Yaranma ehtimalı
Şəkil 3.7. Müəssisənin xarici ətraf mühitlə müəyyən edilən təhlükənin təsnifatı
Bu sxemdə müəssisədə ətrafda müəyyən edilən xarici mühit və eyni zamanda ortaya çıxa biləcək müəyyən qorxulu hallar təhlil edilir. II kvadratda təhlükənin böyük gücü və onun yaranması ehtimalı xarakterizə olunur. Bu təhlükəyə müvafiq mütləq tsiklin qısaldılması üçün əks tədbir hazırlamalıdır ki, bu mənfi təsirlər azaldılsın. I kvadratda toplanmış təhlükə böyük gücə malik olsa da onların yaranması ehtimalı aşağıdır. Ona görə də müəssisənin resursları tələb olunan səviyyədə olmalıdır ki, baş verən hadisələri aradan qaldırmaq üçün qəbul edilən qərarların yerinə yetirlməsini təmin etsin. III kvadratdakı toplanılmış təhlükələrin mahiyyəti müəssisə üçün qorxulu deyil, yəni, müdaxilə ehtimalı böyük olsa da, onların gücü tələb olunan səviyyədə deyil. Nəzərə almaq lazımdır ki, bu halda qeyd olunan kvadratda olan təhlükənin tətqiqatının aparılması kifayət qədər mürəkkəbdir, ona görə də onların güclərinin qiymətləndirilmə-sində yol verilən səhvlər müəssisənin fəaliyyəti üçün dağıdıcı ola bilər. Nəhayət IV kvadratda az gücü və hücum gücü aşağı olan təhlükələr toplanmışdır. Ancaq, bu vəziyyət daimi monitorinq edilməli, çünki gələcəkdə onların xarakteristikaları müəssisə üçün arzuolunmaz formada dəyişə bilər.
II mərhələ. Müəssisənin resurs potensialını müəyyən edən gücün və zəif cəhətlərinin qiymətləndirilməsi.
Müəssisənin gücünün və zəif cəhətlərinin təyin edilməsi müəssisənin resurs potensialının tədqiqinə və qiymətləndirilməsinə əsaslanır. Adətən onlar aşağıdakı mərhələlərə bölünür:
Müəssisənin öz resurs potensialını qiymətləndirməsi:
Bu potensialın qiymətləndirilməsində resursların aşağıdakı təsnifatlarından istifadə edilir:
Fiziki resurslar;
Maliyyə resursları;
İnsan resurları;
İnzibati sistem (işin təşkili);
Qeyri -material aktivlər.
Resursların hər bir qeyd olunmuş növlərinin tədqiqində əvvəldən qeyd olunan yanaşma və metodlardan istifadə edilir. Yalnız fərqləndirici cəhətləri odur ki, bu zaman hər bir resurs öz qiymətini alır: “müsbət” - əgər resurs müəssisənin fəaliyyətinin səmərəliyini nəzərə çarpacaq dərəcədə artırmağa imkan verirsə; “0”-əgər resursların müəssisənin səmərəli fəaliyyətinə təsirinin qiymətləndirilməsi mümkün deyilsə; “mənfi”-əgər resursların hal-hazırkı vəziyyəti müəssisənin səmərəliliyinin aşağı düşməsinə səbəb olursa.
2. Əməliyat ehtiyatlarının qiymətləndirilməsi [109], əməliyyat potensialının qiymətləndirilməsi adətən aşağıdakı mərhələlərə bölünür:
|