Sxem 6.11. Məhsul hərəkəti strategiyasının əsas elementləri
Reklam məşhur sponsor adından müəssisənin məhsul və xidmətləri haqqında məlumatların və ideyaların əvəzi ödənilməklə (pulla və yaxud digər formada) təqdimat formasıdır. Qeyd etmək lazımdır ki, reklam məhsul kütləsi, onun çeşidlərinin hərəkətləri haqqında vacib vasitədir, eyni zamanda reklam məhsul satışı zamanı alıcılara fərdi xidmətin göstərilməsini tələb etmir. Reklamın əsas məqsədləri aşağıda göstərilmişdir:
Şəkil 6.4. Reklamın əsas məqsədləri
Bu tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müəssisə reklam işləri üçün büdcənin hazırlanmasına çox diqqət yetirir. Reklam fəaliyyətinə vəsaitin ayrılması məhsulların həyat tsikli mərhələlərin və seçilmiş reklam tədbirlərinin formalarından asılıdır.
Reklam fəaliyyətinin səmərəliliyi aşağıdakı amillərlə müəyyən olunur:
Reklamın dəyəri, bir potensial alıcıya çəkilən xərc, ödənişin ümumi cəmi kimi hesablanır;
Lazımsız auditoriya- bu elə hissədir ki, şirkət üçün hədəf deyil;
Əhatə- auditoriyada olan iştirakçıların və reklam məlumatı ilə tanış olanların sayını xarakterizə edir;
Tezliyi- bu və ya digər reklam vasitələrindən istifadə etmə tezliyinə görə müəyyən edilir;
Təkliflərin dayanıqlığı- verilən reklam elanlarını müşahidə edənləri və bu reklam məlumatlarının yadda qalma səviyyəsini göstərir.
Təşviqat- məhsullara və xidmətlərə olan tələbatı stimullaşdırmaq məqsədi ilə kütləvi informasiya vasitələri ilə mütəmadi vacib kommersiya məlumatlarının paylanması.
Müəssisələr təşviqat vasitələrindən özləri haqqında yaranmış düzgün olmayan məlumatların aradan qaldırılması və istehlakçılara şirkət, onun istehsal etdiyi məhsul və xidmətlər haqqında real vəziyyəti çatdırmaq üçün də istifadə edirlər. Təşviqat müəssisə haqqında cəmiyyətin fikirlərinin formalaşmasında zəruri və vacib vasitə olduğu üçün onunla yalnız marketinq şöbəsi deyil, eyni zamanda daha çox cəmiyyətin fikrinin formalaşması fəal olan sturukturlar da məşğul olurlar.
Təşviqatın aparılması vasitələri
Mətbuatla əlaqənin yaradılması və dəstəklənməsi
Məhsul təşviqatı - konkret məhsulların məşhurlaşması istiqamətində müxtəlif gücləri özündə birləşdirən fəaliyyətdir
Lobbi fəaliyyəti- hökumət və qanunverici strukturlar ilə hər hansı qanunvericiliyin gücləndirilməsi və tənzimlənməsi işləri
Məsləhət - müəsisənin vəziyyəti, forması, istehsal etdiyi məhsulun cəmiyyətdə istehlakçılar tərəfindən dəyərlədirilməsi və əhəmiyyəti ilə əlaqədar məsələlərlə bağlı rəhbərliyə mütəmadi təkliflərin verilməsi
|
Dostları ilə paylaş: |