənin rəqabətliyinin artırılması üçün onun istehsal fəaliyyətinin qorunması, idarə etdiyi yeni texnologiyalar əsasında qurulması yəni, daim istehsal olunan məhsulların rəqa­bətliyinin artmasında istifadə edilir, bu isə müəssisənin bazarda mövqeyinin və imicinin qorunmasında xüsusi rola malikdir.

  • İstehsalat. Fəaliyyətin bu sferasında situasiya bir qədər fərqlidir, belə ki, ayrı-ayrı müəssisələr fəaliyyət istiqamətlərinə görə fərqlənsələr də, istehsal etdikləri məhsullar, müəssisələrin güclü və zəif olması demək olar ki, eyni vəziyyətdə olur.

Müəssisə daxili mühit xərclərinin aşağı salınması, səmərəliliyin artırılması ilə müəyyən edilir, ancaq müəssisənin xarici ətraf mühiti isə istehsal olunan məhsulun keyfiyyəti və dayanıqlığı ilə əlaqədardır. Təbii olaraq bu amillər bir-biri ilə əlaqədar olub qiymətin stabilləşməsinə (bəlkə də, aşağı düşməsinə) şərait yaradır. Axırıncı, yəni məhsulun keyfiyyəti və dayanıqlığı müəssisənin rəqabət qabiliyyətinin artırılmasına və nəticədə onun səmərəliliyinin artırılmasına aparır.
Yaxud da qeyd olunanlardan aydın olur ki, istehsal xərclərinin azaldılması və keyfiyyətin tələb olunan səviyyədə yüksəldilməsi istehsal sferasında müəssisənin güclü və zəif tərəflərini müəyyən edir, ona görə də bu amillər daima öyrə­nilməli, təhlil edilməli və səmərəli təkliflər hazırlanmalıdır.
1   ...   22   23   24   25   26   27   28   29   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin