Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 iyun 2021-ci IL f-300 saylı əmri ilə təsdiq edilmişdir baki- 2021



Yüklə 1,42 Mb.
səhifə30/109
tarix08.12.2023
ölçüsü1,42 Mb.
#138468
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   109
STRATEJİ MENECMENT (1)

Şəkil 4.1. Missiyanın işlənməsinin koordinat sistemi

Missiyanın hazırlanması proseduru bazarın konyekturası (la­zımdır), şirkətin imkanları (edə bilərəm), şirkətin can atması (is­­təyi) və ətraf mühitin məhdudluğu (olar) münasibətlərin təh­li­li matrisasını əks etdirir və bu aşağıdakı şəkildə gös­tə­ril­miş­dir.






Lazımdır

Olar

Bazar
Konyukturası

Ətraf mühit

Siyasət

İqtisadiyyat

Sosial
strategiya

Texnologiya

Obyekt

Edə bilərəm

Texnologiyanın (unikallığı) mükəmməlliyi













Resurs vacibliyi













Subyekt

Bilik və bacarıq













Vərdiş və təcrübə













İstəyirəm

Dəyər, gözlənti və prinsiplər















Şəkil 4.2. Şirkətin missiyasının hazırlanması sistemi

Müəssisənin missiyasında əks olunan elementlərə ətraflı baxaq.


Bir qayda olaraq müəssisənin missiyasının tərkibində bir sıra elementlər vardır. Onun strukturunun nümunəsi aşağıdakı şəkildə verilmişdir:



Müəssisənin missiyası


1



Baza istiqamətləri

  • Məhsul/xidmət sistemi üzrə

  • Alıcı/bazar sistemi üzrə

  • Texnoloji güclər


2



Artım və gəlir


3



Sahibkarlığın səviyyəsi və strukturu


4



Sosial cavabdehlik






Şəkil 4.3. Müəssisənin missiyasının əsas elementlərinin xarakteristikası

Müəssisənin missiyasının birinci elementi aşağıdakıları özündə əks etdirir:



  • Məhsul/xidmət sistemi üzrə baza istiqamətləri (“istəyirəm” xətti).

  • Alıcı/bazar sistemi üzrə baza istiqamətləri (“lazımdır” xətti)

  • Texnoloji gücün baza istiqamətləri (“edə bilərəm” xətti)

Göstərilən istiqamətlər bir-birini əvəz və inkar edə bilər.
Göründüyü kimi birinci hadisə optimaldır, ancaq müəs­si­sə­nin praktiki fəaliyyətində bu az baş verir. İkinci variantda (qarşılıqlı inkar) ehtimalı azdır. Onu da qeyd etmək lazımdır ki, missiyasının yeniləşməsi ilə əlaqədar dəyişikliklər onun ilkin təsərrüfatçılıq strukturuna daxil edilir. Baza istiqamətlərinə aparıcı (prioritet) kriteriya sistemi kimi baxdıqda bir çox hallarda kompramis (qarşılıqlı razılaşma) variantlar seçilir.
Müəssisənin missiyasının ikinci elementi inkişaf və gəlir bu müəssisə üçün çox vacib elementdir. Müəssisənin iqtisadi artımı çox vacibdir. Çünki bu müəssisənin bazarda mövqeyini, rəqa­bət­q­abililiyyətinin saxlanmasına imkan verir. Müəssisə milli iq­ti­sadiyyatın bütünlüklə artım tempinə müvafiq inkişaf et­mə­­lidir. Mən­fəət müəssisənin missiyasının tərkib his­sə­lə­rin­dən olub daim ona müəssisənin inkişafını təmin edən amil kimi baxılır. Bu­rada heç də alınmış gəlirin çəkisinin kə­miyyət xarak­te­ris­ti­kası vacib sayılmır. Əsas məsələ divident ilə “gəlir olacaq” xərc­lər arasındakı balansın saxlanılmasıdır, hansı ki, bu balans müəs­si­sənin bazarda mövqeyini saxlayaraq sonrakı inkişafını təmin edə bilər.
Müəssisənin missiyasının üçüncü elementi – sahib­kar­lı­ğın səviyyəsi və strukturu. Çox hallarda bu element müəs­si­sə­nin sahibi və onun yuxarı rəhbərliyi tərəfindən müəy­yən­ləş­dirilir. Sahibkarlıq səviyyəsi altında müəssisə üçün prioritet sayılan istehsal və iqtisadı fəaliyyətin vəziyyəti başa düşülür.
Müəssisənin inkişaf tsiklinə uyğun olaraq müəssisə istənilən anda aşağıda göstərilən üç mərhələdən birində olur.

  • İnkişaf (artım);

  • Stabilləşmə;

  • Fəaliyyət göstərmək zəruriyyəti (xarici ətraf mühütün təsirindən öz maraqlarını qorumaq).

Aydındır ki, müəssisənin rəhbəri üçün ən çox cəlb edici müəssisənin inkişaf mövqeyidir. Ancaq, qeyd etmək lazımdır ki, milli iqtisadiyyatın sahələrində fəaliyyət göstərən müvafiq müəssisənin satış həcminin inkişaf tempinin azalması və hətta aşağı salınması gəlirliyin azalmasına, nəticədə müəssisənin missi­yasının həyata keçirilməsinə bu və ya digər formada təsir edir. Sahibkarlıq strukturu iqtisadi və istehsal fəaliyyətinin seçil­məsi ilə müəyyən olunur. Bu nəinki sənaye sahəsini və yaxud satış bazarını təyin edən böyük müəssisələrə aiddir, eyni za­man­da konkret məhsul və bazarın şəraiti ilə bağlı olan orta və kiçik müəssisələrə də aiddir.
Qərb şirkətlərinin analogiyası üzrə bazar şəraitində müəs­si­sə­nin iqtisadi və istehsal fəaliyyətinin strukturunu aşağıdakı ki­mi müəyyən etmək olar:

  • Sadə biznes - bir məhsul istehsal edir (bir sahəli)

  • Hökmran (dominant) biznes - istehsalın diver­si­fi­ka­si­yası, yəni hər hansı bir məhsul istehsalına yönəlir.

  • Müqayisəli biznes - istehsalı bazarda hökmran olan məh­su­lu sıxışdıran yeni məhsul istehsalına yönəltmək (di­ver­si­fi­ka­siya etmək).

  • Asılı olmayan biznes- diversifikasiya olunan istehsalda bütün məhsullara (sahəyə) eyni münasibət, yəni istehsal və iqtisadi fəaliyyətin strukturları mütləq balanslaşdırılmalıdır. Bu isə aşağıda göstərilən istiqamətlər kimi başa düşülür.

  • əsas (prioritet) fəaliyyətin gücləndirilməsi;

  • ümumi əlaqə (xətt) hansı ki, müxtəlif fəaliyyət forma­la­rını birləşdirir.

Son zamanlar qərb menecerləri fəaliyyətin prioritet sahə­lərinin müəyyən edilməsində təsərrüfatçılığın strateji zonasının konsepsiyası çox istifadə edilən məhsul yanaşmasına üstünlük verirlər [66].

Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin